Sosial 11.09.2019 21:12

QAZAX: Müraciətə yerində baxıldı - FOTO

Bu gün Qazaxda bütün sahələrlə yanaşı, daim diqqət mərkəzində saxlanılan sahələrdən biri də vətəndaş amilidir Bu gün hər bir qazaxlının əminliklə söyləyə bildiyi tək bir gerçəklik var ki, o da ölkə başçısı İlham Əliyevin vətəndaşlara olan sonsuz diqqət və qayğısının Qazaxda da olduğu kimi öz əksini tapmasıdır. Bunun ən bariz nümunəsini isə son 3 ildə rayon rəhbərliyi tərəfindən sakinlərə olan səmimi münasibətdən, göstərilən qayğıdan, ən əsası da istər şəhərdə, istərsə də kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə cavab verilməsindən, vətəndaşların istəyinə əsasən yerində baxış keçirilməsindən aydın şəkildə görmək olur.

Qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, həlli mümkün olan nə varsa edilməsi bir daha sübut edir ki, Rayon İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba dəqiq və operativ şəkildə baxılır. Məktubda qeyd olunan hər bir istəyə xüsusi həssaslıqla yanaşılır. Ən əsası da rayonda vətəndaş amili üstün tutulur.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun məktubla müraciət etmiş Daş Salahlı kənd sakinlərinin istəyinə əsasən bu gün həmin kənddə olması, qaldırdıqları məsələyə yerində baxılması rayonda vətəndaşa göstərilən qayğının daha bir bariz nümunəsidir.

Sakinlərin kənddə mövcud olan arxın beton üzlüyə alınması, əhalinin su təminatının yaxşılaşdırılması ilə bağlı müraciətlərinə əsasən yerində baxış keçirən rayon rəhbəri onları diqqətlə dinləyib, mövcud vəziyyəti onların öz dilindən eşidib.

İcra başçısı bu gün havaların quraq keçməsi ilə əlaqədar rayonda suvarma və içməli suda yaşanan mövcud vəziyyətdən də danışıb. Rayonun su mənbələri olan Ağstafaçay və Coğazçay su anbarlarında havaların quraq keçməsi ilə bağlı suyun səviyyəsinin aşağı düşməsini və bunun da nəticəsində rayonda su probleminin yaşandığını diqqətə çatdırıb. Buna baxmayaraq lazım olan bütün imkanlardan istifadə edərək sakinlərin su təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən söz açıb. Rayon rəhbəri digər kəndlərdə olduğu kimi, Daş Salahlı kəndində də su ilə bağlı çatışmazlığın olduğunu qeyd edib. “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında əksini tapan subartezian quyularının qazılmasından danışan icra başçısı Daş Salahlı kəndində də qazılacağını bildirib. Növbəti illərdə qazılacaq subartezian quyularından ikisinin məhz Daş Salahlı kəndində nəzərdə tutulduğunu vurğulayıb. Rayon rəhbəri həmin subartezian quyusunun birinin onlar yaşayan əraziyə salınacağını qeyd edib.

Sakinlər onların istəyini nəzərə alıb görüşə gəldiyinə, qaldırdıqları məsələyə qısa bir vaxtda baxılmasına görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO