Maraqlı 15.09.2019 11:11

Səhər yeməyi yemək faydalıdır – MƏSLƏHƏT

“Səhər yeməyini özün ye, günorta dostuna, axşam isə düşməninə ver” atalar sözünü hamımız eşitmişik. Bəs hamımız ona əməl edirikmi?

Rakus.az xəbər verir ki, çoxları səhər yuxudan duranda yemək yemədən evdən çıxır. Bunu ya iştahanın olmaması, ya da vaxt azlığı ilə əlaqələndirirlər. Ancaq mütəxəssislər səhər yeməyinin insan sağlamlığı üçün vacib olduğunu vurğulayırlar. Bəs səhər yeməyinin sağlamlığa faydaları hansılardır?

E-tibb.az-ın məlumatına görə, səhər yeməyi gün ərzində insan orqanizminin enerji balansını qoruyur, əhval-ruhiyyənin yüksəlməsinə səbəb olur. Çünki insan ac qaldıqda qanda şəkərin səviyyəsi enir və bu da əsəbilik yaradır.

Səhər yeməyindən imtina artıq çəkinin yaranmasına kömək edir. Belə ki, insan yatanda maddələr mübadiləsi də yatır və səhər yeməyini yeməyənədək oyanmır. Bu səbəbdən də səhər yeməyindən imtina etdikdə orqanizm naharadək daha az kalori yandırır. Bundan başqa, aclıq zamanı orqanizmin müdafiə reaksiyası işə düşür və bədən ehtiyatda saxlamaq üçün daha çox kalori qəbul etməyə çalışır. Üstəlik, səhər yeməyi yeməyən şəxs nahar zamanı lazım olandan daha çox yeyəcək ki, bu da bədən çəkisinə mənfi təsir edəcək.

Mütəxəssislər hesab edir ki, yaxşı səhər yeməyi iş qabiliyyətini təxminən 30 faiz artırır, diqqəti və yaddaşı yaxşılaşdırır.

Araşdırmalar səhər yeməyinin infarkt və ürək xəstəlikləri riskini azaltdığını ortaya qoyub. Belə ki, səhər yeməyindən imtina qan təzyiqinin və qandakı şəkərin səviyyəsini pozur, bu isə infarkt riskini artırır.

Bəs səhərlər hansı qidalar yeyilməlidir? Səhər yuxudan oyanan zaman, ilk növbədə, bir stəkan ilıq su içmək lazımdır. Daha yaxşısı isə bir stəkan ilıq suya yarım limonun şirəsini sıxıb içməkdir. Bu, orqanizmə yuxudan oyanmağa və həzm prosesinə başlamağa kömək edəcək. Çoxu səhər bir fincan qəhvə, ya da çay içib, evdən çıxır. Mütəxəssislər xəbərdarlıq edir ki, bu hal insanlarda mədənin selikli qişası qıcıqlanır və müəyyən müddət sonra qastritin inkişafına səbəb olur.

Dietoloqlar sıyığı ən yaxşı səhər yeməyi hesab edirlər. Dənli bitkilərin tərkibində faydalı karbohidratlar, E vitamini və B qrupu vitaminlər var. E vitamini qocalma prosesini ləngidir, B qrupu vitaminlər isə sinir sisteminin işini yaxşılaşdırır. Bundan başqa, sıyıq orqanizmdən şlakları çıxarır, gün ərzində yeyilən məhsulların piylərini həzm etməyə kömək edir. Sıyıq yeyən şəxslərdə qəbizlik ehtimalı da minimum olur.

Səhər yeməyinin tərkibində yağ, protein və karbohidrat olmalıdır. Hər səhər yeməyində mütləq yumurta yemək lazımdır. Yumurtanın tərkibindəki kalsium, kalium, maqnezium, sink, zülal, minerallar immunitetin yüksəlməsinə kömək edir. Süd məhsullarını da süfrədən əskik etmək olmaz. Günün əvvəlində orqanizmin qəbul etdiyi bir stəkan süd və ya 200 qram kəsmik onu A və B qrup vitaminləri ilə təmin edəcək.

Beləliklə, gün boyu enerjili, gümrah və sağlam olmaq istəyirsinizsə, nə olursa-olsun səhər yemək yemədən evdən çıxmayın.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO