Maraqlı 03.04.2019 09:00

BÜRCLƏR – 3 aprel

Qoç – hadisələrin dinamikasını müşahidə edin, günün tempindən geri qalmayın. Görüşlər, informasiyalar sizi laqeyd qoymayacaq.

Plan və ideyaların heç də hamısı yaxın ətrafınızdakı insanlar tərəfindən rəğbətlə qarşılanmır. Sinirli, qıcıqlı olmayın. Birlikdə çalışdığınız insana təzyiq göstərməyin.

Bu, kəskin narazılığa və ya münaqişəyə səbəb ola bilər.

Hadisələrin axarına müdaxilə etməyin.

Uğur sizi fəaliyyət göstərdiyiniz və ya gözləntilərinizin olduğu sahədə yox, fərqli müstəvidə olacaq.

Buğa – günü sakit şəraitdə keçirməyə can atın. Təzyiqlər artarsa, hadisələrin axarı güclənərsə, təkbaşına çalışmağa üstünlük verin.

Passiv olmayın. Maraqlarınızın tam təminatına və planın yerinə yetirilməsinə ciddi diqqət verin.

Ailə üzvləri, qohumlar və tanışlarla münasibətlərdə səmimi, qayğıkeş, həssas olun.

Təmaslarda təkid etməyin, iddialı və ambisioz olmayın. Problemi müzakirə və razılıqla çözün.

Axşam saatlarında alış-veriş məsləhət deyil. Əks təqdirdə aldığınız əşyanın keyfiyyəti və vacibliyi az sonra sizdə dərin şübhələr yaradacaq.

Əkizlər – aktiv olun. Əsaslı, maraqlı və perspektivli işləri ön plana çəkin. Orqanizmin energetik tonusunun bərpasına fikir verin.

Mənafelərinizin tapdanmasına imkan verməyin. Maaş və ya vəzifəyə görə təhqirlərə dözməyə dəyməz.

Ünsiyyətdə məntiqli, sayıq olun. Yaxın ətrafınızla təmaslarda problemlərə kəskin münasibət bildirməyin.

Tənqidə dözümlü olun. Diplomatik davranın, həssaslıq nümayiş etdirin.

Axşam saatlarına yaxın əhvalınız dəyişə bilər.

İstirahət edin, vaxtınızı xoş mühitdə keçirin.

Xərçəng – səhər saatlarından etibarən ətalətli olmayın, hadisələrin arxasınca getməyin. Olaylar sizdən yan keçməsin.

İşdə qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün planlı davranın.

Günün ortasında planlarınıza ailə problemləri qarışa bilər. Baş verənlərə həddən artıq emosional reaksiya verməyin. Yaxın ətrafınızda gərgin situsiya yaratmayın. Sərt durumlarda güzəştə gedin. Mübahisələri alovlandırmayın, vəd verməyin.

Axşam saatlarında bir qədər istirahət edin. Məişət və cari problemlər barədə bədbin düşünməyin.

Şir – gərgin, təlaşlı, əndişəli gündür. Diqqəti bir işdə cəmləmək çətindir. Mühüm məsələlərdən biri sizi fəal iştirakınız və müdaxiləniz olmadan həllini tapacaq.

Həddən artıq aktiv olsanız əldə edilmiş nəticə qeyri-konstruktiv olacaq. Təkidli və sərt olsanız, ciddi qarşıdurma yarana bilər.

Ailə, evlə bağlı işlər, problemlər ön plana çıxacaq. Bəzi işlərin sürətli, təcili həllə ehtiyacı var.

Səhhətinizə fikir verin, özünüzü ifrat dərəcə yormayın. Qəfil zəiflik hiss etsəniz, istirahət edin.

Qız – yaxın bildiyiniz insan və dəyər verdiyiniz şəxslə münasibətlərdə gərginlik yaratmamaq üçün həddən ziyadə tələbkar olmayın. Yersiz səmimiyyətə varmayın. Dəvət aldığınız yerə gedin, yeni tanışlıqlarda sayıq davranın.

Alış-verişdə simiclik etməyin.

Romantik gözləntilər, yaradıcılıq istəyi, təşəbbüs istisna deyil. Bütün bunlar sizdə macəra istəyi yarada bilər.

Hisslər və emosiyalar bu gün özünüzü dəyərləndirməyə yönəlmiş sözlərə yönələcək. Sevdiyiniz insanla zarafat etməyin. Yerinə yetirmək fikrində olmadığınız vədlər verməyin.

İşlərdə sürətli nəticəyə üstünlük verin.

Həssas, məntiqli, soyuqqanlı olun.

Tərəzi – maraqlarınız və perspektivləriniz əməkdaşlıqla bağlıdır. Yaxın ətrafınızdakı insanlar sizin problemlərinizlə dərindən maraqlanmırlar. Özünüzü aldatmayın, qətiyyətli olun, yalanlara uymayın. Cari problemlərin həlli geniş perspektivdə uğur vəd edə bilər.

Ünsiyyətdəki energetikanın yüksək səviyyəsi yeni perspektivlər vəd edir.

Sabahkı günə uğurla başlamaq üçün axşam saatlarında yetərincə istirahət edin.

Əqrəb – gərginlik, təmaslardakı aqressivlik artır. Yarımçıq qalmış işləri bitirin, bir yerdə oturmayın. Yaxın ətrafınızdakı insanla aktiv təmaslarda olun.

Maraqlandığınız məsələ ilə bağlı fikrinizi dəyişə biləcək xəbər, informasiya ala bilərsiniz.

Sərfəli və gərəkli işlərlə məşğul olun.

Günün ikinci yarısında fiziki işlə məşğul olun. Axına qarşı getməyin, yaxınlarınızla münaqişə etməyin.

Yaşamınıza, gördüyünüz işə kənar müdaxilələrə imkan verməyin. Təzyiqə boyun əyməyin.

Mübahisəli məsələləri tədricən həll etmək olar.

Oxatan – səhər saatlarından etibarən aktiv olun. İmkan və resurslarınızdan yararlanın. Yaradıcılıq imkanlarından faydalanın. Özünüzü rahat hiss etdiyiniz əlaqələr və etimad etdiyiniz insanlarla təmaslarla kifayətlənin.

Günün ikinci yarısında ailəyə diqqət ayırın.

Ailə üzvləri sizdən etibarlılıq və stabillik hissləri almalıdır.

Gün ərzində əhvalınız dəfələrlə dəyişə bilər. Əsəblərinizi qoruyun, boşuna sinirlənməyin. Sizi maraqlandıran nəsnənin axtarışları ilə ciddi məşğul olun.

Ehtimallarınızı təsdiqləyən, irəliləyişinizə səbəb ola biləcək məqamlarla məşğul olun.

Oğlaq – dəqiqlik və konkretlik tələb edən işlərdə aktivlik nümayiş etdirin. Günün hadisələrinin məğzini, münasibətlərin əsaslarını təxminləməyə can atın.

Alınan informasiya, qəfil görüşlər və ya tərəfdaşlarla söhbətlər mühüm məsələyə münasibətinizi dəyişə bilər. Planların fərqli məcraya yönəlməsi istisna deyil.

Ailə məsələləri, ev işləri ciddi diqqətinizi tələb edir.

Yaşam arealında qayda və nizam yaratmaq tələb olunur. Sistemləşdirmənin istənilən forması faydalıdır. Mənəvi sakitlik, hisslərin rəvanlığı daxili stabillik vəd edir.

Qarşılıqlı anlaşmanın çətinliklə əldə olunması paradoksal olsa da, sizi sakitləşdirəcək.

Münaqişələr və ya mübahisələr olacaq. Amma istəyiniz daha güclü olmalıdır.

Dolça – əsas diqqəti gərəkli məlumatın aranmasına, ondan sərfəli istifadə olunmasına yönəldin. Əlaqələr, təmaslar və qarşılıqlı sərfəli tərəfdaşlıq çox vacibdir.

Yaxınlarınız və ya qohumlarınızdan birinin həyatındakı hadisə sizə ciddi təsir edə bilər.

Hadisələrin axarına süni təkan vermədən çalışın.

Sizdən yardım istəyən insana dəstək olun.

İşlərin hamısına olmasa da, bir qisminə nəzarət edin. Aktiv olun, təşəbbüs göstərin, yeni işlərə başlayın.

Tərəfdaş və ya iş yoldaşlarınızın sizin hərəkətlərinizə reaksiyalarına ciddi fikir verin.

Valideynlərlə təmaslar üçün vaxt tapın.

Balıqlar – qəfil təəssüratlar və hadisələrdəki kəskin dönüşlər zamanıdır. Ciddi, genişmiqyaslı işə başlamağa təşəbbüs etməyin. Yaşamın indiki dövrdə təklif etdikləri ilə kifayətlənməyə dəyər.

Problemləri çözün, səhvlərin fəsadlarını aradan qaldırın. Tənbəl olmayın, aktiv çalışın. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün gərəkli vasitələrdən istifadə edin.

Alış-verişi təxirə salın.

Şəxsi münasibətlərdə pozitiv irəliləyişlər ola bilər. Səmimi etiraflar və həqiqət axtarışı üçün əlverişli gün deyil. Hadisələrin spontan axarından öz xeyrinizə yararlanmağa çalışın. (Milli.Az)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO