Mədəni 15.09.2019 01:12

“Qız Qalası. Qadın olmaq” festivalına dünya gəlir

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi Avropa Birliyinə üzv dövlətlərin səfirlikləri və yerli tərəfdaşlar ilə birlikdə sentyabrın 17-dən 27-dək Bakı şəhəri və regionlarda (Quba, Gəncə) “Qız Qalası. Qadın olmaq” (“MAIDEN TOWER. To Be a Woman”) beynəlxalq müasir incəsənət festivalı keçirəcək.

Rakus.az xəbər verir ki, festivalın mövzusu Azərbaycan qadınlarının azadlığının 100 illiyi ilə əlaqəlidir və festival ölkəmizdə, eləcə də bütün dünyada qadınların rolunun gücləndirilməsi məsələlərini özündə əks etdirir.

“Landmark” biznes mərkəzində festivala həsr edilmiş mətbuat konfransında festivalın kuratoru, Əməkdar rəssam Səbinə Şıxlinskaya bildirib ki, layihə proqrama müxtəlif səpkidə müasir incəsənət kontekstində beynəlxalq sərgi, pablik art, videoart, poeziya gecəsi, tematik film nümayişləri, vorkşoplar daxildir.

Festivalda Avstriya, Almaniya, Hollandiya, İsveç, İsveçrə, Macarıstan kimi AB-yə üzv ölkələri, eyni zamanda, Gürcüstan Moldova, Ukrayna kimi Şərq tərəfdaşlığı üzv ölkələri və Argentina, Meksika, İran, İsrail, Türkiyə kimi qeyri-üzv ölkələrdən sənət xadimləri, mədəniyyət aktivistləri, muzey direktorları, kurator və rəssamlar iştirak edəcək.

Festivalın beynəlxalq və yerli iştirakçıları, dövlət strukturları və institutlar gender bərabərliyi mövzusunda öz şəxsi və professional təcrübələrinə əsaslanaraq müzakirələr və fikir mübadiləsi aparacaqlar.

Bildirilib ki, “Qız Qalası. Qadın olmağ”ın təşkilatçı və iştirakçılarının ortaq məqsədi müasir incəsənət prizmasından gender bərabərliyi məsələlərinin inkişafına dair fikir və düşüncələrini əks etdirir, eləcə də dünya ictimaiyyətində qadınların güclənməsinin vacibliyi və bu mövzunun ən aktual suallarına cavab vermək məqsədi daşıyır.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəsmisi Denis Daniilidis qeyd edib ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101 illiyidir. O dövrdə AXC həqiqətən bir sıra Avropa xalqlarından qabaq qadınlara azadlıq vermişdi. Bu həqiqətən təqdirəlayiq haldır.

Vurğulanıb ki, festival Azərbaycanın Əməkdar rəssamı Səbinə Şıxlinskayanın ilkin təşəbbüs və kuratorluğu ilə keçirilir. “Qız Qalası. Qadın olmaq” beynəlxalq müasir incəsənət festivalı Bakıda yerləşən diplomatik nümayəndəliklərdən başqa, Azərbaycanın sənət və mədəniyyət aləminin ən əsas institut və dövlət strukturları, eləcə də digər təşkilatların birgə tərəfdaşlığı altında reallaşacaq. Bütün mədəni tədbirlər yerli əhali və xarici qonaqlar üçün açıq olacaq.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas deyib: “ İncəsənət bizi düşündürməyə vadar edən əsas vasitələrdəndir. Bu festival bizi qadın mövzusunda birləşməyə vadar edir. Belə bir xatırlatmaya həmişə ehtiyac var. Düşünürəm ki, müasir cəmiyyət məhz bu aspektdə qurulmalıdır. Bu proqramı təqdim etməkdə bizə yardımçı olan hər kəsə təşəkkür edirəm. Xanımları festivalda fəal olmağa dəvət edirik”.

Xatırladaq ki, bu festival “İMAGINE-Avro Tolerantlıq” Festivalı və “FANTAZİYA” Mədəni irs Festivalından sonra ölkəmizdəki Avropa Birliyi nümayəndəliyi tərəfindən maliyyələşdirilən və Avropa dəyərlərini və prinsiplərini təbliğ edən üçüncü böyük festivaldır. Avropa Birliyinin sponsorluğu ilə növbəti “FANTAZİYA” festivalı noyabrın 1-dən 15-dək keçiriləcək.

XX əsrin əvvəllərində mühüm tarixi və siyasi hadisələrin fonunda Azərbaycanda qadın azadlıq hərəkatının ilk addımları atılmağa başlanmış və 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının qurulması ilə ölkəmiz bir çox Avropa dövlətlərini belə qabaqlayaraq qadınlara səsvermə hüququ verən ilk müsəlman ölkə olub.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS