İMİŞLİ: Vilyam Hacıyev körpü ilə bağlı tapşırıq verdi
Bu gün rayonun Qaragüvəndikli kəndində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin növbəti səyyar qəbulu-görüşü keçirilmişdir.
Rakus.az xəbər verir ki, rayonun aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşlar tərəfindən müraciətlər qəbul olmuşdur. Müraciətlər kəndə gedən yolda Boztəpə kanalı üzərindəki keçid körpünün bərpa olunması və kənd ərazisində Sip kabelləşmə işlərinin aparılması barədə çətinliklərin həllinə köməklik göstərilməsi ilə bağlı olmuşdur.
Rayon Icra Hakimiyyətinin başçısı kənd sakinlərinin müraciətlərini dinlənilmiş, qaldırılan məsələlərin həlli üçün rayonun müvafiq qurumlarına tapşırıqlar verilmişdir.