Sosial 13.09.2019 12:15

Ətraf mühiti qoruyaq – Tələbə çağırış edir

Elə edək ki, bağımız dağa çevrilməsin və ya təbiət də bizimdir.

Danılmaz bir həqiqətdir ki, Allahın bizə bəxş etdiyi gözəllikləri öz əllərimizlə puç edirik! Biz ətraf mühitin çirklənməsinə şərait yaradaraq, sağlamlığımızı, həyatımızı təhlükə altına alırıq. Çirklənməyə şərait yaradan amillər: sənaye şəhərlərinin inkişaf etməsi və əhalinin artaması ilə əlaqədar olaraq, həmin şəhərlərdə çoxlu miqdarda tullantılar, avtomobillər və digər texniktexnoloji ixtiralardır. Bütün bunlarla belə, biz insanların şüuru olmasına baxmayaraq, bilə-bilə sulara, yollara zibil atırıq. Nəticədə hava , sular çirklənir və onlarda yığılan mikrobları qəbul edirik. Bilirsiniz, nə lazımdır?- Ciddi mübarizə, təbliğat, layihələr… Kifayət qədər yoxdur, insanlardan nə qədəri pis vərdişlərindən uzaqlaşmayıb. Yaşayış binalarının, qapıların çıxışlarındakı zibil yığınları müxtəlif xəstəliklərə səbəb olur. Görəsən, niyə bizim tərtəmiz dünyamız bu cür əzablara məruz qalır? Bildiyimiz kimi, hava, su, torpaq canlı orqanizmlərin yaşaması üçün vacib vasitələrdir. Fəqət çirklənmiş hava xəstəliklərə, hətta, ölümə aparır. Kirli su balıqları, digər dəniz canlılarını yox edir. Çirklənmiş torpaqda da qida məhsulları becərmək mümkünsüz bir hala çevrilir. Mühəndislər, alimlər avtomobillər və fabriklərdən çıxan zərərli tullantıların azalması üçün nəsə edə bilərlər.

Çirklənmə nəticələri, həqiqətən, çox ağır olur-bəşəriyyət, həmçinin təbiətdə var olan heyvanlar, bitkilər biz insanların məhv etdiyi ətraf mühitdə həyatla ölüm arasında mübarizə aparır. Necə mənzərələrin şahidi oluruq bilirsiniz?- Neftə bulaşan quşlar, zəhərlənmiş və dalğaların sahilə atdığı balıqlar… Hesablamalara görə ildə 60 milyard lira (türk pul vahidi) dəyərində 6 milyard kq zibil okeanlara tökülür. Bunların çoxu dəniz həyatı üçün təhlükəli, zəhərli olan plastik məmulatlardır. Digər bir ağır problem səs-küy çirklənməsidir ki, eşitmə itkisinə, təzyiq xəstəliklərinə, yuxu pozğunluğuna və həddindən artıq stress kimi bir çox mənfi hallara yol açır. Amma, əfsuslar olsun ki, çirklənmə o qədər də ciddiyə alnmır. Çünki bu kiçik problem kimi görülür, ya da problem sayılmır! Kaş gələcək özlərinin etinasızlığı nəticəsində gələcəkdə təbiətin, ekologiyanın necə dəyişəcəyini görəydilər…

Ölkəmizdə də ekoloji problemlər, ətraf mühitin qorunması həssas yanaşma tələb edən məsələlərdəndir. Azərbaycanda buna qarşı ciddi mübarizə aparılıb və aparılır… Konstitusiyamızda ətraf mühitin qorunmasına dair prezidentin sərəncamları təsdiq olunub: “Ekoloji cəhətdən dayanıqlı sosial- iqtisadi inkişafa dair”, “Azərbaycan Respublikasında Hidrometrologiyanın İnkişafı proqramı” və digər proqramlarda nəzərdə tutulmuş planlar ardıcıl yerinə yetirilib. Azərbaycan ətraf mühitin mühafizəsi sahəsindəki son on illik fəaliyyətinə görə dünyada ikinci yerdə qərarlaşıb. Hazırda ölkəmizdə bu sahədə tədbirlər ciddi şəkildə davam etdirilər.

Məlum məsələdir ki, antropogen fəaliyyət prosesində, çirkləndirici elementlər- bərk, maye, qaz şəkilli maddələr, zərərli radiasiya, səs-küy və digər kimyəvi maddələr vasitəsiylə ekologiya kirlənməyə məruz qalır. Sənayenin inkişafı, fabrik və zavodların artırılması və onların havaya buraxdığı ziyanlı maddələr həm bizim, həm də, digər canlıların sağlamlığına əks təsir göstərir. Cəmiyyətin başlıca vəzifəsi bu kimi halların tədricən ixtisar edilməsi, normal qaydada istifadə, əsasən də təbiətin qorunmasıdır. Bu hallara qarşı aparılan mübarizələr, tədbirlər, layihələr artırılmalıdır, həlli yolları göstərilməlidir və yeni fikirlər irəli sürülməlidir. Nəticədə dünyamız bu qlobal problemdən, təhlükədən qurtular.

İnsan öz ağlı, zəkası ilə hər problemdən xilas ola bilər. Amma, bəzən Allahın bizə verdiyi bu bacarığı əks yöndə istifadə edirik. Belə bir deyim var: “Bağa baxsan bağ olar, baxmazsan dağ olar”. Tam yerinə düşür. İnsanlar ətraf mühitə zərər yetirərək, ekologiyanı çirkləndirərək zibil, kir yığınından böyük bir dağ düzəldirlər. Lakin, ekologiyamıza qayğı ilə yanaşsaq, zəhərli zibil tullantılarını ixtisara salsaq, fabrik, zavod və avtomobillərin emalı sahəsində tənzimli fəaliyyət göstərsək ətraf mühitimizi mühafizə etmiş olarıq. Gəlin, əl-ələ verib ətraf mühiti qoruyaq. Qoruyaq ki, bağımız dağ olmasın…

Zərrintac Məmmədova,
BDU-nun Jurnalistika fakültəsinin II kurs tələbəsi

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO