Mətbuat 16.09.2019 18:56

ŞOK: Bir hərf səhvinə görə kollektiv güllələndi

Bəzən buraxılan adi bir səhv, yaxud kiçik bir diqqətsizlik böyük hadisəyə səbəb olur. Xüsusilə mətbuatda yol verilmiş xətanın səs-küyü, qalmaqalı daha böyük miqyas alır, bir hərfin yerində olub-olmaması ağlasığmaz hadisələrlə nəticələnir.

Rakus.az xəbər verir ki, adətən mətbuatda buraxılan səhvlər daha çox ictimai qınaqla üz-üzə qalır, sonralar isə hətta yumora çevrilir. Amma həmişə yox. Mətbuat tarixində elə hadisələr baş verib ki, sonda milyonlarla insan həmin hadisənin sonluğunun faciə ilə bitdiyinin canlı şahidi olublar.

Sovet dövründə də belə hadisələr az olmayıb. Azad və müstəqil mətbuatın olmadığı SSRİ-də bu sahə son dərəcə ciddi nəzarətdə saxlanılıb. Bu məqsədlə Mərkəzi Komitədən başlamış, ayrı-ayrı nazirliklərin, komitələrin, vilayət, şəhər və rayon partiya komitələrinin rəsmi orqanları olan qəzetlərə kifayət qədər böyük sayda ştat ayrılıb. Dövlətin əsas ideoloji silahlarından biri olan mətbuata dövlət öz büdcəsindən pul ayırmağa heç vaxt “xəsislik” etməyib.

Bütün bu yaradılmış şəraitə baxmayaraq qəzetləri oxuculara tam “ideal” vəziyyətdə təqdim etmək redaksiyalar üçün heç də həmişə mümkün olmayıb. Qəzetdə gedən yazılar korrektorun, müəllifin, şöbə müdirinin, məsul katibin, baş redaktor müavininin, baş redaktorun və nəhayət, məsul növbətçinin, sonda isə “qlavlit”in gözünün altından keçməsinə baxmayaraq, böyük problemlər yaradan kiçik səhvlər bəzən diqqətdən yayınıb. Bu diqqətsizliyin fəsadları isə fərqli olub, töhmət, müəyyən müddətə mükafatlardan məhrum olmaq, işdən azad edilmək və s.

Amma 1944-cü ildə “Pravda Vostoka” qəzetində buraxılmış səhv bütöv bir redaksiyanın əməkdaşlarının güllələnməsi ilə nəticələnib.

Sovet dövründə “Pravda Vostoka” qəzeti Özbəkstan Kommunist Partiyası Mərkəzi Komitəsinin, Ali Sovetin və Nazirlər Sovetinin rəsmi qəzeti olub. Qəzet 2 aprel 1917-ci ildən “Bizim qəzet” adı ilə fəaliyyətə başlayıb və rus dilində nəşr olunub. 1924-cü ildə isə adı dəyişdirilərək “Pravda Vostoka” olub.

250 min tirajla gündəlik nəşr olunan “Pravda Vostoka” qəzetində rəsmi materiallarla yanaşı, tənqidi yazılar da dərc olunub. Bu yazılardan sonra tənqid olunan “hədəf”in məsələsi müttəfiq respublikanın Mərkəzi Komitəsində müzakirəyə çıxarılıb ki, bunun da sonluğu heç də yaxşı nəticələnməyib. Məhz elə buna görə təşkilat rəhbərləri, ayrı-ayrı vəzifəli şəxslər bu qəzetin əməkdaşlarından kənar gəzməyə çalışıblar, onların hədəfinə düşməmək üçün ehtiyatla davranıblar.

Amma həmin illərdə bəlkə də heç kimin ağlına gəlməyib ki, “Pravda Vostoka” qəzeti özü hədəfə düşəcək, özü də birbaşa İosif Stalinin hədəfinə.

1944-cü ilin oktyabrında Yuqoslaviya lideri İosip Broz Tito İosif Stalinə Belqradın azad olunması münasibətilə təşəkkür məktubu göndərib. Həmin məktub SSRİ-nin bütün mətbu orqanlarında birinci səhifədə çap olunub.

 

O cümlədən oktyabrın 25-də “Pravda Vostoka” qəzetində də həmin məktub dərc olunub. Sırf təsadüf və diqqətsizlik nəticəsində məktubun başlığında Stalinin vəzifəsində bir hərf buraxılıb, “qlavnokomanduyuşi” (главнокома́ндующий ) sözündə L hərfi buraxılıb və söz “qavnokomanduyuşi” (гавнокома́ндующий) kimi gedib (qovno – təzək).

Səhər tezdən qəzetin abunəçilərə və satışa yayımından bir saat ötməmiş redaksiya mühasirəyə alınıb. Redaksiyanın bütün əməkdaşları həbs edilib. “NKVD” əməkdaşları iki sutka ərzində qəzetin bütün tirajını satışdan və abunəçilərdən yığmağa nail olub. Yalnız 6 nüsxə qəzet tapılmayıb. (Yazıda verilmiş qəzet şəkli də məhz həmin 6 nüsxədən biridir).

Redaksiya kollektivi haqqında qərar çıxarmaq üçün uzun-uzadı vaxt sərf olunmayıb. Bütün kollektiv sorğu-sualsız eyni maddə ilə (58-ci maddə) ittiham olunaraq ən ağır cəzaya, güllələnməyə məhkum ediliblər.

Adətən sərt və amansızlığı ilə fərqlənən Stalinin yumor hissləri, zarafatları da az olmayıb. Və o, bu cür qəzet səhvləri ilə bir neçə dəfə üzləşib. Amma insident bir az “yumşaq” və “rahat” sona çatıb, vəzifədən azad edilməklə, yaxud 5-10 il sürgünə göndərilməklə.

Hətta belə səhvlərin birinə görə Stalin redaksiyaya təşəkkür də edib. 1938-ci ildə Stalin Polşa səfiri ilə görüşündən sonra “İzvestiya” qəzetində görüşlə bağlı yazı verilib. Yazıda “Vstreça İosifa Stalina s polskim poslom” ifadəsində bir hərf “itib” və belə alınıb: “Vstreça İosifa Stalina s polskim oslom”. (“Встреча Иосифа Сталина с польским ослом”).

 

Stalin qəzeti oxuduqdan sonra redaksiyaya zəng vurub və xəbərdarlıq edib:
– Redaksiyanın əməkdaşlarından heç kimi cəzalandırmaq lazım deyil. Əslində məqaləni yazan düz yazıb. Polşa səfiri əsl eşşəkdir…

Amma nədənsə Stalin “Pravda Vostoka” qəzetinə heç bir güzəştə getməyib. Yəqin ki, həmin anda Ali Baş Komandanın əhvalı arzuolunan olmayıb, qəzəbini boğa bilməyib… (Musavat.com)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO