Siyasi 17.09.2019 12:32

Virtual sözü kimi Əli Kərimlinin müxalifətçiliyi də qədimdir – Əli Əhmədov

“Azərbaycanda son vaxtlar yeni müxalifət növünün formalaşması heç kimə sirr deyil. Qısa şəkildə onu virtual müxalifət adlandırmaq olar. Müxalifətin bu növünün başında Əli Kərimli və xarici ölkələrdə sığınacaq almış fərdlər durur. Qədimdən mövcud olan virtual sözü o şeyi ifadə edir ki, fiziki olaraq mövcud deyil və yalnız kompüter şəraitində, fantaziyalarda görünür”.

Rakus.az xəbər verir ki, bu fikirləri Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov sosial şəbəkədə bildirib.

Daha sonra fikrini belə ifadə edib: “Virtual sözü kimi Əli Kərimlinin müxalifətçiliyi də qədimdir, 30-dan çox yaşı var. Real müxalifətçiliyin bir fayda vermədiyini anladıqdan sonra virtual müxalifətçiliyə keçib. Virtual müxalifət özlüyündə siyasi prosesin ciddi iştirakçısı deyil. Belə olanda sual yarana bilər ki, bəs niyə ona diqqət ayırmalı oluruq. Bax bunun səbəbi var. Əvvəla, bir neçə personalı çıxmaqla, virtual müxalifətin “nümayəndələri” kimi özünü təqdim edənlər əslində pərdə arxasındadır və buna görə də kimliyi bəlli deyil. Sosial şəbəkələrdə özünü Azərbaycan müxalifətçisi kimi təqdim edib “canfəşanlıq” göstətənlər tamamilə mümkündür ki, azərbaycanlı və Azərbaycan vətəndaşı olmasın. Sosial şəbəkələrin yaratdığı anonimlik şəraiti bunu tamamilə mümkün edir. Son vaxtlar ölkədə siyasi proseslərə xarici müdaxilələr barədə aparılan diskussiyalar müəyyən dərəcədə həm də bu deyilənlərlə əlaqədardır.

İkincisi, siyasi proses vətəndaşın şəxsi iştirakını nəzərdə tutur, çünki söhbət konkret insanın iradəsinin ifadə olunmasından gedir. Yenə də həmin anonimlik, uydurma adlardan istifadə edilməsi belə bir şərtin reallaşmasını qeyri-mümkün edir. Fikir bildirən kimdir, etiraz edən kimdir, çağırış edən kimdir – bilinmir. Məlum deyil heç belə bir insan varmı, yaxud bir nəfər müxalif qondarma adlarla neçə nəfər kimi özünü təqdim edir. Demokratiyanın fundamental tələblərindən olan “bir nəfər bir səs” prinsipi sosial şəbəkələrdə beləcə ayaqlar altına atılır və nəticədə haqqında söhbət etdiyimiz virtual müxalifət yaranır.

Üçüncüsü, virtual müxalifət siyasi prosesin çirkabla, mənəviyyatsızlıqla doldurulmasına, mənəvi dəyərlərin tapdalanmasına unikal imkan yaradır. Sosial şəbəkələrdə müxalifətin təmsilçilərinin davranışı artıq nəinki hamıya bəllidir, hətta çox ciddi ictimai narazılıq yaratmağa başlayıb. Görünən odur ki, cəmiyyətdə nə qədər ciddi mədəniyyət qıtlığından, mənəvi çatışmazlıqdan əziyyət çəkən, adi tərbiyəsi olmayan varsa, hamısı virtual müxalifətin “siyasi qəhrəmanları”na çevrilib və mahiyyət etibarilə hakimiyyət iddiasında olan Əli Kərimlinin “kölgə hökumətini” təşkil edirlər. Təsəvvür edirsinizmi, kim daha pis tərbiyəsizlik edirsə, daha ağır söyüşlər söyürsə, o, gələcək virtual hakimiyyətdə daha yüksək vəzifələrə iddia edə biləcək. Lazımi təhsili, əxlaqı, mənəvi keyfiyyətləri olmayanlar, ancaq söyüş söyməyi, insanı təhqir etməyi bacaranlar və hakimiyyət iddiaçıları….. Xatırlayırsınızsa, biz bu yolu bir dəfə keçmişik. 1992-1993-cü illərdə. Onda da bu yolla hakimiyyətə gələnlərin ən “parlaq” nümayəndələrindən biri məhz Əli Kərimli idi. Fərq bundadır ki, əvvəllər o, söyüş söyənlər komandasının sıravi üzvü idi, indi isə komandanın başında durur, tapşırıqlar verir.

Dördüncüsü, söyüş və təhqirlər virtual müxalifətin təkcə əxlaq məsələsi deyil. Söyüş söyməyi bacarmaq üçün əxlaqi keyfiyyətlərin çatışmazlığı mütləq şərtdir. Bununla belə, unudulmamalıdır ki, virtual müxalifətin söyüş və təhqirləri düşünülmüş taktukadır. Onlar anlayır ki, rəqabət apardıqları Yeni Azərbaycan Partiyasının yüksək tərbiyəsi, əxlaqı, mədəniyyəti ilə seçilən üzvlərinə qarşı intellektual yarışda qalib gəlmək imkanına malik deyillər. Ona görə də virtual müxalifətin ifasında siyasi-intellektual diskussiyaların yerini söyüş və təhqirlər tutur. Yəqin bir də ona ümid edirlər ki, mənəvi terror vasitəsilə Yeni Azərbaycan Partiyasının ləyaqətli insanlarını, gəncləri, oğlan və qızları çirkindirib mübarizə meydanında tək qalacaqlar. Ancaq başa düşə bilmirlər ki, bu mənəviyyat, bu əxlaqla, bu cür mübarizə forması ilə tamam tək qalıblar. Cəmiyyət onlardan üz döndərib.

Azərbaycan cəmiyyəti əxlaqi keyfiyyətləri yerində olmayan mənəvi terrorçuların və qaragüruhun hərəkətlərinə layiqli cavab verməyin yolunu yaxşı bilir. Belə olmasaydı nə keçən əsrin 90-cı illərinin total böhranından, dövlətin iflasından xilas olmaq, nə də ölkəni qısa müddətdə bu qədər inkişaf etdirmək, müasirləşdirmək və gücləndirmək olardı”.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO