Təhlil 21.09.2019 23:39

Rusiyada etiraz böyüyür – məhkəmə etirazçılara sərt cəzalar verir – TƏHLİL - FOTO

Moskva məhkəməsi Rusiya aktyoru Pavel Ustinovu keçən ay icazəsiz etiraz aksiyası zamanı bir polis işçisinə qarşı zor tətbiq etmək ittihamı ilə 3 il yarım həbs cəzasına məhkum edib.

Rakus.az xəbər verir ki, Pavel Ustinov ittihamları rədd edib və nümayişdə iştirak etmədiyini deyib. Bu hökm icazəsiz mitinqlər zamanı həbs olunan etirazçılara verilən sərt cəzaların sonuncusudur.

Pavel Ustinov
Pavel Ustinov

Rusiyanın 23 yaşlı aktyoru Pavel Ustinov Moskvada keçirilən etiraz yürüşü zamanı bir polis işçisinin çiynini zədələməkdə ittiham edilib. Ustinov ittihamı rədd edərək, yürüşdə təsadüfən olduğunu deyib. Onun həbsi zamanı çəkilən video sosial mediada geniş yayılıb. “Məhkəmə işinə əlavə edilən videoda heç kimin ağrıdan əzab çəkmədiyini, kiminsə çiyninin zədələnmədiyini, əllərin hərəkətdə olduğunu, polis işçilərinin müdafiə etdiyim şəxsi döydüklərini aydın şəkildə görmək olur. Bu, tamamilə cəfəngiyyatdır” deyə, Ustinovun vəkili Dmitri Çeşkov bildirir.

Ustinov sentyabrın 8-də Moskva seçkilərində müxalifət namizədlərin də iştirakı tələbi ilə keçirilən etiraz aksiyası zamanı həbs edilərək, mühakimə edilən 6 nəfərdən biridir.

Rusiya prezidenti Vladimir Putin insanların etirazlarını ifadə etməyə haqları olduğunu, lakin bunu icazəli nümayişlərdə edə biləcəklərini deyib. “Mən inanıram ki, onların etiraz etmək hüququ var. Bəzən bu, müsbət nəticə verir, çünki rəsmiləri hərəkət etməyə məcbur edir.”

Lakin Moskva rəsmilərinin seçkilərdən əvvəl nümayişlərin çoxuna qadağa qoymasına baxmayaraq, müxalifət liderləri insanları küçələrə çıxmağa çağırdı. Seçkilərdən əvvəl həftələrlə keçirilən etiraz aksiyaları zamanı polis azı 2 min nəfəri həbs etdi. Tanınmış müxalifət lideri Aleksey Navalnı bir ay müddətinə həbs edildi. Polis həmçinin Rusiyanın hər yerində 43 ofisdə reyd keçirdi. Navalnının Novosibirsk ofisinin rəhbəri Sergey Boyko reyddən əvvəl vacib elektron sənədlərin ölkədən xaricə göndərilməsi üçün drondan istifadə edib. “Salam dostlar! Bu, drondakı sərt disklər çox vacib olanlardır. Onlarda çox qiymətli məlumatlar var. `O niyə uçur?`- deyə, soruşa bilərsiniz. Çünki polis evimdə axtarış aparmaq üçün qapının arxasındadır”.

Aleksey Navalnı
Aleksey Navalnı

Diqqətə layiq digər işlər isə proqramçı Konstantin Kotovun dinc nümayişlərdə iştirak etdiyi üçün 4 il, bloger Vladislav Sinitsanın isə Tweeter-də yazdıqlarına görə 5 il müddətinə azadlıqdan məhrum edilməsidir.

BMT-nin İnsan Hüquqları üzrə müvəkkili Mişel Baçelet Moskva bələdiyyə seçkilərindən əvvəl və seçkilərin keçirildiyi müddətdə polis zorakılığı ilə bağlı narahatlığını ifadə edib. “Mən İnsan Haqlarına dair Prezident Şurasının polis tərəfindən ifrat güc tətbiq edilməsi ilə bağlı araşdırmalara dair çağırışlarını dəstəkləyirəm və hakimiyyəti ifadə azadlığını, dinc toplaşmaq hüququnu və ictimai işlərdə iştirak hüququnu müdafiə etməyə çağırıram.”

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO