“Beşitkaş”ın qapıçısı üzr istədi
Türkiyənin “Beşiktaş” klubunun qapıçısı Loris Karius Avropa Liqasının qrup mərhələsinin I turundakı səhvinə görə üzr istəyib.
Rakus.az xəbər verir ki, “Slovan”la Slovakiyadakı matçın 15-ci dəqiqəsində kobud səhv edərək rəqibin hesabı açmasında pay sahibi olan qolkiper qarşılaşmadan sonra azarkeşlərə müraciət edib.
O, 2:4 hesablı məğlubiyyətdə buraxılan ilk qolun günahkarı olduğunu və bu səbəbdən də üzr istədiyini açıqlayıb: “Bilirəm ki, bu oyun komandaya və azarkeşlərə acı bəxş edib. Siz qəzəblənə, məyus ola bilərsiniz. Mən ilk qola görə bütün məsuliyyəti üzərimə götürürəm. Daha etibarlı oynamalı idim. Düzdür, bundan sonra da qalib gələ bilərdik. Amma hər şey planımıza uyğun getmədi. Lakin gəlin bir olaq. Qarşıda hələ çox oyunumuz var. Dəstəyiniz bizə çox lazımdır”.
Qeyd edək ki, “Beşiktaş” Bratislavadakı matçda 2:4 hesabı ilə uduzub.