Maraqlı 25.09.2019 08:45

BÜRCLƏR – 25 sentyabr

Qoç – dostlarla ünsiyyət və birgə fəaliyyətin intensivləşdirilməsi üçün yaxşı gündür. İşləmək əvəzinə düşünməyə və xəyallara üstünlük verməyin. Fəaliyyətinizə bir qədər ara verin, amma istirahət uzun çəkməsin. İşgüzar səfərlər üçün əlverişli vaxtdır.

Evdən uzaqda əlverişli alış-veriş edə bilərsiniz.

Qohumlarınız arasında bir şəxsin təcili yardıma ehtiyacı var. Köməyinizi əsirgəməyin. Məsləhətlərin sayını artırmayın. Əks təqdirdə ətrafınızdakı şəxslərdə qıcıq yarada bilərsiniz.

Buğa – yaranmış problemlərin həllini uzatmayın. Cari məsələlərin çözümündə diqqətli olun, sayıq davranın. Yaxınlarınızdan biri ilə münasibətlərdə problemlərin formalaşması istisna deyil. Mübahisəli məsələlərdə qarşılıqlı anlaşmaya nail olun. Mühüm söhbəti daha əlverişli saydığınız vaxtadək ertələməyin.

Günün ikinci yarısında önəmli görüş və ya danışıqlar ola bilər. Yaxın ətrafınızdakı insanlarla ünsiyyətdə intonasiyanın xüsusi əhəmiyyəti var. Bədgüman və şübhəli olmayın. Neqativ sözlər durumu daha da ağırlaşdıra bilər.

Əkizlər – həftənin ən uğurlu günlərindən biri deyil. Cəhdləriniz və əməyinizin məhsuldarlığı planlarınızın reallığından asılıdır. Diqqətli olun, emosiyalara qapılmayın. Yaxın ətrafınızdakı insanlardan biri etimadı doğrultmaya bilər.

Rutin işlərdən usanma, yaradıcılıq durğunluğu da istisna deyil. İşgüzar sənədlərdə, yazışmalarda kobud səhvlərə yol verməyin. Axşam saatlarına yaxın yola çıxsanız, gecikmələr və təxirəsalmalar istisna deyil. Eyni vaxtda bir neçə işə başlamağa çalışmayın. Əks təqdirdə ifrat yorğunluğa qapıla bilərsiniz.

Xərçəng – təmkinli və sayıq olun. Düşünülməmiş addımlar atmayın. Radikallıq, aqressivlik zamanı deyil. Səbrli davranın. Cari işləri və rutin problemləri həll etmədən irəliləmək mümkün deyil. Ona görə də yarımçıq işlər qoymayın. Əks təqdirdə sabahkı gündə görüləsi işlərin sayı artacaq.

Günün ikinci yarısında maraqlı işlər olacaq. Alış-verişdə bədxərclik etməyin. Maliyyə vəsaitinizin qədrini bilin. Pulları xərcləmək əvəzinə yığın. Qətiyyətli olun, kiçik problemlərin qarşısında geri çəkilməyin.

Şir – günün ilk yarısında əhvalınız pisləşə bilər. Neqativ hisslərin əsiri olmayın. Kiçik diskomfort sizi təbdən çıxarmasın. Yaxın ətrafınızdakı insanları narahat edən məsələlərin fərqinə varın. Situasiyaya maksimum dərəcədə uyğunlaşın.

Günün ikinci yarısında fəaliyyət və yaşam arealını qaydaya salın. Dəyər verdiyiniz insana ünvanladığınız iradların sayını artırmayın. Yaşananlarda sizin günahınız da var.

Qız – həmkarlar və işgüzar tərəfdaşlarla bir sıra məsələləri həll etmək, münasibətləri rəvanlaşdırmaq üçün əlverişli gündür. Gün asan deyil. Lakin vaxtınızı hədər itirməsəniz, məhsuldar ola bilər. Diqqət və sayıq davranış tələb edən işlər müxtəlifdir.

Onları həll edə bilərsiniz. Müstəqil şəkildə düşünməli, hərəkət etməli və suallara cavab tapmalı olacaqsınız.

Yaxın ətrafınızdakı insanlarla münasibətlər normal olacaq. Haqlı olduğunuzu sübut etməyə lüzum yoxdur. İdeyalarınız rəğbətlə qarşılanacaq.

Qətiyyətli və təşəbbüskar olun.

Tərəzi – işgüzar məsələlərin həlli üçün uğurlu gündür. Yaşam potensialının səviyyəsi yüksəkdir, enerjiniz və ruhi qüvvəniz çoxdur. Uğura nail olmaq üçün bütün komponentlər var.

Yeni, çətin və mürəkkəb işlər peyda olur. Fəqət, çəkinməyin və narahat olmayın: həmin işlərin öhdəsindən gələcəksiniz. Məqsədə doğru qətiyyətlə irəliləyin. Hansısa şəxs, hadisə və ya nəsnə sizə mane olmamalıdır.

Köçmək, təmirə başlamaq, şəraiti dəyişmək olar.

Əqrəb – aqressiv, davakar olmayın. Sərt danışıqlar zərər verə bilər. Güzəştlərə meylli olun. Açıq hücum heç də həmişə qələbənin rəhni deyil. Kobud taktika, izafi sərtlik qarşı tərəfdə də qeyri-adekvat davranışa səbəb olacaq.

Günün ikinci yarısında dəyər verdiyiniz insanlarla münasibətlərdə düşünülmüş taktikaya üstünlük verin. Riskli sövdələşmələrdən və anlaşmalardan uzaq olun.

Qanunsuzluq təsiri bağışlayan əməliyyatlar heç bir xeyir verməyəcək.

Oxatan – günün ilk yarısında işlərdə çətinliklər yaranacaq. Ən kiçik uğurun önəmi artacaq. Texniki detallar və təfərrüatlar hədəfə doğru irəliləyişinizi çətinləşdirə bilər.

Diqqətli olun, bədxahların məkrli planlarına aldanmayın.

Günün ikinci yarısında səhhətinizə fikir verin. Orqanizminizdəki kiçik ağrı sonradan ciddi fəsad yarada bilər.

Yarımçıq işləri tamamlamadan yeni layihəyə başlamayın.

Oğlaq – günün ilk yarısında qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün maksimal sürət və intensivliklə çalışın. Ən yaxın insanlardan biri sizi sərt tənqid edə bilər. Sizi narahat edən məsələni çözmək üçün təcrübəli, bilikli insanla məsləhətləşin.

Günün ikinci yarısında qohumlardan və ya dostlardan biri sizdən yardım istəyə bilər.

Bütün hallarda situasiyanın mozaikalarını ayrıd etməyə çalışın. Profiliniz üzrə mütəxəssisləri işə cəlb edə bilərsiniz. Fəaliyyətinizin effektiv olmasına çalışın.

Axşam saatlarını açıq havada keçirin.

Dolça – günün ilk yarısında yaxın ətrafınızdakı insanlarla ünsiyyətdə çətinliklər yaranacaq. Davranışınıza nəzarət edin. Həmkarlarınız sizinlə danışıqlarda izafi kəlmələr söyləyə bilərlər.

Günün ikinci yarısında yeni təmaslar və əlaqələr qurmaq olar. Yaranmaqda olan münaqişənin böyüməməsi üçün qarşı tərəfin əsla xoşlamadığı mövzulara toxunmayın.

Daşınmaz əmlak, maliyyə və ya texniki avadanlıqlar, vasitələrlə bağlı məsələnin həllini bir qədər ertələyin.

Axşam saatlarını dostlarla keçirin.

Balıqlar – günün ilk yarısı asan olmayacaq. Cari problemlərin həllində ciddi çətinliklərlə qarşılaşa bilərsiniz. Hətta ən adi, “alışdığınız” məişət problemlərinin çözümündə yeni maneələr və sədlər yaranacaq. Aktiv olun, süst davranmayın.

Günün ikinci yarısında yolda problemlər yarana bilər. Nəqliyyat vasitəsində texniki nasazlıq, marşrutun nəzərdə tutulmamış dəyişikliyi istisna deyil. Adi günlərdən fərqli olaraq intellektual fəaliyyətdə çətinliklər yaranacaq. İşdə həmkarlar və rəhbərliklə təmaslarda diqqətli, eyni zamanda nəzakətli olun.

Axşam saatlarında əylənə bilərsiniz. (Milli.Az)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO