Sosial 26.09.2019 14:10

“Azerspace-2″ peyki 14.1 milyon ABŞ dolları həcmində gəlir gətirdi

Bu gün Azərbaycan Respublikasının üçüncü peyki – “Azerspace-2” peykinin orbitə buraxılmasından bir il ötür. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ərsəyə gələn, “Azerspace-2” telekommunikasiya peyki Bakı vaxtı ilə 26 sentyabr 2018-ci il tarixində Fransız Qvianasında yerləşən kosmodromdan – Qviana Kosmik Mərkəzindən uğurla orbitə buraxılıb.

Rakus.az xəbər verir ki, növbəti aylar ərzində peyk yekun orbital mövqeyə çatdırılıb və testləri uğurla icra olunub. 2019-cu ilin yanvar ayında peykin idarəedilməsi tam olaraq “Azərkosmos”a təhvil verilib və peyk 2019-cu ilin fevral ayından kommersiya fəaliyyətinə başlayıb.

“Azerspace-2” peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edir. Peyk qeyd olunan regionlarda dövlət və özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edir.

“Azerspace-2” peykinin resursları “Azərkosmos”a yeni müştərilərə xidmət göstərmək imkanı yaratdı. Bunlardan Fransanın EUTELSAT S.A. şirkəti və Amerika Birləşmiş Ştatlarının peyk xidmətləri üzrə aparıcı şirkəti olan “İntelsat” şirkətinin adları xüsusi qeyd olunmalıdır. Hazırda “Azerspace-2” peyki vasitəsilə Afrika regionunda 80-dən çox şifrəli kanal yayımlanır.

“Azərkosmos”-dan Trend-ə bildirilib ki, yeddi aylıq kommersiya fəaliyyəti ərzində “Azerspace-2”nin tutumlarının 80%-i ödənişli əsaslarla istismar olunub. Peykdən bu dövr ərzində 14.1 milyon ABŞ dolları həcmində gəlir əldə edilib.

“Azerspace-2” peykinin uğurlu biznes fəaliyyəti sayəsində “Azərkosmos” regional peyk xidmətləri bazarında etibarlı tərəfdaş mövqeyini daha da möhkəmləndirib.

Qeyd edək ki, Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və Azərkosmos tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil almış və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlamışdır. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarıb.

XƏBƏR LENTİ
Elm və təhsil / 02.07.2024 22:43
“Türklərin Qafqazdakı varlığını 11-ci əsrdən götürmək utopiyadır” - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 02.07.2024 18:36
“Ümumi oyunun bir hissəsi Ermənistanı Fransanın forpostuna çevirməkdir” - VİDEO
Siyasi, Video müsahibə / 02.07.2024 12:24
Ermənistan kimin forpostu olur?- ANONS - VİDEO
Müsahibə / 01.07.2024 22:30
“Kameral təsvirlər Qərbi Azərbaycan torpaqlarının kimə məxsusluğunu sübut edən dövlət sənədidir” - VİDEO
Elm və təhsil / 01.07.2024 13:45
Xəzərlərin etnik kimliyi – ANONS
Maraqlı, Sosial / 29.06.2024 22:01
“Şorcalı mordvin gənci türk casusu adı altında İrəvanda öldürülüb” – Qərbi Azərbaycan Xronikası - FOTO - VİDEO
Maraqlı, Sosial / 28.06.2024 22:46
“Qonaq gələnlər maşını kənddə qoyub Gorusa erməni nömrəsi olan maşınla, avtobusla gedirdilər” - FOTO - VİDEO
Təhlil / 28.06.2024 15:23
Ermənistanın nicatı və Aİ-yə açılan yol – TƏHLİL
Sosial / 28.06.2024 13:22
“Anam rəhmətə gedəndə dedi ki…” Roza Cavadovanın “Həyat Hekayəsi”- ANONS - VİDEO
Hərbi, Təhlil / 27.06.2024 22:16
“Ermənistan sərhəddə strateji yüksəklikləri ələ keçirməyə hazırlaşır” - FOTO - VİDEO
Təhlil / 27.06.2024 17:30
Beynəlxalq səviyyəli münaqişələrdən necə istifadə edilir – TƏHLİL
Hərbi / 27.06.2024 13:32
Ermənistan təxribata əl atarsa… – ANONS - VİDEO
Elm və təhsil, Siyasi / 26.06.2024 22:21
Yerli əhalisi erməni kimi qələmə verilən Vorontsovka rayonu - FOTO - VİDEO
Hərbi / 26.06.2024 20:59
Silahlı Qüvvələrimiz dövlətimizin gücü, dayağıdır
Elm və təhsil / 26.06.2024 12:55
Rusların əli ilə erməniləşdirilən məkan – ANONS - VİDEO
Elm və təhsil, Maraqlı / 25.06.2024 22:15
“Qafqaz anlayışı 19-cu əsr anlayışıdır, bu ərazi İçoğuz adlanıb” - FOTO - VİDEO
Siyasi, Təhlil / 25.06.2024 18:38
“İrəvan üçün ən vacib addım seçimini Bakı və Ankaradan yana etməkdir” - FOTO - VİDEO
Elm və təhsil, Maraqlı / 25.06.2024 14:00
Türklərin at üstündə oxla döyüşməsinin sirri – ANONS - VİDEO
Siyasi, Video müsahibə / 25.06.2024 13:27
İrəvan üçün ən vacib addım – ANONS - VİDEO
Elm və təhsil, Video müsahibə / 24.06.2024 22:06
“Xanlıqlar arasında birlik olsaydı, onların heç biri məğlubiyyətlə üzləşməzdi” - FOTO - VİDEO
Təhlil / 24.06.2024 17:13
Ermənistanın qurtuluşunun real yolları – TƏHLİL
Elm və təhsil, Sosial / 22.06.2024 22:54
Səlcuqların Kanlı qolunun məskunlaşdığı ərazi - FOTO - VİDEO
Siyasi, Sosial / 21.06.2024 21:36
“Deyirdilər ki, Göyçə gölü tərəfdən ermənilər gəlib sizi qıracaq” - FOTO - VİDEO
Siyasi / 21.06.2024 16:28
Dəyişməyən mövqelər – Prezidentlə dövlət katibinin telefon danışığı – TƏHLİL
Maraqlı, Sosial / 21.06.2024 14:09
“Atam Vətən həsrətinə dözə bilmədi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 20.06.2024 22:44
“Bakı və Ankara Qərbi Azərbaycana qüvvələr göndərə bilər” - FOTO - VİDEO