Ödənişsiz hüquqi yardım göstəriləcək
“Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyə edilib.
Rakus.az xəbər verir ki, Vəkillər Kollegiyasından verilən məlumata görə, qeyd olunan tövsiyənin icrası ilə əlaqədar olaraq keçirilən tədbirlər çərçivəsində 28 sentyabr 2019-cu il tarixdə, “Faiq Nağıyev və partnyorları” və “Kredo” Vəkil Bürosu tərəfindən Neftçala rayonu, Heydər Əliyev Mərkəzində, saat 10:00-13:00-da Neftçala və ətraf rayonlarda yaşayan vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilməsi nəzərdə tutulub.
Bu kimi tədbirlər Respublikanın digər regionlarında da müntəzəm olaraq keçiriləcək.