Mədəni 28.09.2019 11:59

Leyla Əliyeva sərgidə oldu - FOTO

Sentyabrın 27-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Nəsimi Əlyazmaları dünya kitabxanalarında” adlı kitab sərgisinin açılış mərasimi olub.

Rakus.az xəbər verir ki, “Mədəni sərvətlərimizin vətənə qayıdışı” layihəsi çərçivəsində təşkil olunan sərgi Bakı VI Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində reallaşıb.

Sərginin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.

Mədəniyyət naziri Əbülfəs Qarayev tədbirdə çıxış edərək sərgi haqqında ətraflı məlumat verib. Bildirib ki, sərgidə Şərqin böyük mütəfəkkiri İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş əlyazmaların surətləri yer alır. Bu kitablar dünyanın müxtəlif aparıcı kitabxanalarından əldə olunaraq Milli Kitabxananın arsenalına daxil edilib. Sərgi ölkəmizdə VI dəfə təşkil edilən kitab sərgi-yarmarkası çərçivəsində açılıb. Bu gün kitab və kitabxana işinə ölkəmizdə lazımi səviyyədə dövlət tərəfindən diqqət göstərilir. Azərbaycanda belə sərgi-yarmarkaların keçirilməsi artıq ənənə halını alıb.

Nazir vurğulayıb ki, İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə müxtəlif tədbirlərlə qeyd olunur. Həmçinin dövlət başçısının daha bir Sərəncamı ilə 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan edilib. Prezidentin İmadəddin Nəsiminin yubileyinin keçirilməsi haqqında Sərəncamının icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyinin əmri ilə tədbirlər planı hazırlanıb. Görkəmli şairin 650 illik yubileyi öncəsi, ötən il ədəbi-mədəni mühitdə geniş rezonans doğuran əhəmiyyətli bir layihə – Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanda ilk dəfə olaraq Nəsimi – şeir, sənət və mənəviyyat festivalı keçirilib. Bir gün sonra təşkil ediləcək növbəti eyniadlı festival yubiley ilinin ən yaddaqalan tədbirlərindən olacaq. Buna görə də “Nəsimi Əlyazmaları dünya kitabxanalarında” sərgisi Mədəniyyət Nazirliyinin ikinci dəfə keçiriləcək “Nəsimi – şeir, incəsənət və mənəviyyat” beynəlxalq festivalına hədiyyəsidir.

Nazir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ölkənin ən böyük kitabxanasına gəlişini Fond tərəfindən kitaba, mütaliəyə və oxu mədəniyyətinə göstərilən diqqətin göstəricisi kimi qiymətləndirib.

Milli Kitabxananın direktoru Kərim Tahirov kitabxana barədə məlumatların, üç dildə çap olunmuş, ana haqqında şeirlərin yer aldığı kitabları Leyla Əliyevaya təqdim edib.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

Həmçinin Leyla Əliyevanın iştirakı ilə Milli Kitabxanada beynəlxalq əməkdaşlıq zalının da açılışı olub.

Açılışda 13 ölkənin Azərbaycandakı diplomatik nümayəndələrinin və kitabxanaların rəhbərləri də iştirak ediblər. Məlumat verilib ki, bu zalda həmin ölkələrin ədəbiyyat guşələri və kitabxanaları ilə birbaşa internet əlaqəsi yaradaraq faydalanmaq mümkündür.

Qonaqlar Milli Kitabxananın oxu zalları ilə tanış olublar.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS