Sosial 01.10.2019 09:34

Salyan rayon prokurorluğunun yeni binasının açılışı olub - FOTO

Bakı. Rakus.az

Salyan rayon prokurorluğunun yeni inşa olunmuş inzibati binasının açılışı olub.

Tədbirdə Azərbaycan Respublikasının Baş Prokurorunun müavini Namiq Əsgərov, rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, prokurorluq orqanlarının veteranları və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Sentyabrın 28-də keçirilən açılışda Namiq Əsgərov qarşıdan gələn 1 oktyabr – prokurorluq işçilərinin peşə bayramı münasibəti ilə rayon prokurorluğunun kollektivini təbrik edərək bildirmişdir ki, Azərbaycan Prokurorluğunun demokratik məzmunda tamamilə yenidən formalaşması, milli maraqlarımıza xidmət edən bir dövlət qurumu kimi hərtərəfli təkmilləşməsi və müasirləşməsi məhz Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi dövlətçilik siyasəti və gündəlik qayğısı nəticəsində mümkün olub.
Açılış mərasimində çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov prokurorluq orqanlarının əməkdaşlarını yeni inzibati binanın istifadəyə verilməsi münasibətilə təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, qanunçuluğun təmin edilməsində və cinayətkarlıqla mübarizədə prokurorluq orqanlarının rolunu yüksək qiymətləndirib.
Prezident İlham Əliyevin prokurorluq orqanlarına göstərdiyi diqqət və qayğısından söz açan rayon rəhbəri prokurorluq əməkdaşları üçün tikilən yeni binanın istifadəyə verilməsini prokurorluq əməkdaşlarının əməyinə verilən yüksək qiymət kimi dəyərləndirib.
Salyan rayon prokuroru Firdovsi Nemətli rayon prokurorluğunun inzibati binasının müasir standartlar səviyyəsində inşa edilərək bütün otaqların kompüter və ən müasir zəruri avadanlıqlarla təmin edilməklə istifadəyə verilməsini dövlət tərəfindən porokurorluq orqanlarına göstərilən diqqət və qayğı kimi qiymətləndirib. Tədbirdə prokurorluq əməkdaşları dövlətin onlara göstərdiyi yüksək etimadı doğruldacaqlarını, qarşıya qoyulan vəzifələri bundan sonra da əzmlə yerinə yetirəcəklərini inamla ifadə ediblər.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO