Maraqlı 04.04.2019 00:13

BÜRCLƏR – 4 aprel

Qoç – işdəki gələcəyinizi necə gördüyünüzü düşünün. Heç bir perspektivi olmayan məsələlərdən imtina edin, puç xülyaları unudun.

Yaxşı pul əvəzinə vəd verilən yerdə qalmağınız zəifliyiniz, fatumla barışmağınızdır.

Yaxın ətrafınızdakı insanlar və ailə üzvləriniz qərarınızı pisləyə bilər.

Eyb etməz, sadəcə, intuisiyanızın dediyinə qulaq verin.

Bu gün tanış olacağınız insanlar sizi anlamırlar. Onlarla ünsiyyətdə həssas və sayıq olun.

Münasibətlərin rəvan, harmonik olmasına çalışın.

Buğa – son vaxtlar əldə etdiyiniz bilik və bacarıq bu gün karınıza gələcək. Təcrübədən yararlanmaqdan çəkinməyin.

İşdə eksperimentlər, çoxdan bəri sizi narahat edən problemin həllinin yeni variant və metodlarının axtarışı üçün əlverişli zamandır.

İşgüzar məsələləri müzakirə edin. Diskussiyalar konstruktiv olacaq.

Əks cins mənsubu sizinlə maraqlanacaq.

Lakin romantikaya qapılmayın. Həmin şəxsin sizin üçün nə dərəcədə maraqlı olduğunu düşünün. Usandırıcı ünsiyyətindən sonradan qurtulmağın çox çətin olacağı insanla təmas riski var.

Əkizlər – söhbətlər, xüsusilə də maraqlı olmayan müzakirələr xeyli vaxt alır. Belə söhbətlərdən yayının. Amma sərt olmayın, çünki söhbətə qatılanlar işiniz asılı olduğu adamlardan biridir.

Rəhbərliklə dil tapın, acıdil olmayın.

Yaradıcılıq potensialı yüksəkdir. İdeyalar da pis deyil, amma onların arasında nisbətən real olanı seçin.

Yaşamınızda köklü dəyişikliklər etməyin vaxtı çatmayıbmı?

Xərçəng – eksperimentlər üçün əla gündür. Anı hiss edin, qərar qəbulu və ya əhəmiyyətli addım üçün uğurlu vaxtı müəyyənləşdirməyə çalışın.

Yaxın ətrafınızdakı insanlar sizi təəccüblə izləyəcəklər. Onlar düşünürlər ki, yanlış qərar veribsiniz və uğursuzluğa düçar olacaqsınız. Fəqət, seçdiyiniz taktika səhihdir.

Günün ikinci yarısı dəvət aldığınız yerə yollanmaq, dostlarla görüş, relaks üçün yaxşıdır. Yeni tanışlıqlar və ya tanışlarla əlaqələrin möhkəmləndirilməsi istisna deyil.

Şir – çalışdığınız insanları dürüst qiymətləndirin. İfrat inam və etibar kimi, sizə yardım etmək istəyən şəxsə şübhə ilə yanaşmaq yersizdir. İş və ya şəxsi həyatla bağlı mühüm məsələlərin müzakirəsi üçün əlvreişli gün deyil. Münaqişə riski böyükdür.

Yaşam tonusunun səviyyəsi yüksəkdir. Enerjili, aktiv, qətiyyətli olun. Ev işlərini həll etmək, ya da yeni işə başlamaq olar.

Axşam saatlarını təmiz havada keçirin.

Qız – malliyyə itkiləri, uğursuz alış-veriş zamanıdır. Ciddi və genişmiqyaslı işə başlamaq istəyirsinizsə, yardımçı olacaq insanı müəyyənləşdirin.

Gərəksiz, perspektivsiz, puç xəyallara, mənasız vədlərə aldanmayın.

Uzunmüddətli kursa yazılmayın, tam bəlli olmayan sifarişi qəbul etməyin.

Səfər və ya səyahət üçün əla gündür. Şərait və mühit dəyişikliyi əhvalınızı yaxşılaşdıracaq. Maraqlı tanışlıqlar istisna deyil.

Uşaqlar və azyaşlı qohumlarla ünsiyyətdə gülərüz, həssas olun.

Tərəzi – pullarınızı ağılla, məntiqlə xərcləyin. Alış-verişdə hərisliyə və ya emosionallığa qapılmayın. Maliyyə durumunuz qəflətən yaxşılaşa bilər.

Böyük məbləğdə pul almağınız mümkündür. Yaxud da sərfəli anlaşma, işlə bağlı cazibədar təkliflər istisna deyil.

Uzunmüddətli planların hazırlanması üçün əlverişli gündür.

O planlardan birini reallaşdırmağa başlayın. Yaxın ətrafınızdakı insanlardan biri ideyanızı reallaşdırmaqda sizə yardımçı olacaq.

Günün ikinci yarısı qələbələr vaxtıdır.

Əqrəb – bir yerdə oturmaq istəmirsiniz. Macəra və sərgüzəşt arayırsınız. Yeknəsəklikdən qurtulmaq, rutin işlər əvəzinə maraqlı prosesə başlamaq naminə düşünülməmiş addım atmayın.

Yaranan problemləri dərhal həll etməyə çalışın. Həmin müşküllərin çözümü maraqlı olay olmasa da, səy göstərin.

Bu gün romantik münasibətlər başlana bilər.

Onlar parlaq, amma qısamüddətlidir. Çoxdan görmədiyiniz dostunuz axşam saatlarında sizə zəng edəcək, ya da yanınıza gələcək.

Oxatan – bu gün faydalı və maraqlı işləyə bilərsiniz. Əsas odur ki, sizi kimsə yolunuzdan sapdırmasın. Qarşınıza qoyduğunuz məqsəddən yayınmayın. Təzyiqə dözərək haqlarınızın tapdanması ilə barışmayın.

Mühüm qərarları təkbaşına qəbul edin. Yaxın ətrafınızdakı insanların məsləhətləri yararsızdır.

Psixoloji problemlərinizi həll edin, irəliyə doğru hərəkətə mane olan daxili sədləri aşın.

Qüvvənizə inanın, çünki ən çətin məsələnin öhdəsindən gələ bilərsiniz.

Axşam saatlarında həlim, gülərüz olun. Yaxın bildiyiniz insanlarla ünsiyyətdə mehriban davranın.

Oğlaq – işdə yeniliklər və dəyişikliklər ola bilər. Situasiyanı müşahidə edin. Nüfuzu artan insana gərəkli anda dəstək verməyinizdən perspektiviniz asılıdır.

İşdəki mövqelərini qorumaq üçün çoxdankı tərəfdaş və ya şəriklərdən biri ilə əməkdaşlıqdan imtina məcburiyyəti də yarana bilər.

Günün ikinci yarısında qəbul edəcəyiniz qərarı yaxınlarınız, qohumlarınız və ailə üzvləriniz bəyənməyə bilər.

Qərarınızın səbəbini və mövqeyinizi, plan və ya niyyətinizi açıqlasanız, ciddi problemlər yaranmayacaq.

Dolça – gün yeni işlər və tapşırıqlar, sifarişlər və təkliflər vəd edir. Bir zamanlar yardım etdiyiniz insanlar indi sizə kömək etməyə hazırdır. O insanlara laqeyd yanaşmayın.

Gəlir əldə edə bilərsiniz.

Səfər və səyahət istisna deyil. Olaylar maraqlı məcrada cərəyan edir.

Görüş və müzakirələri, yaşanan situasiyanın təhlilini günün ikirnci yarısına təyin edin.

Vəd verdiyiniz yerə gecikməyin. Dövlət qurumlarına yollansanız, bürokratik əngəlləri göz önünə alın və usanmayın, səbrsizlik etməyin.

Balıqlar – qüvvə və potensialınıza şübhəniz varsa, risk etməyin, uğursuzluğa düçar olmayın. Yerinizdə saymayın, döyüşə atılın.

Qələbə qazanacağınıza əmin olmasanız da, hərəkət edin.

Qorxular və tərəddüdlərin sizi üstələməsinə imkan verməyin. Belə davransanız, günün ilk yarısında irəliləyişə nail olacaqsınız.

Axşam saatlarını sakit ortamda keçirin. Yaxşı musiqiyə qulaq asın, maraqlı filmə baxın. Mənəvi qüvvələrinizi bərpa edin, praktiki işlərlə məşğul olun.

Günün ikinci yarısı ailə həyatı ilə bağlı mühüm məsələlərin müzakirəsi üçün əlverişlidir. (Milli.Az)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO