Sosial 01.10.2019 15:27

Kapital Bankın Quba filialı müştərini süründürdü

 

“Avtomobilimə dəyən ziyanı aradan qaldırmaq üçün “Atasığorta”dan Kapital Bankda hesab açdırmağımı məsləhət gördülər. Operativ olaraq həmin bankda hesab açdım. Amma sığortadan deyilən vaxtda vəsaiti ödəmdilər. Bu səbəbdən də bərk əsəbləşdim və sığortanın rəhbərliyini xeyli ittiham etdim. Amma sonradan bildim ki, təqsirkar sığorta şirkəti deyil, bankın Quba filiallarıdır”.

Rakus.az xəbər verir ki, bunu Quba rayon sakini Oktay Məmmədov deyib.

Qarşılaşdığı çətinliklərlə bağlı redaksiyamıza şikayət edərək bildirdi ki, qalmışdım sığorta ilə bankın filialları arasında. Sən demə sığorta ödəyib, bankın Quba filialları isə məni get-gələ salır. Rayonda olan hər iki filiala yaxınlaşan kimi “pulun keçməyib” deyərək məni qaytarırdılar. Ancaq sığorta şirkətindən ödənişən qəbzini tələb edərək gördüm ki, nəzərdə tutulan vəsait sentyabrın 13-də ödənilib. Ayın  17 və 18-də bankın bu filiallarına getsəm də pulun köçürülmədini bildirdilər. Bankın filialları arasında qalmışdım, əsəblərimi cilovlaya bilmirdim. Sonda ödəniş qəbzini göstərdim və bir müddət gözlədikdən sonra pulumu ala bildim.

Məsələyə aydınlıq gətirmək üçün bankın Quba “ASAN xidmət”in yanındakı filialı ilə əlaqə saxladıq. Filialın müdiri redaksiyamıza edilən şikayəti dinlədikdən sonra bizə məlumat verməyərək, qeyd etdi ki, qoy özü gəlsın. Müştərinin süründürüldüyündən bərk əsəbi olduğu üçün gələ bilmədiyini deyərək şəxsiyyət vəsiqəsini və sığortanın ödəniş qəbzini təqdim etmək istəsək də məhəl qoyulmadı.

Hörmətli “Kabital Bank” ASC-nin məsul şəxsləri, qeyd olunan məsələnin araşdırılmasını, ölkəmizdə yetərincə reytinqi olan bankınızın nüfuzuna mənfi təsir edən belə halların aradan qaldırılmasını və müştərilərin süründürməçiliyinə son qoyulmasını xahiş edirik.

Hörmətlə,

Mikayıl Nərimanoğlu,
Əməkdar jurnalist

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS