Maraqlı 04.10.2019 08:45

BÜRCLƏR – 4 oktyabr

Qoç – Günün ilk yarısında hücum taktikası seçməyin. Mümkün qədər təmkinli, ehtiyatlı davranın. Məqsədə çatmaq üçün gərəyindən artıq vaxt və qüvvə sərf etməyin.

Hədəfə doğru aparan yolda ikinci şans olmayacaq. İmkanları real dəyərləndirin. Dəyər verdiyiniz insanla ünsiyyətdə aqressiv və sərt olmayın. Qısqanc davranmayın, kinli insan təsiri bağışlamayın.

Konkret məsələ ilə bağlı prioritetləri müəyyənləşdirin.

Danışıqlarla müzakirədə məsələni tam nəzərdən keçirin.

Buğa – Ən müxtəlif işlərin yerinə yetirilməsi üçün münasib zamandır. Özünüzdən bədgüman olmayın. Qüvvə və potensialınıza şübhəniz olmasın. İndiyədək reallaşdırılmasını arzuladığınız məsələni gerçəkləşdirməyə başlayın. İradəli olun, əsla və heç bir halda geri çəkilməyin.

Çoxdan bəri hazırladığınız planı həyata keçirməyə başlayın.

Günün ikinci yarısında ailədəki situasiya stabil olacaq. Qarşılıqlı anlaşma daha aşkardır. Yaxınlarınız sizə yardım etməyə hazırdırlar. Səhhətinizə fikir verin. Pəhriz barədə düşünün.

Əkizlər – Günün ilk yarısında yaranmış situasiyanı diqqətlə təhlil edin. Arzulara və xəyallara qapılmayın, illüziyalar aləmində dolaşmayın. Baş verənlərə realist münasibət bəsləyin. Hadisələrin axarı sizdə narahatlıq yaradarsa, böhranlı durumu təcrübəniz hesabına çözə bilərsiniz.

Günün ikinci yarısında istənilən problemi həll edə bilərsiniz. Məqsədi dəqiqləşdirin. Saatlar keçdikcə ünsiyyət çevrənizi məhdudlaşdırın. Maliyyə, texniki və fiziki təhlükəsizliyinizi təmin edin. Diqqətli, sərvaxt olun.

Xərçəng – Çoxdankı rəqiblərlə münasibətlərin gərginləşməsi istisna deyil. Dostlar və ya qohumlardan birinin sizə qarşı ambisioz iddiaları var. Yaxın ətrafınızdakı insanların tələbləri ilə istəklərini nəzərə alın.

Günün ikinci yarısında situasiya yeni problemlər yaradacaq. Etibar etdiyiniz insanla səmimi söhbət bir sıra məqamlara aydınlıq gətirəcək. Müəmmalı məsələlərin çözülməsində intuisiyanıza güvənin.

Şir – Ünsiyyət və fəaliyyət üçün daha geniş sahəyə ehtiyacınız var. Uğurlarınızla qürrələnməyin, təvazökar olun.

İnformasiya ilə işləmək, müzakirələr, təcrübə mübadiləsi üçün yaxşı zamandır.

Günün ikinci yarısında hadisələrin axarı sizi təmin edirsə, proseslərə süni təkan verməyə can atmayın. Yaxın gələcəklə bağlı planları quranda praqmat olun. Həmkarlarınız və ya tərəfdaşlarınızla ümumi maraqlarınızı bir daha təhlil edin.

Bir qədər sonra əməkdaşlığın yeni variasiyası formalaşmağa başlayacaq.

Qız – Günün ilk yarısında yaxın ətrafınızdakı insanlarla aktiv ünsiyyətdə olun. Yeni simalar sizi stereotipləri dağıtmağa vadar edə bilər.

Çoxdan bəri əlaqə saxlamadığınız insanlarla təmaslara yenidən nəzər salın.

Günün ikinci yarısında uzun-uzadı söhbətlər və müzakirələr effektiv olmayacaq. Nisgilə qapılmayın. Dəyər verdiyiniz insanla sərinləşmiş münasibətləri inkişaf etdirmək istəyirsinizsə, aktiv olun. Ötənləri geri qaytarmaq olmaz, amma kiçik səhvləri və yanlışlıqları bağışlamaq mümkündür.

Axşam saatlarında normal istirahət etməyə çalışın.

Tərəzi – Günün ilk yarısında hadisələrin axarı qəfil məcraya yönələ bilər. Səbrli davranın, atacağınız addımları əvvəlcədən planlaşdırın. Ağır durumlarda neqativ hisslər sizi bədbinləşdirməsin. Yaşananlar sınaqdır.

Günün ikinci yarısında dəyər verdiyiniz insanla münasibətlərdə sərinlik yarana bilər. Tərəfdaş və ya şəriklə birgə fəaliyyətdə iş bölgüsü prinsiplərini pozmayın. Emosional davranaraq sonradan ağır fəsadlara səbəb ola biləcək qərarlar verməyin.

Axşam saatlarında evdən kənarda əylənə, istirahət edə bilərsiniz.

Əqrəb – Yaranmış problemləri vaxtında həll etsəniz, olayların axarında ciddi dəyişikliklər olmayacaq. Səbrli davranın, kəmhövsələlik etməyin. Sürprizlər və yeniliklər olacaq. Öhdəliklərlə vədlərinizə laqeyd qalmayın. Unutqan insan təsiri bağışlamayın.

Günün ikinci yarısında risklər istisna deyil. Yaşamınızda mərhələləri qarışdırmayın. Başladığınız işi yarımçıq qoymayın. Sözlərinizə fikir verin.

Axşam saatları hobbi və ya sevdiyiniz məşğuliyyət üçün əlverişlidir.

Oxatan – Əvvəlcədən tərtib olunmuş fəaliyyət proqramı pozulacaq. Maliyyə imkanlarınızı stress-testə məruz qoymayın. Qənaətli olun, hər manatın hesabını bilin. Çox istədiyiniz, əldə etmək istədiyiniz nəsnənin alınmasını ertələyin.

Çətin olsa da, bunu edin.

Günün ikinci yarısında təkliflərə kor-koranə razılıq verməyin. Manipulyasiyaya can atan insanın məramlarından xəbərdar olun. Dostlar və ya tərəfdaşlarla yeni işə başlamaq olar.

Axşam saatlarına yaxın məqsədə çatmaq üçün radikal tədbirlərə əl atmaq da olar. Ehtiyatlarınızdan, potensialınızdan bəhrələnin.

Oğlaq – Hisslərinizi nəzarətdə saxlayın. Fikir mübadiləsini qarşıdurmaya və davaya çevirməyin. Məqsədə çatmaq üçün operativ hərəkət edin. Problemli situasiyada sərt tədbirlərə əl atmayın. Adekvat yolu seçin.

Günün ikinci yarısında eyham və ya işarə alandan sonra hərəkətə keçin. Xahiş və təvəqqeləri qulaqardına vurmayın. Texniki manipulyasiyalar zamanı mövqeləriniz səbatlı, hərəkətləriniz dəqiq olmalıdır. Yeni texnika, yaxud da avadanlıqla ehtiyatla çalışın.

Təlimatlara, göstərişlərə əməl edin.

Dolça – Günün ilk yarısında bütün işləri əvvəlcədən planlaşdırmağa çalışmayın. İntuitiv hərəkət etsəniz, ciddi reqlamentdən çıxaraq daha böyük və əhəmiyyətli uğurlara nail ola bilərsiniz. Fəaliyyət azadlığı mütləqdir. Zəruri saydığınız kimi hərəkət edin.

Günün ikinci yarısında şəxsi həyatınızda proseslər həddən artıq intensiv olacaq. Özünüzü pərişan və tənha hiss etməyin. Psixoloji diskomforta qapılmayın.

Axşam saatlarında diqqətli olun.

Balıqlar – Günün ilk yarısında yaşanan hadisələri diqqətlə izləyin. Qarşı tərəfin dediklərinin fərqinə varın. Bir qədər passiv davranın. Yalnız fövqəladə hallarda, o da ki qısa müddətdə hiperaktiv ola bilərsiniz. Yeni əlaqələr yaradın, köhnə təmasları bərpa edin.

Günün ikinci yarısında ötənlərlə bağlı faydalı məlumat əldə olunacaq. Özəl istəyə malik şəxs sizə yardım üçün müraciət edəcək. Yardıma sizin ehtiyacınız varsa, bununla bağlı etibarlı insana üz tutmaq olar.

Axşam saatlarında normal istirahət edin. (Milli.Az)

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO