Maraqlı 08.10.2019 08:45

BÜRCLƏR – 8 oktyabr

Qoç –  səhər saatlarından etibarən aktiv olun, rəqibləri üstələməyə çalışın. Çətin, həlli ağır təsir bağışlayan problemlərin çözülməsində təşəbbüs və qeyri-adi variantlar məsləhətli davranışdır. Yaxın ətrafınızdakı insanların dəstəyi sayəsində yaxşı nəticələr əldə edə bilərsiniz.
Günün ikinci yarısında tanışlardan biri yardım təklif edəcək. Təklifi müsbət cavablandırın. Eqoist və müştəbeh insan təsiri bağışlamayın. Təcrübə və imkanlarınıza şübhəniz varsa, yeni işə başlamayın.
Axşam saatlarına yaxın təəssüratların ilkin izharlarına aldanmayın. Yaxınlarınızla ünsiyyət xoş saatlar bəxş edəcək.

Buğa – səhər saatlarından etibarən yalan ümid və vədlərə aldanmayın. Əsas planınıza riayət edin. Səhər işə gedəndə evdəki elektrik əşyaların söndürüldüyünü yoxlayın.
Günün ikinci yarısı gözlənilməz görüş, qəfil informasiya və ya həyəcan vəd edir.
Qətiyyət və əminliyin çətinlik yaratdığı problemlər ünsiyyət, məsələlərinin müzakirəsi, ən pis halda yazışma ilə çözülməlidir.
Nizamlı işdəki qəfil sapıntılar və nöqsanlar, texnika və avadanlığın sıradan çıxması sizi qorxutmasın. Çətinliyi çözməyə çalışın.

Əkizlər – günün ilk yarısı uğur vəd edir. Pozitiv olun. Ən kiçik çətinlik və cüzi problemlər sizdə bədbinlik yaratmasın. Əhvalınızdakı harmoniyanın pozulmasına imkan verməyin. İşlərdə zəhmətkeş olsanız, səyləriniz yaxşı nəticə verəcək.
Günün ikinci yarısında məişət qayğıları vaxtınızı alacaq. Ailə üzvlərinin tələblərini nəzərə alın, deyilən sözləri qulaqardına vurmayın. Yardıma ehtiyacı olan insana kömək edin.
Axşam saatlarında evdən kənarda istirahət etmək olar. Dəvət aldığınız yerə gedin.

Xərçəng – yeni işlərə başlamazdan əvvəl əvvəlki işləri tamamən başa vurun. Yarımçıq qalmış işlər arzuolunmaz ballast rolunu oynaya bilər. Böyük fiziki və intellektual gərginlik tələb edən layihədə tələsmədən irəliləyin. Düşünülmüş addımlar atın.
Günün ikinci yarısında aramla çalışın, tələskənliyə yol verməyin. Köhnə əlaqələrin bəzilərini bərpa etmək mümkündür. Soyuqqanlı olun, amma laqeydlik etməyin.
Axşam saatlarına yaxın intuisiyanız güclənəcək. Romantik görüş üçün münasib zamandır.

Şir – kollektivdə mühit gərginləşə bilər. Münasibətlərin aydınlaşdırılmasına çalışmayın. Xüsusilə də qadınlarla dartışmayın. Fiziki işlə məşğul olmaq, əşya daşımaq, məşq etmək, piyada gəzmək çox xeyirdir.
Mənzil-kommunal sahəsi ilə bağlı problemlər yarana bilər. Ərzaq məhsullarının kefiyyətini yoxlayın.
İstirahətin sakit variantını seçin.
Əhvalınız qəflətən dəyişə bilər. Daha doğrusu, əhvalınızı bir adam korlayacaq.

Qız – bu gün az qala hər addımda sürpriz, qəfil hadisə və ya gözlənilməz söz ilə qarşılaşa bilərsiniz. Durumun təhlükəsizliyi kiminlə işləməyinizdən və münasibətlərinizin hansı səviyyədə tənzimlənməsindən asılıdır.
Yollarda, insanların çox olduğu yerdə təhlükə riskinin dolaşdığı gündür.
Əyləncələri təxirə salın, özünüzü təhlükəsiz hiss etdiyiniz yerdə qalın.
Danışıqlar və müzakirələr nəzarətdən çıxa bilər. İnadkar olun, güzəştə getməyin.
Fiziki işlə məşğul olmaq məsləhətdir.

Tərəzi – günün ilk yarısında süst davranmayın, aktiv olun. Daxili şübhələrinizi səsləndirməyin. Hansısa insandan bədgüman olsanız, fikrinizi və ya mövqeyinizi bəyan etməyin. Yaxın ətrafınızdakı insanlara boş vədlər verməyin. Əks halda nüfuzunuza zərbə dəyə bilər.
Günün ikinci yarısında etibar etmədiyiniz insanlara mübhəmlərinizi etibar etməyin.
Hisslərə qapılaraq alış-verişdə bədxərclik etməyin. Maliyyə məsələləri ilə bağlı yaxınlarınızla kəskin mübahisələrə başlamayın. Güzəştlərə meylli olun.

Əqrəb – adət etdiyiniz işlərlə məşğul olun, ənənəvi proseslərə üstünlük verin. Sürətli qərarlar, kreativ yanaşma, böyük zaman və ya maliyyə tələb edən işlərə başlamayın. Faydalı əlaqələr, indiyədək nail olduğunuz təmaslar dadınıza çata bilər.
Günün ikinci yarısında çalışdığınız məkanda rəhbərliklə və həmkarlarınızla münaqişəli situasiyanın yaranmasının təşəbbüskarı olmayın. Əks halda gərgin ab-hava bütün planlarınızı alt-üst edə bilər.
Axşam saatlarında normal istirahət etməyə çalışın.

Oxatan – səhər saatlarında qarşınızda çox yollar açılacaq. Şansları yetərincə dəyərləndirməyə çalışın. Məqsədlərə çatmaq, niyyətləri reallaşdırmaq üçün imkanlar var.
Günün ikinci yarısında gərginlik, daxili təbəddülatlar istisna deyil. Ötən günləri xatırlayıb köks ötürməyin, nisgilə qapılmayın.
Uzun müddət dəyər verdiyiniz insanla qəfil görüş güclü emosiyalar yaradacaq. Hisslərinizi anlamağa cəhd göstərin.

Oğlaq – səhər saatlarından etibarən aktiv çalışın. Yaradıcı olun, problemlərin həllində orijinal variantlardan yararlanın. İş yerində təşəbbüskar olun. Belədə rəhbərlik sizi yetərincə dəyərləndirəcək, məqsədə doğru daha sürətlə irəliləmək imkanları qazanacaqsınız.
Günün ikinci yarısında mümkün qədər çox çalışaraq maksimal nəticələr əldə etməyə can atmayın. Çox iş çox uğur demək deyil.
Karyeranızı düşünün, planları təftiş edin.
Axşam saatlarında gərginlikdən qurtulun. Stresslər səbr kasanızı daşdırmamalıdır. Romantik görüş, yaxşı ünsiyyət ola bilər.

Dolça – təmkinli, səbrli olun. Emosiyaların əsirinə çevrilməyin. Fəaliyyət müstəvisində formalaşa biləcək ən ağır situasiyada belə, düşünülməmiş addım atmayın. Müstəqil işləsəniz, cəhdləriniz yaxşı bəhrə verəcək.
Günün ikinci yarısında kollektiv fəaliyyət diqqətinizi yayındıra bilər. Ən optimal strategiyanı seçin. Hisslərin məntiqi üstələməsinə imkan verməyin.
Yaxın ətrafınızdakı insanların dediklərinə çox fikir verməyin. Hər sözü ürəyinizə salmayın.

Balıqlar – günün ilk yarısında ətrafınızdakı situasiyaya diqqətlə nəzər salın. Zəruri fəaliyyət planını hazırlayın. Az danışın, daha çox iş görün.
Günün ikinci yarısında səbrli və təmkinli davrsanız, qarşınıza çıxacaq problemləri asanlıqla həll edə bilərsiniz. Məqsədə doğru qətiyyətlə irəliləyin.
Axşam saatları maraqlı və xoş insanla təmaslar, ünsiyyət üçün əlverişlidir. (Milli.Az)

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO