Birləşdirici ideya “Qarabağ Azərbaycandır” olmalıdır – Əli Əhmədov
“Dağlıq Qarabağ münaqişəsi nizama salınana qədər Azərbaycan cəmiyyətində əsas birləşdirici ideya “Qarabağ Azərbaycandır” olmalıdır”.
Rakus.az xəbər verir ki, bunu “Qarabağ Azərbaycandır! Münaqişənin həlli perspektivləri” mövzusunda keçirilən dəyirmi masada Azərbaycanın Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – İcra katibi Əli Əhmədov deyib.
Qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Valday” Beynəlxalq Diskusiya Klubunda səsləndirdiyi “Qarabağ Azərbaycandır və Nida” bəyanatı ölkədə milli ideyanın formalaşması səviyyəsinə qalxmaqdadır.
Dövlət başçısı Soçidə bu bəyanatı səsləndirməklə bir çox ünvanlara çox ciddi mesajlar göndərib: “Bunun birincisi Ermənistan cəmiyyəti və rəhbərliyidir. İkincisi beynəlxalq təşkilatlardır ki, Dağlıq Qarabağ münaqişəsinin bizama salınması ilə əlaqədar vasitəçilik missiyasını öz üzərinə götürüblər. Bu mesajın digər ünvanı Azərbaycan cəmiyyətidir. Azərbaycan cəmiyyətinə çatdırılan mesajın mahiyyəti milli ruhun yüksəldilməsindən ibarətdir. Eyni zamanda bütün cəmiyyətin birliyini təmin edən ideyanın formalaşması məqsədi güdülür”.