İdman 11.10.2019 12:44

Fərhad Rəcəbli 9-cu dəfə dünya çempionu oldu

 

 

Oktyabrın 10-da Mərakeşdə veteran cüdoçular arasında dünya çempionatı start götürüb. Turnirdə 49 ölkədən 1183 (1006 kişi, 177 qadın) usta cüdoçu qalib adı uğrunda mübarizə aparır. Rekord sayda idmançının iştirak etdiyi yarışda Azərbaycanın usta cüdoçuları da qüvvələrini sınayırlar. Komandamızı yarışda “Judo Club 2012”nin 12 cüdoçusu təmsil edir. Veteran cüdoçularımız Babək Hacıyev, Mehman Koroğluyev (hər ikisi 60 kq), Müşfiq Cəfərov, Məmməd Məmmədov (hər ikisi 73 kq), Mübariz Cəfərov, Firudin Kərimov (hər ikisi 81 kq), Fərhad Rəcəbli, Vüsal Cəfərov, Mahir Ağamirzəyev (hər üçü 90 kq), Elxan Rəcəbli, Yaman Fətiyev, Azər Əsgərov (hər üçü 100 kq) medallar uğrunda mübarizə aparırlar.

Çempionatın ilk günündə M-6, M-7, M-8 və M-9 kateqoriyaları üzrə yarışlar keçirilib. M-7 kateqoriyasında 90 kq çəki dərəcəsində Azərbaycanın ən titullu veteran cüdoçusu Fərhad Rəcəbli də tatami üzərinə çıxıb. Çempionata 1/8 finaldan başlayan F.Rəcəbli ilk mərhələdə fransalı Alain Dayezi mübarizədən kənarlaşdırıb. Növbəti mərhələdə almaniyalı rəqibi Volfqanq Hinterleitnerə 39 saniyəyə qalib gələn veteran cüdoçumuz yarımfinala yüksəlib. Təmsilçimiz bu mərhələdə daha bir fransalı cüdoçu Didier Salleni üstələyərək finala çıxıb. Həlledici qarşılaşmada almaniyalı Andreas Bartşa qalib gələn Fərhad Rəcəbli 9-cu dəfə usta cüdoçular arasında dünya çempionatının qalibi adını qazanıb.

Məlumat üçün qeyd edək ki, Fərhad Rəcəbli həmçinin, veteran cüdoçular arasında keçirilən Avropa çempionatının yeddiqat qalibidir.

Dünya çempionatına oktyabrın 13-də yekun vurulacaq.

Azər Əlizadə

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO