İstedadlı jurnalist və təbib Ərşad Əzimzadənin yubileyi qeyd olundu
Bakının Nərimanov rayonunda yerləşən Milli Hüquq Evində Nişi təliminin təbliği sahəsində respublikamızda əvəzolunmaz xidmətlər göstərmiş, yazdığı dəyərli kitablar və şəxsi nümunəsi ilə uzun illərdən bəri diqqət çəkərək böyük rezonans doğurmuş istedadlı jurnalist, təbib, xeyirxah insan Ərşad Əzimzadənin yubleyi münasibəti ilə tədbir keçirilmişdir.
Rakus.az xəbər verir ki, bunu tanınmış jurnalist Salam Cavadlı yazıb.
Qeyd edib ki, tədbiri ön sözlə tanınmış jurnalist,professor Qulu Məhərrəmli açaraq yubililyarın keçdiyi şərəfli həyat yolu, yaradıcılıq fəaliyyəti, saya-qədərə gəlməyən dəyərli, nəcib xidmətləri barədə ətraflı məlumat vermişdir.
Ərşad Əzimzadə həyat və fəaliyyətinin önəmli məqamları, məziyyətləri haqqında danışmış, əmin etmişdir ki, bundan sonra da ən böyük amalı Azərbaycan xalqına xidmət olacaqdır.
Rəssam Elmar Ağamirzə əl işini-yubiliyarın portiretini təqdim etmiş və ona xoş arzularını bildirmişdir.
On beş nəfərdən çox tədbir iştirakçısı çıxış edərək Ərşad Əzimzadənin xalq qarşısında böyük xidmətlərinə yüksək dəyər vermişdir.
Xüsusi maraq doğuran isə yubiliyar Ərşad Əzimzadənin qələmə aldığı kitabların və onun özünün birbaşa köməyi ilə ən ağır xəstəliklərdən xilas yolu tapmış insanların çıxışları olmuşdur.
Tədbirə Q.Məhərrəmli yekun vuraraq xalqın sevimlisinə çevrilmiş Ərşad Mütəllim oğlu Əzimzadəni yubleyi münasibəti ilə bir daha təbrik etmiş və tədbirin təşkilatçısı Milli Hüquq Evinin rəhbəri Nicat Gözəlova təşəkkürünü bildirmişdir.
Xatırladaq ki, yubilyarın 85 illiyi qeyd olunurdu.