Milli Şura mitinq qərarı verdi
Milli Şuranın aprelin 6-da mitinq qərarına Bakı Şəhər İcra Hakimiyyəti mənfi cavab verdikdən sonra yenidən aprelin 20-də mitinq keçirmək barədə qərar qəbul edib.
Rakus.az xəbər verir ki, Milli Şuradan “Amerikanın Səsi”nə verilən məlumata görə, mitinqin tələbləri dəyişdirilməyib: “Milli Şura siyasi məhbuslara azadlıq, korrupsiya yolu ilə ölkədən oğurlanmış, xalqdan talan edilmiş vəsaitlərin geri qaytarılması, hazırda əhalinin böyük ehtiyac duyduğu uşaq pullarının verilməsi və digər tələblər irəli sürüb”.
Milli Şuranın yanvarın 19-da keçirdiyi izdihamlı mitinqdən sonra Bakı meriyası indiyədək hər hansı aksiyanın keçirilməsinə razılıq verməyib.
Xatırladaq k, Bakı şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının fevralın 23-də, martın 2-də, aprelin 6-da, Müsavat Partiyasının martın 10-da və aprelin 7-də keçirmək istədiyi aksiyalara razılıq verməyib.