Təhlil 14.10.2019 23:39

İmran Xanın vasitəçilk səyləri – İranın Səudiyyə Ərəbistanı və ABŞ-la gərginliyi azalacaqmı – TƏHLİL - FOTO

Pakistanın Baş naziri İmran Xan İranın Səudiyyə Ərəbistanı və ABŞ-la gərginliyinin azaldılmasında vasitəçilik etmək istədiyini bildirib.

Rakus.az xəbər verir ki, İran Prezidenti Həsən Ruhani ilə mətbuat konfransında çıxış edən İ.Xan ölkəsinin həm Tehran, həm də Ər-Riyadla yaxın əlaqələrə malik olduğunu vurğulayıb.

O deyib: “Biz məsələnin mürəkkəb olduğunu qəbul edirik. Lakin bu, dialoq yolu ilə həll oluna bilər.

İ.Xan çərşənbə axşamı günü sülh missiyası ilə Səsudiyyə Ərəbistanına səfər edəcəyini deyib.

Pakistan lideri ölkəsinin daha əvvəl də İranın Səudiyyə Ərəbistanı ilə diqloquna ev sahibliyi etməsi təklifini xatırladıb və Pakistanın buna bir daha hazır olduğunu söyləyib.

Həsən Ruhani də regiondakı gərginliklərin siyasi müzakirələrlə həll olunmasında Xanla razılaşdığını bildirib, Pakistana sülhpərvər səylərinə görə təşəkkür edib.

Ümumiyyətlə, İranın Səudiyyə Ərəbisyanının neft obyektlərinin dron hücumlarına məruz qalmasından sonra regionda gərginliklər daha da artıb.

Birləşmiş Ştatlar, Səudiyyə Ərəbistanı və Qərbi Avropa ölkələri hücumda İranı günahlandırıb.

İran bu ittihamları rədd edib.

Bildirək ki, bundan əvəl İranın xarici işlər naziri ölkəsinin regiondakı problemlərlə bağlı Səudiyyə Ərəbistanı ilə danışıqlar masasına oturmağa hazır olduğuna işarə edib, lakin bundan əvvəl Ər-Riyadın “insanları öldürməyə” son qoymalı olmasını deyib.

“İranla danışıqlar masasına oturub regiondakı vəziyyəti müzakirə etmək istəyən Səudiyyə Ərəbistanı insanları öldürməyi dayandırsa, şübhəsiz ki, İslam Respublikası onun yanında olacaq”, – Məhəmməd Cavad Zərif bildirib.

Şiə müsəlman çoxluğa malik İranla sünni çoxluqlu Səudiyyə Ərəbistanı vətəndaş müharibəsinin alovlandığı Yəməndə qarşı tərəfləri dəstəkləyirlər.

Sentyabr ayında Səudiyyə Ərəbistanının neft obyektlərinə dron hücumları iki ölkə arasında gərginliyin artmasına səbəb olub.

Birləşmiş Ştatlar prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının neft emalı zavodlarına edilən hücuma görə məsuliyyəti İranın daşıdığını deyib.

Səudiyyə Ərəbistanı neft obyektlərinə hücumlarda İranı ittiham edir.
Səudiyyə Ərəbistanı neft obyektlərinə hücumlarda İranı ittiham edir.

Hücumun məsuliyyətini İranın dəstəklədiyi Yəmən husiləri öz üzərlərinə götürüblər. Tehran isə hücumlarla əlaqəsini inkar edərək, bunu “maksimum yalan” adlandırıb.

“Yəmən xalqı özünü müdafiə hüququndan istifadə edir. Hücumlar qarşılıqlıdır. Onlar dayandırılmalı və Yəmən böhranı siyasi yolla həll edilməlidir”, – İran Prezidenti bildirib.

Regiondakı durum neft qiymətlərinin artmasına səbəb olub.

Səudiyyə Ərəbistanı BMT və beynəlxalq ekspertləri araşdırmalarda iştirak etməyə dəvət edib.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO