İqtisadi 15.10.2019 06:28

TDƏŞ-in VII Zirvə Görüşü çərçivəsində biznes forum keçirildi

Oktyabrın 14-də Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ ) VII Zirvə Görüşü çərçivəsində biznes forum keçirilib.

Rakus.az xəbər verir ki, biznes forumda çıxış edən İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov türkdilli ölkələrin dövlət başçılarının 2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə Toplantısında yaradılmış Türk Şurası çərçivəsində bu gün ölkələrimizin bütün sahələrdə, xüsusilə siyasi, iqtisadi-ticarət və mədəni-humanitar sahələrdə uğurla əməkdaşlıq etdiyini deyib. Bildirib ki, qarşılıqlı hörmətə, dostluğa və qardaşlığa əsaslanan əməkdaşlıq ildən ilə genişlənir.

“İqtisadi əməkdaşlıqda ticarət sahəsi əhəmiyyətli yer tutur və bu sahədə müsbət dinamika müşahidə olunur. TDƏŞ-in fəaliyyət göstərdiyi 10 il ərzində üzv ölkələr arasında ticarətin həcmi 2 dəfəyədək artıb. Məhsullar üzrə üzv ölkələrin qarşılıqlı ticarət dövriyyəsi 7 milyard ABŞ dollarına çatıb. Üzv ölkələrin Azərbaycanın xarici ticarətindəki payı isə 12 faiz təşkil edir. Ölkələrimizin iqtisadi potensialı bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar yaradır. İkitərəfli və çoxtərəfli biznes forumlar, keçirilən sərgilərdə daha geniş iştirak bu imkanların reallaşdırılmasına xidmət edir”, – deyə R.Məmmədov qeyd edib.

Nazir müavini bildirib ki, bu gün üzv ölkələr dünya miqyasında böyük əhəmiyyət daşıyan layihələri birlikdə həyata keçirir, Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən tərtib edir. Bu baxımdan Azərbaycan Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi regional və qlobal əhəmiyyətli enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və icraçısıdır: “TDƏŞ üzvü olan ölkələr investisiya sahəsində də uğurlu əməkdaşlıq edir. Şuraya üzv ölkələr Azərbaycan iqtisadiyyatına 12,3 milyard dollar həcmində investisiya qoyub, onların 3200 şirkəti Azərbaycanda uğurla fəaliyyət göstərir. Azərbaycan isə üzv ölkələrin iqtisadiyyatına 15,3 milyard dollar sərmayə yatırıb”.

O vurğulayıb ki, investisiya sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün Azərbaycan tərəfindən yaradılması təklif olunmuş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Birgə İnvestisiya Fondu əhəmiyyətli mexanizm ola bilər.

R.Məmmədov Türk Şurası ölkələri arasında iqtisadiyyatın bir çox sahələrində, o cümlədən ticarət və investisiya, kiçik və orta biznes, enerji, nəqliyyat, kənd təsərrüfatı və qida istehsalı, sənaye, təhsil, turizm, İKT, maliyyə sahələrində əməkdaşlıq imkanlarının geniş olduğunu bildirib, işgüzar dairələri bu imkanlardan yararlanmağa və qarşılıqlı faydalı birgə layihələri həyata keçirməyə dəvət edib.

TDƏŞ-in baş katibi Bağdad Amreyev çıxışında bildirib ki, Türk Şurası ölkələrimiz arasında inteqrasiyanın daha da gücləndirilməsinə, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə önəmli töhfələr verir. Baş katib Bakıda keçirilən biznes forumun təşkilata üzv ölkələrin biznes dairələri arasında işgüzar əlaqələrin inkişafı baxımından əhəmiyyətini vurğulayıb.

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev son illər Azərbaycanda genişmiqyaslı iqtisadi islahatların həyata keçirildiyini, qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində görülmüş işlərin ölkə iqtisadiyyatının, o cümlədən sahibkarlığın inkişafına müsbət təsir göstərdiyini qeyd edib.

Tədbirdə Qazaxıstanın Baş Nazirinin müavini Berdıbek Saparbayev, Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyarto, Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət naziri Sardor Umurzakov, Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının prezidenti Rifat Hisarcıklıoğlu, AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov, Qırğızıstanın Ticarət və Sənaye Palatasının sədri Marat Şarşekeyev, Özbəkistanın Ticarət və Sənaye Palatasının sədri Adham İkramov, Türkiyə Respublikası Prezidenti yanında İnvestisiyalar Ofisinin layihə direktoru Fərruh Parmaksız və digər iştirakçılar çıxış edərək TDƏŞ çərçivəsində təşkilata üzv ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüb, təkliflərini bildiriblər.

Biznes forumda, həmçinin Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Qazaxıstanın Sahibkarların Milli Palatası (Atameken), Qırğız Respublikasının Ticarət və Sənaye Palatası, Macarıstan Ticarət və Sənaye Palatası və Türkiyə Odalar və Borsalar Birliyi (TOBB) arasında əməkdaşlığa dair anlaşma memorandumları, AZPROMO ilə Macarıstan İxracın Təşviqi Agentliyi (HEPA) arasında anlaşma memorandumu, “Ziraat Bank Azərbaycan” ASC və “Türkiye İhracat Bankası” (TurkEximBank”) arasında əməkdaşlığa dair kredit müqaviləsi, KOBİA ilə Macarıstanın İxracın İnkişafı Agentliyi, Türk Katılım Bankları Birliyi (TKBB), Özbəkistanın İqtisadiyyat və Sənaye Nazirliyinin tabeliyində Kiçik Biznes və Sahibkarlığın İnkişafı Agentliyi arasında anlaşma memorandumları imzalanıb. Bundan başqa, tədbirdə KOBİA ilə “Ziraat Bank Azərbaycan” ASC və “Türkiye İhracat Bankası” arasında əməkdaşlığa dair niyyət protokolu, Özbəkistan Ticarət və Sənaye Palatasının Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının üzvlüyünə dair protokol, Macarıstan Ticarət və Sənaye Palatasının Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasında müşahidəçi statusuna dair protokol, Azərbaycanın “Azərmaş” ASC və Özbəkistanın “Uzavtosanoat” şirkəti arasında Azərbaycanda avtomobillərin yığılması barədə anlaşma memorandumu, Azərbaycanın “Mətanət A” şirkəti ilə Özbəkistanın Kaşkada vilayəti arasında niyyət və qarşılıqlı əməkdaşlıq sazişi imzalanıb.

Forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər keçirilib, əməkdaşlığın genişləndirilməsi və yeni əlaqələrin qurulması məsələləri müzakirə edilib.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO