Sosial 16.10.2019 16:59

Xüsusi komissiyanın yaradılmasına ehtiyac var – EKSPERT

“Siyahıya almanın təşkili nəticələrinin qiymətləndirilməsi üçün Nazirlər Kabineti yanında xüsusi komissiyanın yaradılmasına ehtiyac var”.

Rakus.az xəbər verir ki, bunu ekspert Vüqar Bayramov deyib.

Bildirib ki, “Səni siyahıya aldılar?”- yəqin ki son günlər ən çox soruşulan suallardan biri budur. Mən də siyahıya alınmayan vətəndaşlardanam və ümumiyyətlə biz yaşayan mənzilə siyahıya almaq bağlı müraciət olunmadı. Qeyd edək ki, bu il oktyabrın 1-dən 10-na qədər əhalinin siyahıya alınması prosesi həyata keçirildi. Xatırladaq ki, “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında“ Azərbaycan Prezidentinin fərmanı 7 sentyabr 2016-cı ildə imzalanmışdı. Deməli, siyahıya almağa hazırlıq üçün hökumətə 3 ildən çox zaman ayrılmışdı.
Bununla belə, həm sosial şəbəkələrdə gedən müzakirələr, həm də bizim beyin mərkəzinə edilən müraciətlər göstərir ki, siyahıya alınmada iştirak etməyənlərin sayı heç də az deyil. Xüsusən qeyd etmək lazmdır ki, əhalinin siyahıya alınması yalnız statistik, demoqrafik deyil, həm də iqtisadi və sosial əhəmiyyət daşıyır.

Ekspertin siyahıya alınma ilə bağlı digər fikirlərini də olduğu kimi nəzərinizə çatdırırırq:

“BMT-nin Statistika Komissiyası əhalinin siyahıya alınmasını qiymətləndirən zaman bunun sosial iqtisadi hadisə olduğunu bildirir. O baxımdan Azərbaycanda da siyahıyaalma ölkəmizdə iqtisadi siyasətin növbəti illərdə mövcud çağrışlara uyğun olaraq təkmilləşdirilməsi, yeni iqtisadi proqramların reallaşması baxımdan vacibdir. Nəzərə alsaq ki, bu siyahıyaalma yalnız vətəndaşlarımızın sayını deyil, (halbuki bunu rəsmi qeydiyyat ilə də müəyyənləşdirmək mümükündür), əslində daha çox ixtisaslı kadrların yerləşmə coğrafiyası, Azərbaycanda ixtisaslı kadrların, eləcə də xarici dil biliyi olan vətəndaşların sayının necə dəyişməsi, daxili miqrasiya, fiziki imkanları məhdud olan şəxslərin işlə təmin olunması və eyni zamanda qeyri rəsmi məşğulluq, qeyri leqal iqtisadiyyatın dövriyyəsinin müəyyənləşdirilməsi baxımdan da vacibdir. Halbuki bu göstəricilərin rəsmi statistika ilə əldə edilməsi ya mümkün deyil, ya da çətindir. O baxımdan bu, əslində sadəcə bir siyahıyaalma deyil, daha çox növbəti dövrlərdə iqtisadi siyasəti müəyyənləşdirəcək faktorlardan biri kimi xarakterizə olunmalıdır.

Təbii ki, siyahıyaalma zamanı bütün vətəndaşlarımızın prosesdə fərqli səbəblərdən iştirak etməməsi mümkündür. Ancaq əgər həmin dövrdə xaricdə olmayan, evində olan, amma, siyahıya alınma ilə müraciət olunmayan vətəndaşlarımızın sayı çoxdursa, o halda bunun araşdırılmasına ehtiyac var. Nəzərə alsaq ki, bu siyahıya alınma Azərbaycanda növbəti illərdə, xüsusən də 2020-ci ildən sonra həyata keçiriləcək iqtisadi siyasətin konturlarını müəyyənləşdirilməsində çox vacib olacaqdır.
Qeyd edək ki, 2019-cu ilin dövlət büdcəsindən bu məqsədlə 23,2 mln. manat vəsait ayrılıb. Deməli, hər nəfərə 2 manat 30 qəpik və ya orta hesabla hər ailəyə 9 manat 20 qəpik ayrılıb. Hər bir ailənin qeydiyyata alınmaması isə büdcədən ayrılan həmin vəsaitlərin təyinatı üzrə xərclənməsində şübhələr yaradır.

Nəyi təklif edirik? Siyahıya almanın təşkili nəticələrinin qiymətləndirilməsi üçün Nazirlər Kabineti yanında xüsusi komissiyanın yaradılmasına ehtiyac var. Bu komissiya siyahıyaalma prosesinin qiymətləndirilməsi və nəticələrinin monitirinq edilməsini həyata keçirirə bilər. Bu baxımdan əhatəlik dairəsi və eyni zamanda siyahıyaalmaya cəlb edilən işçilərin öz öhdəliklərini hansı səviyyədə yerinə yetirməsi məsələlərinin öyrənilməsinə və bununla bağli ictimaiyyətə məlumatın verilməsinə ehtiyac var. 2020-ci ildə “Strateji Yol Xəritəsi”nin birinci mərhələsi başa çatır və növbəti dövrdə Azərbaycanda yeni iqtisadi siyasi strategiya hazırlanacaq, tətbiq olunacaq . Bu yeni iqtisadi siyasi strategiyanın da 2020-ci ildən etibarən hazırlanması və növbəti illərdə tətbiq olunacağını nəzərər alsaq, siyahıya alınmanın yekunları bu strategiyanın hazırlanması üçün ən vacib göstəricilərdən biri olmalıdır. Siyahıya almanın nəticələrinin etibarlılığının artırılması, prosesdə həm yerli, həm xarici tədqiqat qruplarının, qərarvericilərin daha yaxından iştirakı üçün bu prosesə aydınlıq gətirilməsi və Nazirlər Kabinenti tərəfindən aparılmış işin ayrıca olaraq qiymətləndirilməsi və ictimaiyyətin məlumatlandırılması önəmlidir”.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO