Sosial 19.10.2019 10:25

Məktəb və uşaq bağçalarının yaxınlığında enerji içkilərinin satışına icazə verilməyəcək

Oktyabrın 18-i Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) agentliyin sədr müavinləri Rüfət Rüstəmzadə və Balarəhim Quliyevin iştirakı ilə enerji içkilərinin istehsalı və idxalı ilə məşğul olan sahibkarlarla geniş müşavirə keçirilib.

Rakus.az xəbər verir ki, AQTA-dan verilən məlumata görə, 2020-ci ilin yanvarın 1-dən ölkəmizdə qüvvəyə minəcək “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları”nın icrasına həsr olunan müşavirədə həmin sənədin AQTA tərəfindən hazırlanaraq Ədliyyə Nazirliyinə təqdim olunduğu, Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçdiyi diqqətə çatdırılıb.

Sənədin hazırlanmasında beynəlxalq təşkilatların və dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən, eləcə də Avropa Birliyinin elmi tədqiqatlarından istifadə olunduğu bildirilib.

Qeyd olunub ki, sözügedən qaydalara əsasən ölkə ərazisində enerji içkilərinin istehsalı və idxalı ilə məşğul olan sahibkarlıq subyektləri sənəddə əksini tapan norma və qaydalara uyğun olaraq öz fəaliyyətlərini 2020-ci ilin 1 yanvar tarixindən etibarən təşkil etməlidirlər.

Görüşdə enerji içkilərinin saxlanma və daşınması ilə bağlı qaydalarda şərtlərin müəyyən edildiyini bildirən agentlik sədrinin müşaviri Elxan Mikayılov bu şərtlərə əsasən növbəti ilin yanvar ayının 1-dən etibarən enerji içkilərinin soyuq zəncirə daxil ediləcək və 0°C – 18°C temperaturda daşınmasına və saxlanmasına nəzarət ediləcəyi barədə məlumat verib.

Bununla yanaşı bildirilib ki, 18 yaşdan aşağı şəxslərə enerji içkilərinin satışı sözügedən sənədlə qadağan olunur. Bu məqsədlə məktəb və uşaq bağçalarının yaxınlığında bu tipli içkilərin satışına icazə verilməyəcək.

Tədbirdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) əməkdaşı çıxış edərək sözügedən qaydaların hazırlanması məqsədilə yaradılmış elmi komitə və oraya üzv olan müvafiq qurumlar və aparılan araşdırmalar barədə geniş məlumat verib.

Bununla yanaşı sahibkarlıq subyektlərinə müraciət olunaraq, Agentliyin ölkədə qida təhlükəsizliyi ilə bağlı həyata keçirdiyi tədqiqatlarda, elmi araşdırmalarda və müzakirələrdə yaxından iştirak etməyə və AQTİ ilə  sıx əməkdaşlığa dəvət olunub.

Görüşdə “Bizon”, “Jaguar”, “Go”, “Strong”, “Burn”, “Monster”, “Hazzard”, “Full”, “Atom”, “Jara”, “Berg Skyline”, “Berg Extreme”, “RedBull”, “Hell”, “King Legend”, “Bomba”, “Hell”, “28 Black”, “Carabao original”, “Boost”, “Dragon”, “İnfinity”, “Carabao” və “Monster” əmtəə nişanlı enerji içkilərinin idxalı və istehsalı ilə məşğul olan 30-a yaxın sahibkarlıq subyekti iştirak edib.

Qeyd edək ki, yeni norma və qaydalar Azərbaycan Respublikasının Qida Təhlüksəziliyi Agentliyinin rəsmi internet saytında (http://afsa.gov.az/az/legislation/acts) da yerləşdirilib.

Tədbirdə tətbiq olunacaq yeni sanitariya normaları və qaydalarının əsas məqsədinin bu məhsulların insan həyatı və sağlamlığı üçün təhlükəsizliyinin və istehlakçıların hüquqlarının müdafiəsinin təmin olunması ilə bağlı olduğu diqqətə çatdırılıb.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO