Gündəm 05.04.2019 13:13

Millət vəkilləri məmurlardan narazılıq etdi

Hesablama Palatasının apardığı yoxlamalar nəticəsində bir sıra dövlət qurumlarında çox ciddi nöqsanlar aşkar olunur. Nöqsanlar üzə çıxarılır, amma onların aradan qaldırılması istiqamətində işlər axsayır, onlar olduğu kimi qalır və təkrarlanır.

Rakus.az xəbər verir ki, bunu millət vəkili Vahid Əhmədov Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 5-də keçirilən iclasında Hesablama Palatasının illik hesabatının müzakirəsi zamanı deyib.

Millət vəkili xüsusilə dövlət satınalmaları ilə bağlı məsələdə ciddi problemlərin, nöqsanların olduğunu bildirib:

“Burada çox ciddi problemlər var, olmaqda davam edir. Bu məsələdə şəffaflıq, demək olar ki, yoxdur. Kim necə istəyirsə, o cür hərəkət edir. Dəfələrlə bu məsələni qaldırmışıq, təəssüflər olsun ki, nəticə yoxdur. Həmçinin, dövlət zəmanəti ilə alınmış kreditlərin qaytarılmasında ciddi nöqsanlar var.

​Bir çox dövlət qurumları dövlət zəmanəti ilə aldıqları kreditləri geri qaytarmırlar və ya qaytarmaq istəmirlər, müxtəlif bəhanələr gətirirlər. Hesab edirəm ki, bu özbaşınalıqlar aradan qaldırılmalıdır və kreditlər verilərkən, bütün addımlar yüz dəfə ölçülüb biçilməlidir. Kimə gəldi bu kreditləri vermək olmaz.

Eyni zamanda, ünvanlı sosial yardımların verilməsində nöqsanlar davam etməkdədir. Bu günlərdə təmsilçisi olduğum Quba rayonunda 60-a yaxın seçicinini qəbul etdim. Onların az qala 90 faizi bu məsələ ilə bağlı narazılıqlarını, etirazlarını bildirirdilər. Deyirdilər ki, bizə verilməlidir, amma verilmir, qeyri-şəffaflıq var və sairə. Ona görə bu məsələdə də problemlər, nöqsanlar artıq aradan qaldırılmalı, insanlar incidilməməlidirlər.

Bununla yanaşı, mühasibat uçotu ilə bağlı ciddi problemlər yaşanmaqdadır. Biz hələ bir il öncə “Mühasibat uçotu haqqında” qanuna dəyişikliklər edilərkən, həmkarım Əli Məsimli ilə öz narahatlığımızı bildirmişdik, demişdik ki, bu sahədə ölkədə təcrübəli, peşəkar mütəxəssislər çox azdır, bu məsələ, yeni dəyişikliklər gələcəkdə yeni problemlər yarada bilər və yaradacaq. Ötən bir il ərzində dediklərimizin, narahatlığımızın əsaslı olduğu üzə çıxmış oldu. Odur ki, bu məsələyə də daha ciddi şəkildə qayıtmaq lazımdır”.

Millət vəkili Tahir Mirkişili də mühasibatlıq və hesabatlılıq məsələsinin vacibliyinə diqqət çəkərək, deyib ki, burada problemlər özünü göstərməkdədir.

Millət vəkilinin dediyinə görə, xüsusilə mühasibatlıq, mühasibatlarla bağlı ciddi problemlər yaşanır:

“Bu məsələlərdə peşəkarlıq çox aşağı səviyyədədir”.

Adıçəkilən komitənin sədri, akademik Ziyad Səmədzadə mühasibat uçotunun çox vacib məsələ olduğunu bildirib. Qeyd edib ki, bu məsələdə, bu sahədə elə ciddi məsələlər, problemlər var ki, onları hələ uzun illər aradan qaldırmaq mümkün olmayacaq.

Komitə sədrinin sözlərinə görə, artıq bununla bağlı xüsusi Dövlət Proqramı hazırlanmalıdır:

“Mən də səsləndirilən iradlarla razıyam. Hesab edirəm ki, bu məsələyə, bu sahəyə ciddi diqqət yetirilməlidir. Hətta düşünürəm ki, bu yöndə müvafiq dinləmələr də keçirilməlidir. Bu məsələ üzərində də düşünməyə dəyər. Çünki dediyim ki, xüsusilə yerlərdə, bu sahədə elə ciddi məsələlər, problemlər var ki, bu gedişlə onları hələ uzun illər aradan qaldırmaq mümkün olmayacaq”. (Oxu.az)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO