İdman 20.10.2019 09:59

“Bütün əsgərlər üçün hərbi salam verdim” – Vüsal İsgəndərli

Bakı. Rakus.az

“Keşlə”nin futbolçusu Vüsal İsgəndərli Azərbaycan Premyer Liqasının 8-ci turunda evdə “Sabah”la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra brifinqdə jurnalistlərin suallarını cavablandırıb.

– Qələbə hesabını sona qədər qoruya bilməməyiniz nədən qaynaqlandı?

– Bütün görüşlər çətin keçir. Hamı bilir ki, bütün komandalardan üstün olan yalnız “Qarabağ”dır. Futbolçuların keyfiyyəti və digər məsələlərin hamısı onlarda fərqlidir. Amma digər kollektivlər eyni səviyyədədir. 7 komandanın 7-si də Avroliqa üçün oynayır. İstəyərdim ki, vurduğum qol qələbə gətirsin. Amma qismət belə imiş. İnşallah, Növbəti görüşlərdə 3 xal qazanarıq.

– Vurduğunuz qoldan sonra əsgər salamı verdiniz. Bunu Türkiyə ordusuna dəstək üçün etdiniz?

– Biz Azərbaycan türküyük. Türkiyə ordusu hazırda əməliyyatdadır. Həm onlara görə belə etdim, həm də öz əsgərlərimiz var, cəbhə xəttində bizi qoruyurlar. Onları da düşündüm və yaxın dostum əsgərdir. Bütün əsgərlər üçün hərbi salam verdim. Allah hamısını qorusun!

– Əslində, heç-heçə pis nəticə deyil. Sadəcə 90+2-ci dəqiqədə top buraxdınız, həm də xeyli qol imkanın qaçırdınız…

– Matç bitəndən sonra oturub 5 dəqiqə düşündükdə, oyunu analiz edirsən. İmkanlarımız var idi. Amma “Sabah”ın da şansları çox idi. 2 topları qapı dirəyindən döndü. Məncə, ustalıq səviyyəsi artsaydı, ilk qoldan sonra 2-ci topu da vurmaq olardı. Həm də, Ruslanın və Sezarın zədəsi var idi. Həftə ərzində mən də xəstə halda məşq edirdim. Mənə də çətin oldu. Qol əlavə olunmuş dəiqiqədə vurulduğuna görə pis oluruq.

– Növbəti turda rəqibiniz “Qəbələ”dir…

– “Qəbələ” həqiqətən də döyüşkən, mübariz və istəkli komandadır. Nə rahatıq, nə də narahat. Sadəcə, çıxıb, öz oyunumuzu oynayıb, 3 xal qazanmaq istəyirik.

(qol.az)

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO