İqtisadi 21.10.2019 10:54

Bakıda Elektron Ticarət Forumu keçirilir

Bu gün “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində Heydər Əliyev Mərkəzində  ikigünlük 2-ci “Bakı Elektron Ticarət Forumu (BEF – 2019)” işə başlayıb.

Rakus.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Avropa Birliyinin təşkilatçılığı ilə baş tutan forumda beynəlxalq təşkilatların, dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri, mikro, kiçik və orta sahibkarlar, investorlar, ekspertlər, startapçılar iştirak edirlər.

Tədbiri giriş sözü ilə açan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Azərbaycanda elektron ticarətin inkişafı üçün müvafiq mühitin mövcud olduğunu, tələbələrdən tutmuş,  pensiyaçılara qədər hər kəsin  bir və ya bir neçə bank kartının olduğunu qeyd edib.

“İnternet bankçılıq inkişaf  edir, logistika sahəsində bir çox dövlət və  özəl şirkətlər fəaliyyət göstərir. Bunun nəticəsi olaraq elektron ticarət  çoxlu sayda saytlar və platformalar vasitəsilə  ölkədə müxtəlif məhsul və xidmətləri təklif edir. Turizm xidmətləri, bilet və hotel sifarişləri, informasiya texnologiyaları, geyim, qida  məhsullarının elektron ticarət vasitəsilə satışında  irəliləyişlər qeydə alınır. Ümumilikdə, ölkəmizdə  elektron ticarətin inkişaf dinamikası yüksək olsa da, internet istifadəçilərimiz əsasən tanınmış  xarici elektron ticarət platformalarından sifarişlər edirlər. Məqsədimiz daha çox daxili bazarda elektron ticarətin payını artırmaq, eyni zamanda milli məhsullarımızın xarici bazarlara çıxarılmasında elektron ticarəti təşviq etməkdir”, – deyə nazir bildirib.

R. Quluzadə çıxışında deyib ki, müasir və əlçatan internet  infrastrukturu, inkişaf  etmiş logistika və elektron ödəmə sistemləri, optimal vergi və gömrük tənzimlənməsi, dəqiq statistika, elektron biliklər və maarifləndirmə elektron ticarətin inkişafının əsasını təşkil edir: “Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın innovativ inkişafı sürətlə gedir.  Təsdiq olunan Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri  uğurla icra olunmaqdadır.  Bu isə öz növbəsində bütün sahələrdə  olduğu kimi,  elektron ticarətin inkişafı  üçün  əlverişli mühit  yaradır. Ölkəmizdə elektron ticarətin son 2-3 ildə  inkişaf dinamikası buna əyani sübutdur”.

Elektron ticarətin inkişafı istiqamətində beynəlxalq əməkdaşlığa xüsusi önəm verildiyini qeyd edən nazir  Avropa Komissiyasının “Şərq Tərəfdaşlığı” ölkələrində “Rəqəmsal Bazarların Uyğunlaşdırılması”  təşəbbüsü  çərçivəsində  elektron ticarətin inkişafı ilə bağlı  elektron imzanın qarşılıqlı tanınması üçün qanunvericiliyin inkişaf etdirilməsi,  transsərhəd məlumat mübadiləsi, kibertəhlükəsizlik   və s.  istiqamətlərdə əməkdaşlığın genişləndirildiyini vurğulayıb.

“Bu gün Bakı Elektron Ticarət Forumunun tərəfdaşları sırasında Avropa İttifaqının təsisatlarının olması da bu əməkdaşlığın sübutudur”, – deyə nazir bildirib.

Azərbaycanda artıq ikinci dəfə keçirilən tədbir elektron ticarət sahəsinin son trendləri və müsbət tendensiyaların müzakirəsi üçün mühüm platforma rolunu oynayır.

Forumun ilk günündə elektron ticarətin müxtəlif istiqamətləri üzrə 4 sessiya təşkil edilib.

“Hökumət və hökumətlərarası yanaşmada elektron ticarətin tənzimləmə siyasəti” adlı sessiyada milli strategiyalar, elektron ticarətin asanlaşdırılması, elektron idarəetmənin təsiri və beynəlxalq əməkdaşlıq müzakirə olunub.

“Elektron ticarət infrastrukturunda yeni texnoloji trendlər: perspektivlər və təhdidlər” sessiyası kibertəhlükəsizlik, elektron imza, süni intellekt, robototexnika və blokçeyn mövzularını əhatə edib.

Saxtakarlıqdan qorunma, kriptovalyuta, bank köçürmələri, elektron cüzdan məsələləri isə “Onlayn ödəmə sistemləri və rəqəmsal həllər” sessiyasının müzakirə mövzuları olub.

“Ağıllı sərhədlər: ticarət,  turizm və logistika üçün imkanlar” sessiyasında logistika və ticarət siyasəti, rəqəmsal nəqliyyat dəhlizləri,  gömrük məsələləri üzrə təcrübə mübadiləsi aparılıb.

Forumun ikinci günündə biznes modelləri, kibertəhlükəsizlik və məlumatların qorunması, marketinq davranışı və tendensiyaları üzrə təlimlər təşkil olunacaq.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO