Hərbi 21.10.2019 13:49

İnanıram ki, Azərbaycan NATO-nun İraq Missiyasına da öz töhfəsini verəcək – İdarə rəisi

“Düşünürəm ki, Azərbaycanda “NATO günləri” böyük əhəmiyyət kəsb edir”.

Rakus.az xəbər verir ki, bunu NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Baş Qərargahında (SHAPE) Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Bülent Turan Müdafiə Nazirliyinin mətbuat xidmətinə müsahibəsində deyib.

O bildirib ki, bu il Azərbaycanda icra olunmuş 11-ci “NATO günləri” əməkdaşlığın davam etdirilməsi üçün çox gözəl platformadır.

İdarə rəisinin sözlərinə görə, Azərbaycan tərəfinin “NATO günləri”nə və eyni zamanda NATO ilə əməkdaşlıq çərçivəsində keçirilən tədbirlərə göstərilən diqqəti çox yüksək qiymətləndirilir: “Məhz bu səbəbdən Azərbaycanın NATO ilə əməkdaşlıqda daha fəal və konstruktiv mövqe nümayiş etdirən tərəfdaş ölkələrdən olduğunu düşünürük. Tədbir zamanı ziyarət etdiyimiz müəssisələrdə hərbi qulluqçuların ünvanladığı suallar və auditoriyanın təqdimatlar zamanı diqqət və fəallıq nümayiş etdirməsinin bunun əyani sübutu olduğunu düşünürəm. Həqiqətən də bu tədbirə olan maraq bizləri həddindən artıq məmnun etdi”.

B. Turan bildirib ki, bu il Azərbaycanın NATO ilə əməkdaşlığının 25 illiyi tamam olub: “Bu məqam isə öz növbəsində uzun bir zamanı ehtiva edir. Müşahidələrim göstərir ki, Azərbaycan NATO ilə əməkdaşlıq çərçivəsində ən fəal tərəfdaş ölkələrdən biri hesab edilir. Biz Azərbaycanı NATO-nun müxtəlif əməliyyatlarında, Tərəfdaşlığın Qərargah Vəzifəsi Zabiti olaraq müxtəlif NATO qərargahlarına töhfə verməsində, eləcə də Əməliyyat İmkanları Konsepsiyası Qiymətləndirmə və Rəy Proqramı çərçivəsində fəal tərəfdaş ölkə olaraq görməkdəyik. Bu səbəbdən Azərbaycan NATO üçün önəmli və eyni zamanda əhəmiyyətli tərəfdaşlardan hesab edilir”.

O qeyd edib ki, tərəfdaşların əldə etdiyi dəyərli təcrübələrin öyrənilməsi və paylaşılması da NATO üçün böyük əhəmiyyət kəsb edir: “Bu isə öz növbəsində qarşılıqlı faydalanmanı, necə deyərlər hər iki tərəf üçün “qazanclı əməkdaşlığı” özündə ehtiva edir. Beləliklə də, inanıram ki, rəhbərlik etdiyim nümayəndə heyəti azərbaycanlı həmkarlarımızdan çox dəyərli biliklər və təcrübələr əldə edib. Buna görə də bu tədbirin eyni zamanda NATO üçün də böyük əhəmiyyət kəsb etdiyinə əminəm. Azərbaycan fəal və eyni zamanda konstruktiv əməkdaşlıq nümayiş etdirir, fəaliyyət proqramı çərçivəsində ziyarətlərimiz əsnasında bir neçə inkişaf etdirilməsi mümkün olan sahələri də müşahidə etdik. Müşahidələrimiz ona əsas verir ki, bu inkişaf tempini qoruyub saxlamaq və eyni zamanda daha irəli getmək əhəmiyyətlidir. Biz də öz növbəmizdə qərargahlarımıza geri döndükdən sonra müvafiq olaraq bu istiqamətdə fəaliyyətlərimizi genişləndirmək niyyətindəyik. Xüsusilə təlim üzrə və qərargah vəzifələrində də irəliləyişə ehtiyac olduğunu vurğulamaq istərdim. Mən bununla sadəcə bu sahələri deyil, eyni zamanda mümkün ola biləcək digər sahələrdə də inkişaf perspektivlərini nəzərdən keçirəcəyimizi düşünürəm. Son beş gün ərzində biz Azərbaycanda icra olunan illik “NATO Günləri”ndə iştirak etdik. Qeyd etmək istərdim ki, bu mənim Azərbaycana ilk səfərim idi. Əslində vurğulamaq istərdim ki, ali rütbəli bir türk zabiti olaraq Azərbaycana ziyarətim xoş bir təsadüf hesab edilə bilər. Azərbaycanın fəal tərəfdaş ölkə olmasını görmək bizi də heyrətləndirir. Sadəcə xatırlatmaq yerinə düşər ki, hamımızın da bildiyi kimi Azərbaycan NATO-nun müxtəlif əməliyyatlarına önəmli şəkildə töhfə verən ölkələrdəndir. Vaxtilə NATO-nun Kosovadakı sülhməramlı əməliyyatlarında və hazırda da NATO-nun Əfqanıstanda icra etdiyi “Qətiyyətli Dəstək” Missiyasına töhfə verən fəal tərəfdaş ölkələrdən biridir. Bununla belə, inanıram ki, qısa müddət ərzində Azərbaycan NATO-nun İraq Missiyasına da öz töhfəsini verən ölkələrdən olacaqdır. Eyni zamanda bildirmək istərdim ki, səfər çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçularının peşəkarlıq səviyyəsini müşahidə etməyimiz Azərbaycan Silahlı Qüvvələrinin müvəffəqiyyətli və güclü olduğundan xəbər verir”.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO