Qaradağda 11 mindən çox ağac əkiləcək
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu il “Nəsimi ili” elan etməsi ölkə ictimaiyyəti tərəfindən çox əlamətdar və təqdirəlayiq hadisə kimi qarşılanır.
Rakus.az xəbər verir ki, bunu Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının müavini Nadir Muradov deyib.
Onun sözlərinə görə, “Nəsimi ili” ilə əlaqədar ölkə ərazisində bir çox mühim tədbirlər həyata keçirilib: “Növbəti belə tədbir çərçivəsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə bir gündə respublikamızda 650 min ağacın əkilməsinin nəzərdə tutulmasıdır. Bu təşəbbüs ölkəmizdə ekoloji mühitin sağlamlaşdırılmasına böyük bir töhfədir. “Nəsimi ili” ilə əlaqədar olaraq Qaradağ rayon ərazisində 11 800 ədəd ağac və 6200 ədəd oleandrın əkilməsi nəzərdə tutulub”.