İqtisadi 25.10.2019 12:01

Şəmkirdən 1 milyon gül ixrac olunacaq

Bakı. Rakus.az

Azərbaycan Prezidenti İlham Əliyevin davamlı və dinamik inkişafa, sərbəst bazar münasibətlərinə əsaslanan, sosialyönümlü iqtisadi siyasəti nəticəsində milli iqtisadiyyatımızın uğurları daha da möhkəmləndirilib, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşıb.

Ölkəmizdə dövlət-sahibkar münasibətlərini tənzimləyən əsas prinsiplər müəyyənləşdirilib, bu münasibətlərin institusionallaşdırılması baş verib. Ümumiyyətlə, sahibkarlığın inkişafı sahəsində qəbul edilmiş normativ-hüquqi sənədlər, sahibkarlığa dövlət maliyyə mexanizminin daha da təkmilləşdirilməsi iş adamlarında özünəinam hissini artırıb, sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, xüsusilə də regionlarda yeni sahibkarlıq subyektlərinin fəaliyyətə başlamasına təkan verib. Artıq ölkədə fəaliyyət göstərən sahibkarlıq subyektləri sosial təşəbbüslərə daha fəal qoşulmaqdadırlar.

Məqsədli dövlət proqramlarının icrasında sahibkarların fəallığının artmasında, ölkədə istehsal olunan məhsulların keyfiyyətinin yüksəldilməsində, istehsal həcminin və çeşidinin genişlənməsində xüsusilə əhəmiyyətli olmaqla, daxili tələbatın maksimum dərəcədə yerli istehsal hesabına ödənilməsinə, ərzaq təhlükəsizliyinin daha da möhkəmlənməsinə, ölkəmizin ixrac imkanlarının genişləndirilməsinə əlverişli şərait yaradıb.

“AzAgro” MMC Şəmkir rayonunun Sarıtəpə kəndində Azərbaycanda kənd təsərrüfatı sahəsində innovativ üsulların tətbiqi, müasir tələblərə cavab verən texnologiya əsasında mərkəzləşdirilmiş kompüter bazasında əkinin idarə edilməsi sistemini həyata keçirir.

“AzAgro” MMC 2008-ci ildə təsis edilib və 2010-cu ildən etibarən “Synergy Group” MMC-nin törəmə müəssisəsi olaraq fəaliyyət istiqamətini istixana şəraitində kənd təsərrüfatı məhsullarının istehsalının təşkilinə yönəldib. “AzAgro” MMC-nin istixana təsərrüfatları 2012-ci ilin sentyabr ayından etibarən 1 hektar ərazidə damla suvarma texnologiyası ilə qızılgülün yetişdirilməsinə başlayıb. İstixana ən müasir tələblərə cavab verən tam sənaye səviyyəsində avadanlıqla təchiz olunmuş müəssisədir. Güllər tam torpaqsız mühitdə, xüsusi mineral substratlarda yetişdirilir. Suvarma, isitmə, havalandırma, iqlimin nizamlanması, pərdələmə, soyutma və s. proseslər tam avtomatlaşdırılmış şəraitdə və kompüter proqramları ilə idarə olunur. Müəssisədə istifadə olunan texniki vasitələr beynəlxalq standartlara tam uyğun səviyyədə məhsulların yetişdirilməsinə imkan verir.

İstixananın fəaliyyətinin genişləndirilməsi üçün Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfindən konsaltinq və hüquqi məsləhət xidmətləri, aidiyyəti dövlət qurumları ilə əlaqələndirmə, dövlət dəstəyi mexanizmləri haqqında məlumatlandırma və onlara çıxış kimi istiqamətlərdə dəstək göstərilib.

Yeni layihə investisiya təşviqi sənədi əsasında reallaşdırılıb. Layihəyə 2,3-milyon manat həcmində investisiya yatırılıb və istixananın əsas investisiya mənbələrindən biri də “Prior Leasing” şirkətidir. Şirkət kənd təsərrüfatının inkişafı ilə bağlı layihələrin və proqramların Dövlət Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitləri hesabına maliyyələşdirilməsi və lizinqə verilməsi ilə məşğuldur.

İstixananın əvvəl illik istehsal gücü 1 milyon gül idisə, yeni istixana fəaliyyətə başladıqdan sonra gül istehsalı 3 milyona qədər artırılıb. Hazırda AzAgro məhsullarının ixracına başlayıb. İxrac olunacaq ölkələr Rusiya və Gürcüstan nəzərdə tutulub.  Bu ölkələrə Şəmkir ərazisindən illik 1 milyon ədəd gül ixrac olunacağı gözlənilir. Əlavə edək ki, yeni istixana idxalı əvəz edir. Belə ki, yerli istehsal, ölkədə gülə olan tələbatı təmin edir. Həmçinin yeni istixana istehlak qiymətlərinin də, aşağı salınmasına xidmət edir.

Regionlarda məşğulluq səviyyəsi günü gündən artır. Əvvəl müəssisədə 41 nəfər çalışırdırsa yeni istixananın fəaliyyətindən sonra bu göstərici 71 nəfərə çatdırılıb. Buda öz növbəsində regionlarda qadınların məşğulluq səviyyəsini artırmaqdadır. Müəssisədə çalışanların 70%-ni qadınlar təşkil edir.

“AzAgro” MMC–nin aid olduğu “Synergy Group” MMC, qeyri-neft sektorunda müxtəlif inkişaf yönümlü şirkətlərdən ibarət dinamik portfeli uğurla idarə edir. Qrupa daxil olan şirkətlərdə 2000-dən artıq iş yeri ilə birbaşa təmin edilir və ümumilikdə bizim müəssələrimizin bazarda iştirakı ilə əlavə minlərlə iş yerinin yaranmasına təkan veririk. “Synergy Group” istehsalat, tikinti, kənd təsərrüfatı, İKT, otelçilik, təhsil, səhiyyə və bank işi sahələri üzrə iri yatırımlar etməkdədir. Şirkətlərin böyük əksəriyyəti Bakıdan kənarda yerləşməklə Azərbaycanda regionların sosial-iqtisadi inkişafına öz töhfəsini verir. “Synergy Group” MMC-nin investisiya strategiyası yatırımların yüksək rentabelliyini təmin etməklə uzunmüddətli inkişafın əldə olunmasına əsaslanır.

“Synergy Group” qeyri-neft sektorunda müxtəlif və inkişaf yönümlü şirkətlərdən ibarət dinamik portfeli uğurla idarə edir. Qrupa daxil olan şirkətlərdə 2000-dən artıq insan iş yeri ilə birbaşa təmin edilir və ümumilikdə müəssisələrin bazarda iştirakı ilə əlavə minlərlə iş yerinin yaranmasına münbit şərait yaranır.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO