Müsahibə 27.10.2019 20:52

Rəşad Məcid: “ “Qələmsiz yazılanlar” həm də bəxt kitabıdır”

 

“525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi, yazıçı-publisist Rəşad Məcidin bir müddət əvvəl nəşr etdirdiyi “Qələmsiz yazılanlar” kitabı ilk vaxtlardan etibarən oxucuların marağına səbəb oldu. Müəllifin sms-statuslarının və sms-esselərinin toplandığı kitabı oxuyanlar arasında mən də varam. Oxuduqca həm zövq aldım, həm də düşündüm. 317 səhifəni bitirdikdən sonra bir də baxdım ki, xeyli sual yaranıb. Və qərara gəldim ki, bu suallara cavab tapmaq üçün Rəşad müəllimlə həmsöhbət olum. Söhbətimiz “525-ci qəzet”in redaksiyasında, onun kitablarla dolu kabinetində baş tutdu.

-Doğrudur, kitabda bu haqda yazmısınız. Ancaq yaxşı olardı ki, bir daha “Qələmsiz yazılanlar”ın yazılma tarixçəsi ilə bağlı məlumat verəsiniz.

-Mən artıq on ildən çoxdur ki, “Facebook” sosial şəbəkəsinin istifadəçisiyəm. Əvvəllər az-az hallarda nələrsə yazırdım. Ancaq sonralar düşündüm ki, hadisələrə daha fəal reaksiya verib bunları bir kitab kimi çıxarmaq olar. Kitab iki hissədən-sms-statuslardan və sms-esselərdən ibarətdir. Sms-statusların əksəriyyəti mənim müxtəlif vaxtlarda müxtəlif hadisələrə reaksiyalarımla bağlı konkret, qısa fikirlərdir. Çünki həyatım elədir ki, bəzən gündə 3-4 tədbirdə iştirak etməli oluram, uzun-uzadı yazmaq üçün vaxtım az olur, ona görə sms-statuslarla, necə deyərlər, həyatın nəbzini tutmağa çalışıram. Sms-esselər isə daha çox epistolyar üsluba yaxın olub, mənim şəxsi həyatımla bağlıdır. Hamıdan gizlətdiyim, yalnız bir insana aid olan, ən ülvi hisslərimi sms-esselər vasitəsilə oxucularla bölüşmüşəm. Yeri gəlmişkən, qeyd edim ki, dostumuz İmdad Avşarın köməkliyi “Qələmsiz yazılanlar” artıq Türkiyədə də tərcümə və nəşr edilib.

-Kitabda xeyli sayda sms-esse və status-esse toplanıb. Onlar yazarkən adətən nələrisə düşünürsünüz? Ya ürəyinizdən nə keçirsə onu yazırsınız?

-Sms-statuslar təxminən 70 faizi müxtəlif vaxtlarda gündəmdə olan hadisələrə reaksiyalardır. Sosial şəbəkələrdə fəal olmayan, gündəmi izləməyən insanlar bəzən mənə deyirlər ki, statuslarına izah ver. Lakin, məncə, buna ehtiyac yoxdur. Yəqin ki, çoxlarının yazılma səbəbi mənim də yadımdan çıxıb. Lakin sms-statuslar mütləq yazıldığı dövr üçün aktualdır. Məsələn bir il əvvəl emosional şəkildə və ya ironiya ilə yazdığım status indi başa düşülməsə də o vaxt böyük informasiya yükünə malik idi.

-“Yazmaq-2” sms-essenizdə yazmaq üçün bir çox səbəblər göstərmisiniz. Bəs yaradıcı adama yazmaması üçün nə səbəb ola bilər?

-Yaradıcı insan üçün yazıb-yazmamaq ovqatdan asılıdır. Mənim elə vaxtlarım olub ki, sözün gücündən üstün güc tanımamışam. Bəzən isə, əksinə, pessimistliyə qatılıb, sözün qüvvətinə inanmamışam. Amma düşünürəm ki, yazmaq hər iki halda xilasdır. Düzdür, bəzən, xüsusilə xoşbəxt, qayğısız anlarımızda yazmağı unuduruq. Qəmgin, bikef olanda isə köməyimizə ilk çatan qələm olur. Çünki yazmaq həm də bir növ ürəyini boşaltmaqdır.

-Sizin “Qələmsiz yazılanlarda” da dediyiniz kimi, əlimizdə əzizlədiyimiz telefonlar yoxa çıxsa nə baş verər?

-Telefonlar indi gündəlik həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilib. Bizim gənclik dövrümüzdə, yəni təxminən 30 il əvvəl belə deyildi. O zamanlar telefonlar olmasa da, biz gündəlik həyatımızı kifayət qədər maraqlı yaşayırdıq. İndi isə dediyim kimi, telefon uşaqdan-böyüyə hər kəs üçün əvəzedilməz köməkçiyə çevrilib. Elə mən özüm də işlərimin xeyli hissəsini telefonla həll edirəm. Lakin telefonlar yoxa çıxsa da, dünya dağılmaz. İnsan hər şeyə öyrəşir.

-“Hər adamın gizli bir eşq tarixçəsi var” deyirsiniz. Əgər bu bir aksiomdursa, onu gizli saxlamağa ehtiyac varmı?

-Bu, insandan asılıdır. Lakin hər kəsin inandığı, qəlbində gizli saxladığı bir qüvvə mütləq var. Pis tərəfi odur ki, sonradan o qüvvə əzab mənbəyinə də çevrilə bilər. Yeri gəlmişkən, qeyd edim ki, indiyə kimi mənə yazılan sms-ləri, xüsusilə qadınların heyranlıq, sevgi məktublarını gələcəkdə bir kitab kimi nəşr etmək istəyirəm.

-Bu sms-esseniz çox diqqətimi çəkdi-“Yazılarınız çox primitivdir. Mənim reaksiyalarıma layiq deyil”. Maraqlıdır, yazıları qiymətləndirəndə daha çox hansı meyarları nəzərə alırsınız?

-Yaradıcı adamlarda bir sıra əsas keyfiyyətlər olmalıdır. Onların bəziləri, o cümlədən bacarıq, istedad irsən keçir. Amma insan ancaq özü özünü inkişaf etdirə bilər. Bunun üçün əsas şərtlərdən biri də kitab oxumaqdır. Uzun illərdir, gənclərlə işləyirəm. Bir az işıq gördüyüm gəncə mütləq kömək edirəm. Elələri də olub ki, özünün cəsarəti, əzmi sayəsində diqqətimi çəksə də, “kitab oxuyanda yuxum gəlir” cümləsi ilə bir anın içində gözümdən düşüb. Yaradıcı insanlar cəsarətli, əzmkar

olmaqla yanaşı, şübhəsiz ki, həm də müntəzəm mütaliə ilə məşğul olmalıdırlar. Dediyim kimi, inandığım gənclərə həmişə kömək edir, onlarla ünsiyyətdə tam sərbəst olmalarına şərait yaradır, qayğıları ilə maraqlanıram. Amma işıq görmədiklərimə elə həmin sms-essedə olduğu kimi, “Yazılarınız diqqətimi çəkmir” deyirəm.

-Gəncləri qiymətləndirəndə yanıldığınız anlar olubmu?

-Dediyiniz hal adətən bəzi gənclərlə şəxsi tanışlığım kifayət qədər olmayanda baş verir. Əvvəllər mən gənclərə dəstək olanda bəzi yaşlı yazarlar deyirdilər ki, həmin gənclər “ulduz xəstəliyi”nə tutulacaq. İnanmır, etiraz edirdim. Sonradan başa düşdüm ki, doğrudan da, elədir. Yəni insanları, o cümlədən də gəncləri qiymətləndirəndə onların şəxsi keyfiyyətlərini də nəzərə almaq lazımdır. Amma indiyə kimi heç vaxt olmayıb ki, istedadsız insana etimad göstərim, onu tanıdım.

-Bu gün mətbuatda qeyri-peşəkarların da olduğunu etiraf etmək lazımdır. Elə siz də yazmısınız ki, hərəsinin bir sınıq-salxaq saytı var, dünyaya sığmırlar. Bəs “Dördüncü hakimiyyət” adına xələl gətirənlərlə necə mübarizə aparaq?

-Mətbuatda özünü tanıtmaq daha tez alınır deyə, çoxları bacardı-bacarmadı bu sahəyə üz tutur və başlayır sensasiya hesabına populyarlaşmağa. Fəqət bu, çox çəkmir, müvəqqəti olur. Uğur əldə etmək uzun illərin hesabına başa gəlir. Bu günlərdə yazmışdım ki, rəğbət yaxşı hərəkətlərin cəmindən yaranır. Yəni rəğbətə layiq olmaq üçün bir və ya bir neçə yox, yüzlərlə yaxşı hərəkət tələb olunur. Qeyri-peşəkarlarla mübarizə aparmağın ən optimal yolu isə, əlbəttə, professionalların öz işlərinin öhdəsindən layiqincə gələrək onları sıradan çıxarmasıdır.

-Bəs, sizcə, başqa ixtisası bitib yaxşı jurnalist olmaq olar?

-Əlbəttə, olar. Belələri kifayət qədərdir. Bayaq da vurğuladığım kimi jurnalistdə bir neçə zəruri keyfiyyət olmalıdır. Əgər konkret keyfiyyətlər həmin insanda varsa, onun jurnalist olmaması üçün heç bir səbəb yoxdur. Ümumiyyətlə, mənə gəlir ki, kiminsə jurnalist kimi yetişməsi üçün jurnalistika fakültələrindəki dörd illik təhsil müddəti çoxdur. Həmin şəxs iki il təcrübə keçməklə də peşəkar jurnalist ola bilər. Elələri də var ki, iyirmi ildir, media sahəsində olsa da, hələ biz onun səhvlərini düzəldirik.

-Yaşamağa niyə məcburuq ki?

-Kitabdakı əksər sms-statuslar müəyyən ovqatlarla yazılıb. Təcrübəmə, həmin andakı ovqatıma əsasən yazmışam ki, yaşamağa məcburuq. Amma bu, hökm də deyil. Sadəcə mənim subyektiv fikrimdir. Yeri gəlmişkən, vurğulayım ki, “Qələmsiz yazılanlar” həm də bir bəxt kitabıdır. Hansı səhifəsini açsan, yeni fikirlə qarşılaşacaqsan. Ola bilsin ki, qəmginsən və kitabı açanda qarşılaşdığın pozitiv bir fikir səni özünə gətirir, yaxud, əksinə.

-Kitabınızda siqaretlə bağlı sitatlar da var. Ümumiyyətlə, yaradıcı adamların əksəriyyətinin siqaretə, içkiyə meyilli olmaları nə ilə bağlıdır?

-Yaradıcı adamlar düşüncə ilə yaşayır, demək olar, bütün günü nə isə fikirləşirlər. Adətən həmin fikirləri cəmləşdirmək, sanki bir araya yığmaq məqsədilə siqaret çəkirlər. İçki isə yaradıcı adama əzab verən düşüncələrdən uzaqlaşmaq, müvəqqəti də olsa onun bütün qayğılarını yaddan çıxarmaq üçündür. Təbii ki, siqaret çəkməyən, içki içməyən yazarlar da var. Ancaq əgər vərdiş elədinsə sonra çətin olur.

-“Hamı depressiyaya düşür” sms-statusunuzda böyük həqiqət var. Getdikcə bu tendensiya artmaqdır. Necə düşünürsünüz, depressiyaya, o cümlədən də intihara səbəb nədir?

-Depressiya hamıda ola bilər. O insanların ki, həyatda məqsədləri, tutquları yoxdur onlar daha tez depressiyaya düşür və düşünürlər ki, indiyə kimi səhv yaşayıblar. İradəli, məqsədyönlü insanlar isə adətən pessimistliyə qapılmırlar. Bir çox hallarda depressiyanın kökündə nakam sevgi də dayana bilər. O ki qaldı sualın ikinci hissəsinə, qeyd edim ki, şair Fikrət Qoca yazırdı ki, intihar fərarilikdir. Doğrudan da, elədir. İntihar fərarilikdir, aradan çıxmaqdır.

-İstənilən dövrün öz arzusu və nağılı varsa, indiki dövrün arzusu nədir, sizcə?

-Ümumiyyətlə, arzu həyatın hərəkətverici qüvvələrindən biridir. Əgər arzu varsa, deməli, hələ gəncsən, mübarizsən və nəyəsə nail ola bilərsən. Təbii ki, arzular insanlara görə dəyişsə də, bunda dövrün də əhəmiyyətli rolu olur. Məsələn 30 ilin əvvəlin arzusu ilə bu günün arzusu eyni ola bilməz. Lakin indiki dövrün arzusunun konkret olaraq nə olduğunu demək də çətindir.

-Yazırsınız ki, hamını bağışla, getsin. Hamını bağışlamaq olmur axı…

-Əslində bu da xarakterlə və ovqatla bağlı məsələdir. Kimsə tərəfindən incidiləndə adətən məyus olmaqla yanaşı, həm də saatlarla, öz-özünə “Niyə belə oldu?” sualını verirsən. Mənim xarakterim elədir ki, ilk növbədə insanlara bəraət verməyə çalışır, özümü onların yerinə qoyuram. Ona görə də deyirəm ki, bağışla, getsin.

-Rəşad müəllim, yanlış adama rast gəlmək necə hissdir?

-(gülür)Təbii ki, yaxşı hiss deyil, olduqca ağırdır. Bütün enerjini, fikrini bir insana yönəldirsən və bir müddət keçəndən sonra buna görə peşman olursan. Günahın kimdə, hansı tərəfdə olması isə mübahisəli məsələdir.

Yazmaqdan qorxmağınız sizə hansı anlarda mane olub?

-Yazmaqdan qorxmağım mənə o qədər də mane olmayıb. Həmin anlarda sadəcə yazmamışam. Amma daha çox yazmağım, “Mütləq deməliyəm”, “Mütləq bu fikri çatdırmalıyam” öhdəliyi çətinliklər yaradıb.

-Buna rəğmən, yenə də yazırsınız…

-Bəli, yazıram və yazacam.

-Möhtəşəm qadın varmı?

-Əgər sən qarşındakı qadını sevirsənsə, deməli, o, mükəmməldir. Başqa sözlə desək, sevdiklərimiz onları sevdiyimiz müddət ərzində mükəmməldirlər.

-Bəzi dahilər düşünürlər ki, qadın nə qədər gözəldirsə, bir o qədər təhlükəlidir…

-Bu, çox məşhur fikirdir. Gözəl və gözəlliyinin fərqində olan, ondan şeytanvari formada istifadə edən, özünü hakimi-mütləq hesab edən qadın, əlbəttə, böyük təhlükədir.

-Sms-esselərinizdə adətən üçüncü şəxsin təkindən istifadə edirsiniz. Həmin obraz sizsiniz, yoxsa yazdıqlarınız sırf təxəyyül məhsuludur?

-Əlbəttə, mənəm. Özümdən yazmışam.

-“Facebook”da indiyə kimi yazdığınız statuslardan ibarət bir kitab çıxardınız amma yenə də statuslar yazmaqda davam edirsiniz. Deməli, ikinci “Qələmsiz yazılanlar” da gələ bilər?

-Əlbəttə, ola bilər.

-Səmimi cavablar üçün çox sağ olun, Rəşad müəllim.

-Sağ olun.

P.S: Müsahibənin sonunda Rəşad müəllimin təklifi ilə ikimiz də “Qələmsiz yazılanlar”ın təsadüfi bir səhifəsini açdıq və təsadüfi bir sitatı oxuduq. Müsahibimin bəxtinə çıxan sitat belə oldu: “İmdad Avşar indiyə kimi Azərbaycan ədəbiyyatından yüzə yaxın əsər tərcümə edib”. Qəribədir ki, Rəşad müəllim müsahibənin əvvəlində də həmin şəxsin adını çəkmişdi. Mənim sitatım isə belə oldu: “Bu gün günəşin işıltısında bahar əlamətləri, yazın gəlişi duyulur. Günəş qara buludlara qalib gəldiyi kimi, siz də göylərə baxıb, neqativləri, dərdi-səri unudun…”. Qəfil üzümə təbəssüm qondu və elə bu ovqatla da Rəşad müəllimlə sağollaşdım, “525-ci qəzet”in redaksiyanı tərk etdim.

Kənan Novruzov

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO