Sosial 28.10.2019 15:15

Toyda bəyə medal verildi - FOTO

Dünən Ağstafa rayonunun Qırılı kəndində qələbəlik yaşanıb. Kənd sakini İltifat Bəhrəmovun bayraqlarla bəzədilmiş həyətində qurulan toy mağarına toplaşmış kənd sakinləri, qohumlar, yaxınlar, Müdafiə Nazirliyinin rəsmiləri, eləcə də müharibə veteranları, qazilər, mülki libas geyinmiş hərbi qulluqçular Aprel döyüşlərinin iştirakçısı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Abuzər Bəhrəmovu toy günü münasibətilə təbrik edib, atasına və nənəsinə gözaydınlığı veriblər. Vətənpərvərlik mahnı və şeirləri səslənib, hərbi qulluqçularla kənd cavanları qara zurnanın sədaları altında qol-qola verərək yallı halayına qoşulublar. 

Rakus.az xəbər verir ki, Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, bu toy ordu ilə xalqın mənəvi birliyinin əsl nümayişinə çevrilib.

Mağar toyunun ən yaddaqalan hadisəsi isə bəyə üçüncü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” Azərbaycan Respublikasının medalının təqdim edilməsi olub.

Müdafiə Nazirliyinin rəhbərliyinin bəylə gəlinə səmimi təbrikini çatdıran Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani çıxış edərək bildirib ki, bu gün bəy kürsüsündə əyləşən silahdaşımız Azərbaycan Ordusunun nümunəvi əsgərlərindən olan Abuzər Bəhrəmovdur. O, İkinci Dünya müharibəsindən qayıtmayan babasının adını daşıyır. Abuzər də babası kimi könüllü əsgər gedib. 2016-cı ilin Aprel döyüşlərində həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi iştirak edib. Talış zirvəsinə zəfər bayrağımızın sancılmasında onun da payı var. O, əsgərliyini başa vurduqdan sonra rəhmətlik anası Qəribə müəllimənin xeyir-duası ilə yenidən Azərbaycan Ordusuna qayıdıb və bundan sonrakı həyatını da Vətənə xidmət peşəsinə həsr edib. Xüsusi kurslar keçib, təlimlərdə peşəkarlığını artırıb və təcrübəli tankçı kimi yetişib.

Nəzərə çatdırılıb ki, bir neçə ay öncə əsgər A.Bəhrəmov həyatını təhlükəyə ataraq tank mərmisinin atımının partlayışı nəticəsində baş vermiş yanğının daha da güclənməsinin qarşısının alınmasında fəal iştirak etmiş və ağır dərəcəli yanıq xəsarətləri almasına baxmayaraq sonadək yoldaşlarına yardımçı olub. Ağır vəziyyətdə olan əsgər hərbi tibbi helikopter ilə dərhal Bakıya çatdırılmış və Silahlı Qüvvələrin Baş Klinik Hospitalının peşəkar və təcrübəli tibb mütəxəssislərinin səyi nəticəsində ölümün pəncəsindən xilas edilib.

Sonra Müdafiə Nazirliyinin rəsmisi Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu A.Bəhrəmovun Azərbaycan Respublikasının Prezidenti adından təltif olunduğu medalı alqış sədaları altında bəyə təqdim edib.

Saz musiqisinin sədaları altında görkəmli şair Davud Nəsibin “Torpaq” şeiri səsləndirilib.

Azərbaycan Yazıçılar Birliyi Qazax filialının rəhbəri, Əməkdar İncəsənət xadimi, şair-publisist Barat Vüsal “Yarama torpaq tökün” şeirini bəylə-gəlinə ərməğan edib. Hərbi qulluqçular adından çıxış edən zabitlər Rasim Manafov, Elsevər Əhmədov və başqaları yeni ailə həyatı quran gənclərə xoşbəxtlik arzulayıblar.

Bəyin atası İltifat Bəhrəmov və Həqiqət nənə göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS