İdman 05.04.2019 18:26

Məşqçilərimiz Feysbuk və İnstaqrama qarşı çıxdı

Statiskaya görə, hazırda dünyada 3 milyardan çox insan müxtəlif sosial şəbəkələrdən istifadə edir. Bunların içində lider mövqelərdə isə Feysbuk, İnstaqram və Tvitter dayanır. Eləcə də, yüzlərlə tanınmış xarici futbolçu və məşqçi bu axına qoşulub, sosial mediada aktivdirlər. Hətta bugünlərdə “Qəbələ” klubunun sabiq baş məşqçisi, hazırda Moskva “Lokomotiv”ini çalışdıran 71 yaşlı Yuri Syomin də “İnstaqram”dan istifadə etdiyini söyləyib.

Rakus.az xəbər verir ki, bizim məşqçilərdən çoxusu isə sosial şəbəkələrdən istifadə etmədiklərini deyir. Məsələn, Qurban Qurbanov müsahibələrində dəfələrlə bildirib ki, onun nə Feysbuk, nə də İnstaqramda hesabı var.

AFFA Məşqçilər Komitəsinin üzvü, əməkdar məşqşi Ağasəlim Mircavadov da deyir ki, sosial şəbəkələrdən istifadə etmir:

– Sadəcə, marağımı cəlb etmir. Evdə kompüter var, lazım olanda açıb, məlumat alıram. Ancaq yerli və Rusiya saytlarını oxuyuram.

Ağasəlim Mircavadov milli üzvlərinin, gənclərin telefona, sosial şəbəkələrə aludəçiliyinə qarşıdır:

– Yığmanın cavan uşaqları telefonla çox oynayırlar. Məncə, bu, yaxşı hal deyil. Belə olan halda, futbol qalır kənarda. Yenə də deyirəm, bizim gənc futbolçular sosial şəbəkələrdən çox istifadə edirlər. Əsas işləri kənarda qalır, İnstaqramda, Feysbukda “yatırlar”. Az istifadə etsələr, daha yaxşı olar. Bu, həm vaxt aparır, həm istirahətə, həm də əsəbə təsir edir.

Ağasəlim Mircavadovun bu fikri ilə milli komandamızın və “Qarabağ” klubunun futbolçusu, sosial şəbəkənin fəal istifadəçilərindən olan Qara Qarayev müəyyən dərəcədə razılaşır. O deyir:

– Mən özüm 3-4 ildən çoxdur ki, sosial şəbəkədən istifadə edirəm. Hətta bir neçə dəfə səhifəmi bağlayıb, yenidən açmışam. Məncə, sosial media futbolçuların fikrinə təsir edir. Hərdən futbolçuları idmandan, futboldan kənar sala bilər. Amma bu da futbolçuların özündən asılıdır. İdmançı sosial şəbəkədən asılı vəziyyətdə qalmasa, düşünürəm ki, heç bir təsiri olmaz.

AFFA Məşqçilər Komitəsinin digər üzvü Şahin Diniyevə görə isə futbolçular və məşqçilərin də sosial şəbəkələrdən istifadə etmək hüquqları var:

– Onlar da bu cəmiyyətin insanlarıdı. Ancaq şəxsən mənim nə Feysbuk, nə də İnstaqramda səhifəm var. Heç yaratmaq həvəsində də deyiləm. Gərək nəyəsə istək ola ki, ondan istifadə edəsən. Bizim məşqçilərin çoxunun hesabı var, kimdənsə geri qalmırlar ki. Sadəcə, məndə yoxdur.

Yəqin ki, biz köhnə kişilərdənik (gülür). Futbolçuların istifadəsi barədə onu deyə bilərəm ki, hər şeyin çoxu pisdir. Nəyinsə fanatı olmaq düz deyil. Hansısa işlə bağlı və yaxud vacib bir məsələni müzakirə edirsənsə, olar. Ancaq bütün günü orda oturmaq, hər mövzuya qiymət vermək, vaxtının çoxunu orda keçirmək doğru deyil. Futbolçunun işi daha çox məşq etmək olmalıdır. Ümumiyyətlə, hər peşədə belə olmalıdır. Bizim aşağı yaş qrupları üzrə milli komandada bütün kompüter və telefonlar yığılırdı ki, uşaqlar gecənin yarısına qədər istifadə eləməsinlər, məşqə daha çox fikir versinlər.  Yəni belə şeylər olub. Hər klubun öz qaydaları var.

Millinin üzvü Qara Qarayevə görə, sosial şəbəkələrin müsbət və mənfi tərəfləri çoxdur:

– Təkcə futbolçularla bağlı deyil, ümumən son zamanlar sosial şəbəkələrin mənfi tərəfləri daha da artıb. Biz idmançılar, üzdə olan insanlar isə çalışmalıyıq ki, cəmiyyətə, insalarıma daha çox müsbət, faydalı mesajlar ötürək. (Qol.az)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO