Siyasi 05.04.2019 20:36

YENİLƏNDİ: Elmar və Lavrov Qarabağı müzakirə etdi

Aprelin 5-də Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edən Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə ikitərəfli görüş keçirib.

Rakus.az xəbər verir ki,  Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan ilə Rusiya arasında siyasi dialoqun və çoxşaxəli əməkdaşlığın yüksək səviyyədə olduğundan məmnunluq ifadə edilib və qarşılıqlı maraq doğuran məsələlərə toxunulub.

20:23

Azərbaycan və Rusiya xarici işlər nazirləri Elmar Məmmədyarov və Sergey Lavrov MDB Xarici İşlər Nazirləri Şurasının Moskvada keçirilən növbəti iclası çərçivəsində ikitərəfli görüş keçiriblər.

Rakus.az xəbər verir ki, görüşdən sonra Elmar Məmmədyarov jurnalistlərə bildirib ki, tərəflər təkcə ikitərəfli münasibətlərin gündəliyini deyil, həm də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsini müzakirə ediblər. “Ən yaxın günlərdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Minsk qrupunun həmsədrlərinin iştirakı ilə görüşü keçiriləcək. Düşünürəm ki, Sergey Lavrov da görüşdə iştirak edəcək. Ehtimal ki, görüş Moskvada keçiriləcək”, – deyə nazir bildirib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesindən danışan nazir bildirib ki, ümumilikdə, Vyana görüşü çətinliklə olsa da təmas nöqtələrinin sezildiyini göstərdi: “Təbii ki, heç kim münaqişənin tezliklə nizama salınacağını gözləmir. Azərbaycan Prezidenti ilə Ermənistanın baş nazirinin görüşündən üç saat sonra Ermənistanın müdafiə naziri yeni müharibə, yeni ərazilər barədə bir bəyanat verdi. Düşünürəm ki, bu, daxili auditoriya üçün nəzərdə tutulmuşdu. Mən erməni tərəfinə hər zaman sual verirəm ki, 30 illik münaqişə dövründə Ermənistan vətəndaşları nə əldə ediblər? Ermənistanda yoxsulluğun səviyyəsi 40 faizdən çoxdur, demoqrafik vəziyyət çox kəskin səviyyəyə çatıb. Azərbaycan tərəfi dəfələrlə deyib ki, ermənilər mütləq qonşuları ilə normal, mehriban qonşuluq əlaqələri qurmalıdır. Onlar, nə qədər gülməli olsa da, mütəmadi olaraq deyirlər ki, diaspor bizə kömək edəcək. Amerika vətəndaşlığından imtina edib arvadı və iki oğlu ilə 1990-cı illərdə Ermənistana gələn Vardan Oskanyandan başqa diaspordan indiyədək Ermənistana kim köçüb? Deməli, etibar etmirlər”.

Nazir qeyd edib ki, nizamasalma mürəkkəb prosesdir. Əhalini sülhə hazırlamaq lazımdır. Onlar deyirlər ki, sülh əvəzinə ərazilərin qaytarılması Ermənistan üçün mümkün deyil. Yaxşı, qoy onda rifah əvəzinə sülh olsun. Ermənistan Azərbaycanla 30 illik müharibə dövründə nə əldə edib? Onlar bizdən soruşur: “Bəs siz nə əldə etmisiniz”. Mən cavab verirəm ki, iqtisadiyyatımız inkişaf edib, dəmir yolları, avtomobil yolları salınıb, neft kəmərləri çəkilib. Mən Azərbaycanın regionda iqtisadi liderliyini sübut edən hələ çox nümunə gətirə bilərəm. Ermənilər, ilk növbədə, əhalini inandırmalıdırlar. Çünki bu, gələcəkdir. Onlar deyirlər ki, Qarabağdakılar çətin insanlardır. Ancaq bu, bizim problemimiz deyil. Siz izah etməlisiniz ki, Azərbaycanla münasibətləri nizama salmasa, Ermənistanın gələcəyi yoxdur”.

E.Məmmədyarov vurğulayıb ki, Azərbaycan öz tərəfindən sülhə hazırlıq üçün tədbirlər görür. “Biz Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərləri barədə danışıqlar aparırıq. Sergey Lavrov ilə görüşdə də bu barədə danışdıq. Bunu hansı formada edəcəyimiz barədə müzakirə apardıq”.

Humanitar addımlardan danışan nazir deyib: “Nə üçün Ermənistanda əsirlikdə olan Şahbaz Quliyev və Dilqəm Əsgərovun qohumları gəlib onlarla görüşə bilmirlər? Nə üçün onlar qəbiristanlığa gedə bilməzlər? Onlar da bizə Karapetyanla bağlı sual verirlər. Odur ki, biz insanların ünsiyyəti üçün şərait yaratmalıyıq. İnsanlar nə qədər ünsiyyətdə olsalar, o qədər yaxşıdır. Başqa variant yoxdur. Başqa variant müharibədir”.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO