Siyasi 01.11.2019 15:43

Boykot olunmuşların iflası – Əli Həsənov

Bildiyiniz kimi, özünü Milli Şura adlandıran bir qrup radikal düşüncəli insanın toplaşdığı qurum noyabrın 2-də Bakı şəhərinin mərkəzində yenidən qanunsuz mitinq keçirmək fikrindən daşındıqlarını bəyan edib. Qurumun funksionerləri ard-arda açıqlama verərək niyə mitinq etmədikləri (əslində, edə bilmədikləri) barədə müxtəlif versiyalar səsləndirirlər: “guya ki, Azərbaycan hakimiyyəti müəyyən təxribatlara əl atacaqmış, hansısa cinsi azlıqların mitinq meydanına gətirilmə ehtimalı varmiş, Gəncə hadisələri təkrarlana bilərmiş, radikal islamçı qruplar məqsədli şəkildə ön plana çıxarıla bilərmiş” və s. Anadolu türklərində gözəl bir deyim var: “Üzrü qəbahətindən betər olanlar”.

Azərbaycan dövlətinin ünvanına və onu təmsil edən iqtidarın əleyhinə uzun müddətdir həqiqətə uyğun olmayan “ciddi fakt”lar uyduraraq, xarici aləmdə xalqımızı aşağılayan, daxildəsə vətəndaşları riyakarcasına aldadaraq qanunsuz aksiyalara səsləyən bu anti-milli Şura, indi də eyni riyakarlıqla mitinqi niyə təxirə salmaları haqqında qondarma səbəblər uydurmağa çalışır. Çox ümid edirəm ki, Milli Şuranın hansısa bir funksioneri özündə cəsarət tapıb mitinqin baş tutmamasının əsl səbəbini – radikal müxalifətin Azərbaycan xalqı tərəfindən tam boykot edildiyini açıq etiraf edəcək. Zamanında etiraf etmək insanı alçaltmaz, əksinə, ucaldar deyib müdriklərimiz…

2 noyabr ətrafında cərəyan edən hadisələr hazırda bir sual ortaya çıxarıb: görəsən, Azərbaycanda hazırda hər hansı mitinq, yaxud etiraz aksiyası keçirmək, xüsusən də radikal müxalifətin qeyri-sağlam məqsədlər üçün israrla təşkil etmək istədiyi qeyri-qanuni mitinqlər cəmiyyətin tələbatından doğur, yoxsa təşkilatçıların siyasi mövcudluğunun göstəricisidir, xarici anti-Azərbaycan qüvvələrlə onların əlaqələri üçün vasitədir və şəxsi maliyyə ehtiyaclarının ödənməsi mənbəyidir? Üzümü radikal müxalifətin təmsil olunduğu Milli Şura və AXCP rəhbərlərinin qeyri-real vədlərlə aldadaraq, öz şəxsi ambisiyalarını gerçəkləşdirmək üçün irəli verdiyi azsaylı Azərbaycan vətəndaşlarına tuturam: əziz vətəndaşlar, məgər sizə aydın deyilmi ki, AXCP və Milli Şuraya rəhbərlik edən bu şəxslər öz çirkin ambisiyalarını reallaşdırmaq üçün sizi fəlakətə sürükləyir? Məgər siz fəqrində deyilmisiniz ki, bir ayağı burada, bir ayağı xaricdəki anti-Azərbaycan mərkəzlərinin qapısında olan, xarici ölkələrin səfirliklərində özlərinə düşərgə salan bu insanlar sizdən öz “qarşılıqlı-faydalı” ittifaqları naminə vasitə kimi istifadə edirlər? Üzümü bir daha bu anti-milli ünsürlərin şirin vədlərinə uyan, xaricdəki məkrli mənfəət qruplarının təsirinə düşən, öz dövləti ilə zor dilində danışmaq xülyasına qapılan, təcrübəsizliyi, məhdud dünyagörüşü səbəbindən reallıq duyğusunu itirən azsaylı vətəndaşlarımıza tutaraq bildirmək istəyirəm ki, əziz dostlar, sizin bütün problemləriniz – bizim, Azərbaycan dövlətini təmsil edən mövcud iqtidarın problemləridir. Hörmətli cənab Prezident İlham Əliyev xalqımızın sosial-iqtisadi vəziyyətinin, maddi rifah halının daim yüksəlməsi, Qarabağ probleminin ədalətli həlli, ölkəmizin inkişafı, tərəqqisi, müasirləşməsi, dünyada söz sahibi olması üçün gecəli-gündüzlü yorulmadan çalışır. O öz çıxışlarında vətəndaşları dəfələlərlə ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında fəal olmağa səsləyib. Cənab Prezidentin bütün çıxışlarında “vətəndaş fəallığı” qırmızı xətlə keçir. Azərbaycan dövləti və hakimiyyəti vətəndaşlara heç bir siyasi ayrıseçkilik qoymur. Bizim üçün iqtidar, müxalifət, bitərəf ayrımı yoxdur. Odur ki, gəlin problemlərimizi birlikdə, qanunlarımıza hörmətlə yanaşaraq, danışaraq, məsləhətləşərək, dilaoqla həll edək. Biz hər bir sosial qrupu, ayrı-ayrı vətəndaşları dinləməyə, məsələlərin birgə həllini, çıxış yollarını aramağa hazırıq. İflasa uğramış radikal müxalifət xaricdən qrantlar almaq, öz mövcudluğunu davam etdirmək üçün sadə insanlardan, xüsusilə də, gənclərdən sipər kimi istifadə edir. Odur ki, bu mitinqlər də radikal müxalifətin cılız merkantil maraqlarına xidmət edir. Kim bu ölkədə dəyişiklik, yenilik, islahat, firavanlıq, öz sosial problemlərinin həllini istəyirsə, bu istəyin tək bir ünvanı varsa, o da ölkə başçısı və onun hakimiyyət komandasıdır.

Bir də üzümü öz ambisiyalarına görə Azərbaycan vətəndaşlarını anti-dövlət fəaliyyətinə sövq edən radikal müxalifət dairələrinə tuturam: insanlar yanlış yoldan, qanunsuz hərəkətlərdən, qarşıdurmadan, öz xalqı, ölkəsi, dövləti əleyhinə işlərdən, cəmiyyətdəki dincliyi, asasyişi, sabitliyi pozmaq niyyətlərindən, nə qədər tez əl çəksə, bir o qədər yaxşıdır. Milli Şuranın rəhbərliyində və tərkibində olanlar bilməlidirlər ki, belə radikal hərəkətlərlə Azərbaycanda heç nəyə nail olmaq, ölkəni ötən yüzilin 90-cı illərinin əvvəlinə qaytarmaq, vətəndaşlarımızı, yeni nəsil gənclərimizi yanlış yola sürükləmək artıq mümkün deyil.

Əli Həsənov
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi,
tarix elmləri doktoru, professor

 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO