Maraqlı 02.11.2019 08:45

BÜRCLƏR – 2 noyabr

Qoç – möhtəşəm gün sayılmaz, amma cari məsələlərin həlli, şəxsi həyatın qaydaya salınması üçün münasibdir. Başqalarının da işinə əncam çəkə bilərsiniz: ətrafınızdakılara böyük yardım etmək, həmçinin onlara xoş təsir bağışlamaq imkanınız var.
Risk etmək, oyun oynamaq, ekstremal idman növləri ilə məşğul olmaq məsləhət deyil. Əgər sükan arxasındasınızsa, günün ikinci yarısı çox ehtiyatlı olun. Əl işləri, mətbəxdə eksperimentlər – ümumiyyətlə, “qadın” işləri, mənəvi rahatlıq tapmanıza yardımçı olacaq.

Buğa – çox xoş gündür. Ürəyiniz yatan işlə məşğul olun: uğur qazanacaqsınız. Kommersiya fəaliyyətində, üstəlik sizinçün tamamilə yeni olan bir sahədə bəxtiniz gətirə bilər. Sizin istedadlarınız və şəxsi keyfiyyətlərinizlə qürur duyanların sayı artır. Yeni bir eşq macərasının başlanması mümkündür.
Bu gün yaranan məsələlərin üstündə çox baş sındırmayacaqsınız. İntuisiyanız çox güclüdür və düzgün cavabları sizə vaxtında deyir. Uşaqlarla ünsiyyət faydalı olacaq.

Əkizlər – bu gün sizin üçün çətin və yorucu olacaq. İşləriniz çoxdur, birini atıb, o birini görməli olursunuz. Diqqətinizi cəmləmək çətindir. Ancaq siz mənfi tendensiyaların təzyiqinə müqavimət göstərirsiniz. Afərin! Günün sonunadək işləriniz düzələcək.
Alış-verişə çıxa bilərsiniz, amma yalnız sizə gərəkli əşyaları alın. Şoppinqdən əhvalınızı qaldırmaq vasitəsi kimi istifadə etməyin. Təmaslarınızı məhdudlaşdırın, kim xoşunuza gəlirsə, yalnız onunla ünsiyyət saxlayın.

Xərçəng – həftə gözəl bir günlə başlayır. Şəxsi həyatınızı qura, işdə əla nəticələrə nail ola, dünyagörüşünüzü genişləndirə və özünüz üçün yeni imkanlar yarada bilərsiniz. Biznesə pul qoya bilərsiniz, bu, sizdə çox yaxşı alınır.
Gün işgüzar görüşlər üçün əladır. Siz ən qaraqabaq, şıltaq və niyyətləri bəlli olmayan biriylə də razılaşma əldə edə bilərsiniz. Çoxdankı problemlərinizi həll edir, mübahisələrə son qoyan güzəştli variantlar tapırsınız.

Şir – müsbət tendensiyaların güclü təsiri nəticəsində gün hərtərəfli uğurlu və qeyri-adi olacaq. Maraqlı ideyalarınız var, üstəlik sizə kömək edəcək insanları da tez tapırsınız. Müştərək və təşkilati işlərin həlli üçün münasib gündür. Rəhbər Şirlər yeni, əla işçilər tapacaqlar.

Müsbət emosiyalar çoxluq təşkil edəcək, əhvalınız əla olacaq, bir dəqiqə də olsun, mənəvi rahatlığınızı itirməyəcəksiniz. Bu gün çox cazibədarsınız, bu səbəbdən yeni tanışlarınızın sayı artacaq.

Qız – ciddi problemləriniz olmasa da, bu gün xoşunuza gəlməyəcək. Mübahisə və fikir ayrılıqları həddən artıq çoxdur. Bəzən kimin haqlı, kimin haqsız olduğuna qərar verməkdə çətinlik çəkəcəksiniz. Baş verənlərə çox sərt reaksiya verirsiniz. Hətta olanları götür-qoy etmək üçün özünüzə vaxt da vermirsiniz. Bir qədər tempi azaltsanız, işləri düzəldə bilərsiniz.
Dostlarınız və qohumlarınızla münaqişələr mümkündür. Öz mövqeyinizi, nöqteyi-nəzərinizi elə qızğın müdafiə edirsiniz ki, həmsöhbətlərinizin nə dediyini eşitmirsiniz. Amma hələlik hər şeyi zarafata çevirmək şansınız var.

Tərəzi – neytral gündür. Siz tələsməməlisiniz. Azacıq tələssəniz, işləri tamamilə və uzun müddətə korlaya bilərsiniz. Tərəfdaşlarınızla münaqişələr mümkündür. Elə bir səhv edə bilərsiniz ki, sizə kömək və himayə vəd etmiş adam sizdən üz döndərə bilər. Maliyyə vəziyyətiniz yaxşıdır, əlinizə pul gələcək.
Orqanizminizi çətinə salmasanız, səhhətinizdən şikayətiniz olmayacaq. İfrata yol verməyin, sağlam qidalardan istifadə edin.

Əqrəb – bu gün sizin üçün uğurludur. Həmçinin o, yaxşı bir mərhələnin başlanğıcıdır. Siz yaxşı nəticələr əldə edə bilərsiniz, hər şey sizin zəhmətsevərliyiniz və entuziazmınızdan asılıdır. Maraqlı iş təklifləri almağınız mümkündür. Ola bilsin ki, fəaliyyət sahənizi tamamilə dəyişəsiniz. Doğrudan da, diqqətinizi çəkəcək bir iş tapa bilərsiniz.
Enerjiniz çoxdur, bu, həm səhhətinizdə, həm də əhvalınızda özünü göstərəcək. Hətta günün ortasında yaranan xırda çətinliklər də qanınızı qaraltmayacaq.

Oxatan – adi, maraqsız gündür. Vacib heç nə baş vermir, elə siz də işlərdən, macəralardan çəkinirsiniz, daha çox tənbəlliyə meyllisiniz. Bu, özlüyündə pis deyil, amma nəzərə alın ki, rəqibləriniz bu vəziyyətdən öz xeyirlərinə istifadə edə bilərlər.
Yaxınlarınızla ümumi dil tapmaq həmişə asan olmur. Ancaq mübahisə etməyə də ərinirsiniz, bu səbəbdən münasibətlərdə sülhü qoruyub saxlamaq olur. Bəzi ailəvi planları təxirə salmaq lazım gəlsə də, kimsə bundan şikayət etməyəcək.

Oğlaq – özləri üçün iş və əyləncə tapmaqda çətinlik çəkməyən Oğlaqlar üçün uğurlu gün olacaq. Digərləri isə uğursuz günlərin ardından, nəhayət ki, dincələ, qüvvələrini bərpa edə bilərlər. Amma ciddi nəticələr gözləməsinlər.
Həm irimiqyaslı planlar fikirləşmək, həm də onları həyata keçirmək olar. İdeyalarınız pis deyil, onlardan ən yaxşısını seçin. Çünki hamısına vaxtınız çatmayacaq. Enerjiniz çoxdur, gün ərzində bir dəqiqə də olsun boş vaxt tapmasanız da, yorğunluq hiss etməyəcəksiniz.

Dolça – bu günün problemləri ilə çarpışmaq sizə çətin olacaq. Birincisi, onlar çoxdur, ikincisi isə hər yerdədir. Amma Dolçaları belə çətinliklər qorxutmur. Günortaya yaxın nəyisə kökündən dəyişmək, qəti qərarlar vermək lazım olduğunu anlayacaqsınız, bundan sonra isə işləriniz düzələcək.
Yaxınlarınızla ünsiyyətdə çox diqqətli və ehtiyatlı olun. Ağzınızdan çıxan sözlərə nəzarət edin, sərt iradlardan çəkinin. Mübahisədən qaça bilərsiniz, amma çox zəhmət çəkməli olacaqsınız. Axşam güclü yorğunluq, boşluq hiss edə bilərsiniz. Yuxulamaqda da çətinliyiniz ola bilər.

Balıqlar – nəhayət ki, uzun müddət müxtəlif vacib səbəblərdən təxirə saldığınız işlərlə məşğul ola bilərsiniz. Özünüzü təsdiq etməyiniz üçün heç bir maneə yoxdur. Yaradıcı Balıqlar ilhamlarının azlığından şikayətlənməyəcəklər. Ən adi məsələləri elə orijinal üsullarla həll edirsiniz ki, ətrafınızdakıların ağzı açıq qalır.
Yeni tanışlıqlar üçün gün münasib deyil. Ünsiyyət dairənizi çoxdan tanıdığınız və sevdiyiniz insanlarla məhdudlaşdırın. Bundan başqa, uzunmüddətli səfərlər və səyahətlər də məsləhət deyil: bunlar sizə sevinc bəxş etməyəcək, yoracaq. (Milli.Az)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO