Bakıda “Altıncı Bayraq Festivalı” keçiriləcək
Gənclər və İdman Nazirliyi tərəfindən noyabrın 4-də “Hilton Bakı” otelində 9 noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş “Altıncı Bayraq Festivalı” keçiriləcək.
Rakus.az xəbər verir ki, Nazirlikdən bildiriblər ki, festivalda dövlət qurumlarının, deputatların, Müdafiə, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizlik Xidmətinin və Dövlət Sərhəd Xidmətinin zabit və əsgər heyətinin, qeyri-hökümət təşkilatları nümayəndələrinin, tələbələrin, gənclər təşkilatlarının üzvlərinin və fəal gənclərin iştirakı nəzərdə tutulur.
Festival Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının Dövlət Bayrağı gününün təsis edilməsi haqqında” 2009-cu il 17 noyabr tarixli Sərəncamını və 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müfafiq bəndinin icrasını təmin etmək məqsədilə keçirilir. Festivalın keçirilməsində məqsəd gənclər arasında vətənpərvərlik, dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlərə, milli dövlət rəmzlərinə hörmət hissinin aşılanmasıdır.