Maraqlı 04.11.2019 08:45

BÜRCLƏR – 4 noyabr

Qoç – Səhər çağı xeyli gözlənilməz hadisə baş verəcək ki, bunların ucbatından planlarınızı dəyişməli olacaqsınız. Ailə məsələləri nəzarət altından çıxır, yaxşı olar ki, indi onlarla faydasız mübarizə aparmaq əvəzinə, şəraitə uyğunlaşasınız. Yaşlı kişi qohumlarınızla razılığa gəlmək xüsusilə çətin olsa da, onların da qəlbinə yol tapacaqsınız.
Günün ikinci yarısı isə çox xoşdur. Məhsuldar işləyəcək, bir çox problemləri həll edəcəksiniz. Öz nailiyyətlərinizə özünüz də təəccüb qalacaqsınız. Romantik aludəçilik də mümkündür.

Buğa – İşdə münaqişələrdən qaçmaq üçün inanılmaz sülhpərvərlik göstərməyə məcbur olacaqsınız. Sizə elə gəlir ki, qədrinizi bilmirlər (əlbəttə, çox zaman bunda haqlısınız). Belə şəraitlə barışmaq istəmirsiniz, amma seçdiyiniz mübarizə üsulları səmərəli deyil. Özünüzü atəşə atmayın. Bir az fikirləşib düşmənlərinizi yolunuzdan götürmək üçün plan qurun.
Evdə isə vəziyyət başqadır: burada ahəngdarlıq və qarşılıqlı anlaşma hökm sürür. Xanım Buğaları komplimentlər və xoş diqqət gözləyir.

Əkizlər – Mənfi tendensiyaların çoxluğu sizi qorxutmur. Əhvalınız əladır,  çox nikbinsiniz. Heç bir maneə qarşınızda duruş gətirmir. Yeni layihələrə başlaya, sövdələşmələr qura bilərsiniz. Hətta düşmənlərinizlə də danışıqlar apara bilərsiniz: onları öz tərəfinizə çəkə bilməsəniz də, heç olmasa tərksilah edərsiniz.
İşə köklənmək asan olmayacaq: şəxsi məsələlər, ailə ilə bağlı fikirlər buna imkan verməyəcək. Ancaq bu, elə də ciddi problemlər yaratmayacaq. Ciddi səhvlər buraxmayacaqsınız, xırdaları isə kimlərsə düzəldəcəklər.

Xərçəng – İşlər hamar və rəvan getmir. İşgüzar aktivliyinizlə də qürrələnə bilməzsiniz. Faydalı imkanları qaçıra, tənbəlliyiniz ucbatından maraqlı təklifləri rədd edə bilərsiniz. İş ortaqlarınızdan çox şey gözləməyin, üstəlik, əgər onlar  gözləntilərinizi doğrultmasalar, inciməyin. Bu, bir çox mümkün xoşəgəlməz situasiyaların qarşısını alar.
Ətrafınızda baş verən bütün hadisələrə çox emosional reaksiya verirsiniz. Əgər yanınızda sizi dəstəkləyən, başa düşən insan varsa, o qədər də narahat olmağa dəyməz. Amma əgər yaxşı sözləri sizə yalnız nəzakət xatirinə deyirlərsə, bu artıq qorxuludur, çünki yalanı, saxtakarlığı dərhal hiss edirsiniz.

Şir – Narahatlıq üçün heç bir əsas yoxdur, sevinib şənlənmək üçün isə səbəblər çox olacaq. Nəsə pis alınır, nəsə həddən artıq yaxşı. Ətrafınızdakılar sizin uğurlarınıza sizinlə birlikdə sevinəcəklər. Həmkarlarınız və rəhbərliklə münasibətləriniz çox yaxşıdır, iddialı Şirlər karyerada irəliləyə bilərlər.
Amma xam xəyallar qurmağa çox aludə olmayın. Tez-tez ayağınızın altında torpağın olub-olmadığını yoxlayın: yerdə də xeyli maraqlı hadisə baş verir. Yeni eşq macərasına başlamaq olar: istənilən adamı başdan çıxarmaq gücündəsiniz, ehtiyatı əldən verməyin.

Qız – Çox uğurlu gündür. Cazibədar və mehribansınız, yetəri qədər inadcıl, hazırcavab, hədsiz istedadlısınız – əlbəttə ki, bu keyfiyyətlərinizin sayəsində lazımi adamlarda lazımi təəssürat yaratmaq heç də çətin deyil. Hətta ən çətin məsələləri şən, nikbin əhval-rühiyyə ilə müzakirə edir və bununla opponentlərinizə çıxış yolu qoymursunuz: onlar qeyd-şərtsiz təslim olurlar.
Axşam da gözəldir. İstənilən məşğuliyyət faydalı olacaq: istər tədbirə qatılın, istərsə də romantik görüşə gedin, xoş təəssüratlara zəmanət verilir.

Tərəzi – Gününüz uğursuz başlayır. Yaxınlarınızla, yaxud rəhbərliklə mübahisələr gözlənilir, iş ortaqlarınızla ciddi fikir ayrılıqları olacaq. Hiss edirsiniz ki, tək qalmısınız, bu isə sizi əzir. Bəzi planlarınız həyata keçirilməmiş qalır: yeganə səbəb isə odur ki, onların öhdəsindən təkbaşına gələ bilməyəcəyinizi düşünürsünüz. Amma nahaq yerə.
Axşama doğru orijinal ideyalarınız yaranacaq. Onları həyata keçirmək üçün özünüzdə cəsarət və qətiyyət tapacaqsınız. Günün sonu romantik görüşlər, sevgilinizlə ünsiyyət üçün əladır.

Əqrəb –  Bu gün süstsünüz, imkanınız olsaydı, heç bir işə əl vurmazdınız. Təəssüf ki, belə bir imkanınız olmayacaq. Özünüzü ələ almalı və uzun müddət təxirə saldığınız problemləri həll etməli olacaqsınız. Əvvəlcə iş sizi əsəbləşdirəcək, amma tədricən alışacaq, hətta ondan zövq almağa başlayacaqsınız.
Dövlət orqanlarında, vergi idarələrində işləyən insanlarla təmas qurmaq məsləhət deyil. İri əşyaların alınması üçün də uğurlu gün deyil.

Oxatan – Ünsiyyət üçün həddən artıq çətin gündür. Ya çox sərt ifadələr işlədir, ya da lazım olmayan yerdə ürəyiyumşaqlıq edir və nəzakətli olursunuz. İstəyirsiniz ki, yaxşı olsun, əvəzində isə hər şey dağılır. Bunun üçün bircə çıxış yolu görürsünüz – tənhalığa çəkilmək. Amma tək qalanda da vəziyyət barədə, ətrafınızdakıların “necə də pis insanlar” olduqları haqda fikirləşməyə davam edirsiniz. Əlbəttə ki, bu sizi sakitləşdirmir.
Günün ikinci yarısını intellektual əməyə sərf edin. Çox mürəkkəb məsələlərin qeyri-adi və asan həll yolunu tapa bilərsiniz, gözəl ideyalarınız olacaq.

Oğlaq – Günün çox hissəsinin mənfi tendensiyaların təsiri altında keçməsi mümkündür. O, lap da korlana bilər, amma əlbəttə ki, siz buna imkan verməzsiniz. Nəzərə alın ki, bu gün çox enerji sərf edirsiniz. Əslində, ətrafınızdakıları da dəstəkləmək lazım olur, amma narahat olmayın, enerjiniz hamıya çatar.
Günün əvvəlində gözəl imkanlarınız ola bilər. Bunları əldən buraxmamağa çalışın. Sübh çağından günortaya qədər məhsuldar işləyə, peşəkar və şəxsi problemlərinizi uğurla həll  edə bilərsiniz. Bu müddətdə alış-veriş etmək də məsləhətdir.

Dolça – Günü pis adlandırmaq düzgün olmaz, çünki yaxşı ideyalar və sərfəli təkliflər çoxdur. Ancaq pis olan sizin kefinizdir – hər şeyi qara tonlarda görürsünüz. Nikbinliyiniz hara yox olub? Onu təcili tapın, o zaman həyatınız düzələcək.
Günün ortasında uğurlu danışıqlar mümkündür, rəğbət bəslədiyiniz bir insanla ürəkdən söhbət etmək imkanınız olacaq. Bir çox Dolçalar üçün uğur məhz axşam gələcək – unudulmaz bir görüş və yaxud yığılıb qalmış problemləri aradan qaldırmaq şansı yaranacaq.

Balıqlar – Neytral gündür, demək olar ki, vacib bir hadisə baş vermir. Həyatın axışı rəvandır, heç bir hadisə sizi çaşdırıb əziyyət vermir. Bütün problemlərinizin həlli var və bunları tapmaq üçün kifayət qədər zamana maliksiniz. Maraqlı təkliflər alacaqsınız: keçmiş ortaqlarınız yenidən peyda olacaqlar.
Ağlınız emosiyalarınızı cilovlayır, odur ki, düşünülməmiş hərəkətlər etməyəcəyinizə arxayın ola bilərsiniz. Yaxınlarınızla münasibətləriniz soyuq olsa da, hamardır. (Milli.Az)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO