Sosial 16.11.2019 14:10

FHN-in Qarabağ Regional Mərkəzi mülki müdafiə məşqi keçirdi - FOTO

Fövqəladə Hallar Nazirliyi (FHN) Qarabağ Regional Mərkəzi Füzuli rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi məşq keçirib.

Rakus.az xəbər verir ki, FHN-dən bildiriblər ki, məşqə Qarabağ Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin zabit heyəti, Füzuli Rayon İcra Hakimiyyətinin mülki müdafiə qərargahı və xidmətləri, həmin xidmətlərdə yaradılmış ərazi mülki müdafiə qüvvələri – rabitə və xəbərdarlıq, ictimai asayişin mühafizəsi, sığınacaq və daldalanacaq, yanğın təhlükəsizliyi, elektrik qəza, qaz qəza, su-kanal qəza, tibb, sanitar epidemioloji, baytarlıq, avtonəqliyyat, yol-körpü istismar xidmətlərinin, ərazi kəşfiyyat qrupunun və ərazi xilasetmə dəstəsinin şəxsi heyəti və texnikaları cəlb olunub.

Ümumilikdə 15 idarə, müəssisə və təşkilat, 28 texnika və 132 nəfərlik şəxsi heyətin qoşulduğu məşqin keçirilməsində məqsəd mülki müdafiə tədbirlər planlarının reallığının yoxlanması, cəlb olunan şəxsi heyətin biliklərinin təkmilləşdirilməsi, qarşılıqlı fəaliyyətin təşkili və bu sahədə əməli vərdişlərin aşılanmasından ibarət olub.

Məşq zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılıb, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.

Sonda Füzuli Rayon İcra Hakimiyyəti başçısının birinci müavini – rayon fövqəladə hallar komissiyasının sədri Bağır Aslanov və FHN Qarabağ Regional Mərkəzinin rəisi əvəzi kapitan Eldəniz Bayramov, mülki müdafiə tədbirlərinin planlaşdırılması şöbəsinin rəisi, kapitan Elçin Rəcəbov çıxış edərək bildiriblər ki, ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış üzrə məşqin keçirilməsi əhalinin fövqəladə hallardan qorunmasına təminat verir.

Nümunəvi məşqin gedişinə baxış keçirildikdən sonra müvafiq təhlillər aparılıb, yaranan çatışmazlıqların aradan qaldırılması üçün tapşırıq və tövsiyələr verilib.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO