UEFA-nın keçmiş prezidenti Mişel Platini futbolda videotəkrarın təsiri barədə danışıb.
Rakus.az xəbər verir ki, fransalı funksioner texnikanın futbola müsbət təsir etmədiyini düşünür.
O, bunun komandalara kömək olmadığını söyləyib: “VAR-ın niyə heç bir problemi həll etmədiyini izah etmək yarım saat çəkəcək. Mən VAR-ın əleyhinəyəm və düşünürəm ki, bu, cəfəngiyatdı. Amma təəssüf ki, heç vaxt geri qayıtmayacağıq”.
Xatırladaq ki, Mişel Platini 2007-2015-ci illərdə UEFA prezidenti postunu tutub.