Mədəni 19.11.2019 08:58

Şimali Karolinada yaşayan sumqayıtlı rəqqasə - FOTO

Bakı. Rakus.az

Bəlkə də çox adam bilmir ki, 1999-cu ildən Bakıda fəaliyyət göstərən “Gülnarə” rəqs məktəbi hazırda Şimali Karolina ştatında yaşayan Gülnarə Əsgərovanın adını daşıyır.
Deyir ki,- “Mən o məktəbin müəllimi olmuşam. Heç ağlıma da gəlməzdi ki, oradan gedəndən sonra rəhbərlik məktəbə mənim adımı versin”- http://www.reqs-mektebi.az-baku.com/history.html

Sadə azərbaycanlı ailəsində böyüyüb boya-başa çatıb. Çalışqan, iradəli, əzmkar xanımdır. Xeyirxah əməllərdən zövq alır. Məğlubiyyəti xoşlamır. Daim zəfər çalmağa çalışır…

Bakıda dünyaya gəlsə də 8 yaşı olanda valideynləri Sumqayıt şəhərinə köçüblər. Orta təhsilini 1985-ci ildə orada- 15 nömrəli məktəbdə başa vurub. Sonra Azərbaycan Neft və Kimya İnstitutunun Sumqayıt flialının axşam şöbəsinə qəbul olunub. 1991-ci ildə oranı mühəndis-kimyaçı texnoloq kimi bitirib. Eyni zamanda, 1985-ci ildən 1994-cü ilədək Üzvi Kimya Zavodunun layihə şöbəsində çalışıb. 1994-1996-cı illərdə Sintetik Kauçuk Zavodunun yanğından mühafizə xidmətində növbətçi dispeçer vəzifəsində işləyib. Həmin illər Bakıda fəaliyyət göstərən bal rəqsləri məktəbində incəsənətin bu növünün sirlərinə yiyələnib. 1996-1999-cu illərdə Sumqayıtda “SK klubu” adıyla tanınan mədəniyyət evində bal rəqsləri dərnəyində müəllim kimi çalışıb. Sonra bir il “Gülnarə” rəqs məktəbində müəllim işləyib…

…Ömür-gün yoldaşı Ceri Rey avio mütəxəsisdir. İki övladı var- böyük oğlu Daniyar 18, ikinci oğlu Timoti 16 yaşındadırlar…

Gülnarə xanım 2000-ci ildə ABŞ-ın Şimali Karolina ştatına gələndən sonra bir neçə il “Target” mağazalar şəbəkəsində işləyib. 2006-cı ildən “Fred Astaire Dance Studio”da bal rəqsləri üzrə təlimatçı vəzifəsində çalışır. Həmin studiya 1947-ci ildən fəaliyyətdədir. Burada orta yaşlı həvəskarlara bal rəqslərinin sirlərini öyrədirlər. Kollektiv dəfələrlə klublar arası müsabiqələrdə finala çıxaraq, mükafatlara layiq görülüb…

Bütün bunlarla yanaşı, Gülnarə xanım San Fransisko Sağlamlıq Məşqçiləri İnstitutunda online təhsil alır. Bu ilin əvvəlindən “True Healt-Healt coaching” adlı fərdi studiyasını yaradaraq müştərilərə sağlam həyat tərzi ilə əlaqədar dərslər keçir. Qısa müddətdə bu sahədə bir sıra uğura imza da ata bilib…

Dünya rəqslərini məharətlə ifa etməyi bacaran bu xanım, milli rəqslərimizi əcnəbilərə təbliğ etməkdən də çəkinmir. Azərbaycan və onun mədəniyyəti haqqında ağız dolusu danışaraq, ölkəmizi sevdirməyə çalışır…

İdmanla mütamadi məşğul olur. Uzaq məsafələrə yürüş etməyi xoşlayır. Tez-tez 20 km-lik marafonlarda iştirak edir. Həmişə də yarışın ön sırasında yer tutur…

Bəli, ABŞ-ın Şimali Karolina ştatında Gülnarə adında bir azərbaycanlı xanım da yaşayır. “Azərbaycan!” deyiləndə gözlərindən sevinc boylanır…

 

Elman Eldaroğlu,
[email protected]

 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO