İdman 19.11.2019 11:50

Mxitaryan Bakıya gələ bilməməsi ilə bağlı sualdan yayındı

Hazırda İtaliya “Roma”sında çıxış edən İngiltərənin “Arsenal” klubunun erməni futbolçusu Henrix Mxitaryan UEFA-dan özü üçün əlavə imtiyaz istəyib.

Rakus.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi “For For Two” nəşrinə müsahibəsində Azərbaycana səfər edə bilməməsinin günahını Avropa futbol qurumunun üzərinə yıxmağa çalışıb. Onun fikrincə, məhz özünün iştirak edə bilməsi üçün “Çelsi” ilə Avropa Liqasının final oyununun yerini dəyişmək də olardı: “UEFA-nın mənə kömək edə bilməsi üçün yeganə yol final matçının yerini yenidən müzakirə etmək olardı. Komanda və ya oyunçunun siyasi baxımdan yaxşı münasibətlərin olmadığı ölkəyə gedə bilməsi üçün az ehtimal varsa, ən yaxşısı ora oyun salmamaqdır. Məsələn, Rusiya klubu Çempionlar Liqasında finala çıxsaydı və həlledici oyun Ukraynada keçirilsəydi, getmələri çox çətin olardı. Mən həyatımın ən vacib hadisələrindən birini buraxmalı oldum. Çünki bəzi insanlar bu məsələni müzakirə etmədilər”.

Bakı Olimpiya Stadionundakı final oyununda “Çelsi” 4:1 hesabı ilə qalib gəlib. Mxitaryan oyunu evdən izləyərək, “Arsenal”a kömək edə bilməməsindən məyusluq hissi keçirdiyini söyləyib: “Bu, mənim üçün ikinci Avropa Liqası finalı idi. Təsəvvür edin, həyatında heç vaxt final həyəcanı yaşamamış oyunçu belə imkan qazanır, amma siyasi problemlər onun matça gedişinə mane olur. Bu, çox ağrılıdır. Demirəm ki, 1:4 hesabı ilə uduzduğumuz oyunun nəticəsini dəyişərdim. Amma çox pis olmuşdum. Oyuna evdə baxır və kömək edə bilmirdim. İstəmirəm ki, bu, digər oyunçularla da baş versin”.

Mxitaryan jurnalistin Azərbaycan hökumətinin təhlükəsizlik təminatı verdiyini xatırlatdıqda razılığın yalnız Avropa Liqasının final matçı ilə əlaqədar olduğunu iddia edib: “Azərbaycan komandasına qarşı klubum ilk dəfə oynamırdı. Almaniyanın “Borussiya” (Dortmund) klubunda çıxış etdiyim vaxt “Qəbələ” ilə, “Arsenal”ın heyətində isə “Qarabağ”la səfər qarşılaşmasından kənarda qalmışdım. Bu iki oyun üçün Azərbaycanla getməyimə heç vaxt razılıq olmamışdı. Amma Avropa Liqasının finalında belə bir razılığın olduğunu bildirdilər. Amma mən bu barədə danışmağı sevmirəm. Çünki çox şey var ki, insanlar anlaya bilmirlər. Futbol oynaya bilmədiyim üçün çox məyusam”.

Erməni futbolçu “Məgər “Qəbələ” və “Qarabağ”la oyunlara getməyinizə icazə verilməmişdi” sualını isə cavablandırmayıb: “Gəlin, bu barədə danışmayaq”.  (report.az)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO