NK-nin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edildi
Ayaz Mirzəyev Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən ayrılıb.
Rakus.az xəbər verir ki, bu barədə o, “Facebook” səhifəsində yazıb.
“Bu gündən etibarən Nazirlər Kabineti Aparatında tutduğum mətbuat xidmətinin rəhbəri vəzifəsindən ayrıldım. Bu müddət ərzində mənim fəaliyyətimə dəstək göstərən, bu vacib işi mənə etimad edən, inanan keçmiş və indiki rəhbərliyimə təşəkkür edirəm.
Eyni zamanda, bu müddət ərzində mətbuat xidmətinin rəhbəri olaraq mənimlə birgə işləyən, əməkdaşlıq edən media sahəsindəki həmkarlarıma minnətdarlığımı bildirirəm. Həyatımda əhəmiyyətli rol oynayan dövlət işi təcrübəsi qazandım. Bu vəzifədə bundan sonra fəaliyyət göstərəcək gələcək həmkarıma da bəribaşdan uğurlar diləyirəm”, – deyə o qeyd edib.
Xatırladaq ki, Baş Nazir Əli Əsədov Ayaz Mirzəyevin Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.