Mətbuat
19.11.2019
17:39
Payız haqqında – Tələbə yazır

Yavaş – yavaş hava soyuyur, elə bəzi insanlar da…
İsti, günəşli, təravətli, rəngarəng, qızmar günləri geridə qoyduq. Yox! Onları Payız əlimizdən aldı! Bəlkə də yenə bizə o günləri qaytarsın deyə, ya da o günlərin qədrini bilməyi bizə anlatsın deyə, yaxud evsiz, isti ocağı olmayan qocaları, yalnızları, tənhaları, həsrət çəkənləri doya-doya ağlatsın deyə…
Ya da bəlkə yağış damlalarının ritmik ifasında yarpaqların su üstündə rəqsini, buludların ağlamasını, günəşin gizlənməsini, arada boylanıb baş verənlərə boylanaraq baxmasını, “qorxmasını” bizim görməyimiz üçün …
Bəlkə fəsillərdən ən vəfalısı, etibarlısı elə Payızdır?..
Evdən açıq havada işləmək üçün çıxan hər kəsin – su satan dayının ya xalanın, dəsmal satan bir yaşlı ananın, təsbeh satan babanın, dilənməyə məcbur edilən körpə balanın başına su çiləyən, bəzən hətta daha da azğınlaşıb üst-başlarını palçığa bulayan Payız.
İnsanların isti məkana tez çatması üçün yüyürdüyünü, əllərinə isinməsi üçün üfürdüyünü bizə nümayiş etdirən Payız…
Bəlkə də ətrafdakılara evinin, ofisinin ya da avtomobilinin pəncərəsindən isti çay və ya qəhvəsini içərək baxan, payızın necə də romantik olduğunu düşünən bir şəxsin fikirlərindən əsər yaradıb, onu Şairə, Yazıçıya, bir sözlə, Yaradıcı birinə çevirmək üçündür payız?
Amma yenə də ədalətsizlik, qəddarlıq edir; birinin uğuru üçün milyonları qurban verir…
Sevinərək yenicə aldığı geyimi əynində, rəfiqələrinə göstərmək üçün həvəslə gedən, mənzilbaşına çatmasına az qalmış bir qızcığazın paltarına palçıq ləkəsi yaxan, beləcə də onu ağladan, sarsıdan Payızdır bu payız…
Onsuz atasının, anasının, babasının işlərinə görə günlərdir təxirə saldığı bir balanın “karusel”ə getmək istəyini yenə də təxirə saldıran Payızdır…
Yenə də ağlayır, ağladır, dağlayır, yaraları qaşıyır, qanadır.
Bəli, bu, Payızdır…
Nicat Dilqəmli
BDU Jurnalistika fakültəsinin III kurs tələbəsi
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
Elm və təhsil
/
16.04.2025
13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi
/
16.04.2025
00:01
Siyasi, Sosial
/
15.04.2025
22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə
/
15.04.2025
18:49
Siyasi, Sosial
/
15.04.2025
14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi
/
15.04.2025
13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm
/
15.04.2025
10:06
Video müsahibə
/
14.04.2025
22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil
/
14.04.2025
10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni
/
12.04.2025
22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial
/
11.04.2025
22:23
Siyasi, Sosial
/
11.04.2025
13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil
/
10.04.2025
22:33
Hərbi, Təhlil
/
10.04.2025
13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil
/
10.04.2025
11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi
/
09.04.2025
22:32
Siyasi
/
09.04.2025
13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial
/
08.04.2025
22:27
Müsahibə, Siyasi
/
08.04.2025
18:35
Siyasi, Sosial
/
08.04.2025
14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi
/
08.04.2025
13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə
/
07.04.2025
22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi
/
07.04.2025
11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni
/
05.04.2025
22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial
/
04.04.2025
22:03
Sosial
/
04.04.2025
13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO