Müsahibə 21.11.2019 03:34

İrandakı etiraz aksiyalarında Azərbaycan türkləri də fəal iştirak edib – MÜSAHİBƏ

Orta Doğu Araşdıma Mərkəzinin rəhbəri Sədrəddin Soltan nin Amerikanın Səsinə müsahibə verib.

Rakus.az xəbər verir ki, o, müsahibəsində İranda sosial etirazların doğuracağı nəticələr və Azərbaycana təsirlərindən danışıb.

Amerikanın Səsi: İranda baş verən sosial etirazlar ölkədə yaşayan azlıqların, o cümlədən azərbaycanlıların həyatında hansı sosial, siyasi və mədəni dəyişikliklıər yarada bilər?

Sədrəddin Soltan: İranda baş verən etiraz aksiyasının milli məsələ ilə heç bir əlaqəsi yoxdur. Bu, İranda maliyyə-iqtisadi böhranın nəticəsidir. Fikrimcə bunu nə hakimiyyət, nə hökumət böhranı kimi dəyərləndirmək düzgün olmazdı. Eləcə də Azərbaycan türkləri İranda say etibarı ilə ölkənin çoxluğu olmasına baxmayaraq, ölkədə baş verən bütün sosial problemlər, eyni zamanda Azərbaycan türklərinin sosial problemidir. Azərbaycan türkləri də ölkənin başqa vətəndaşları, başqa etnik qruplarının nümayəndələri kimi eyni problemlə, eyni siyasi-iqtisadi, mədəni çətinliklərlə üzləşir. Son etiraz aksiyalarında Azərbaycan türkləri də fəal iştirak edib və bu, həm də onların İranla bağlı sosial problemləridir. Yəni, bu hadisə ilə milli məsələni qarışdırmaq, fikrimcə, məntiqli deyil. Çünki, bu sosial-iqtisadi, maliyyə problemidir.

Amerikanın Səsi: Beynəlxalq təşkilatlar, o cümlədən Amnesty İnternational ölkədə artıq 106 nəfərin öldürüldüyünü bildirir. Bu hadisələr İrandakı Azərbaycan şəhərlərində də geniş yayılıb. Bunun siyasi nəticələri ola bilərmi?

Sədrəddin Soltan: İranda əvvəllər də dinc etiraz aksiyaları qanla boğulub. Məsələn, 2006-cı ilin may hadisələri zamanı onlarla insan qətlə yetirildi. Sonrakı hadisələr vaxtı da ölkənin müxtəlif ərazilərində etiraz aksiyaları zamanı öldürülənlər oldu. Yenə də öldürülənlər barədə müxtəlif rəqəmlər söyləyirlər. Bəziləri hətta öldürülənlərin sayının iki yüzü keçdiyini də deyir. Amma, İran tərəfi bu tipli məsələlərə həmişə məsuliyyətsiz yanaşır. BMT-nin İranla bağlı məruzəçisi ölkəyə buraxılmır. Avropa İttifaqının İranda insan haqlaqının vəziyyətini yoxlamaq istəyən komissiyası ölkəyə buraxılmır. Ümumiyyətlə, İran insan haqlarının vəziyyətini öyrənən komissiyanın, yaxud nümayəndənin və ya məruzəçinin ölkəyə buraxılmasını bir qayda olaraq blok edir. Hesab edirəm ki, yenə də beynəlxalq təşkilatların, yaxud ayrı-ayrı dövlətlərin bu məsələyə mühakiməedici bəyanatları olacaq. Ancaq, İran tərəfi bütün bu ittihamları rədd edəcək bəyan edəcək ki, əksinə etiraz aksiyaçıları hökumət adamlarını öldürüblər, yaxud da polisləri öldürüblər. Necə ki, bir neçə gün bundan əvvəl bəyan etdilər ki, polisləri öldürüblər, etiraz aksiyaçılarından isə ölən və ya yaralanan yoxdur.

Amerikanın Səsi: İranda baş verən sosial etirazların onun ən yaxın qonşusu olan Azərbaycana təsirləri nə ola bilər?

Sədrəddin Soltan: Müsahibəmizin əvvəlində də qeyd etdik ki, İranda Azərbaycan türkləri var və onlar əhalinin çox böyük hissəsini təşkil edir. Onların üzləşdiyi problemlər təbii ki, sovetlər dövründən, əvvəlki illərdən fərqli olaraq bu gün Azərbaycanı, Azərbaycan əhalisini, Azərbaycan dövlətini narahat etməyə bilməz. Məsələn, İran-İraq müharibəsi zamanı Təbrizə bir bomba düşəndə Azərbaycan hər hansı bir etiraz, münasibət bildirmirdisə, indi fərqli şəraitdir. İrandakı Azərbaycan türklərinin taleyinə Azərbaycan dövləti, cəmiyyəti laqeyd qala bilmir. Hesab edirəm ki, bundan sonra da laqeyd qalmayacaq. O ki, qaldı nə baş verə bilər? Birincisi İranda bahalaşmanın nəticəsi Azərbaycana da təsir edə bilər. İrandakı pullu, imkanlı azərbaycanlılar Azərbaycan Respublikasına sərmayəni artıra bilər, yaxud burada mənzillər ala bilərlər. İran tərəfi də Azərbaycana keçən turistləri, iş adamlarını, səyahət edənlərin yoxlanmasını sərtləşdirə bilər. Yəni, bütün hallarda qonşuda bir hadisə baş verirsə hansısa formda o biri qonşuya da təsirsiz ötüşmür.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO