Sosial 21.11.2019 11:41

Beynəlxalq ikili diplom proqramlarının maliyyələşdirilməsi müəyyənləşdi

Nazirlər Kabineti “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydaları”nı təsdiqləyib.

Rakus.az xəbər verir ki, beynəlxalq ikili diplom proqramının təşkili və həyata keçirilməsi Azərbaycan Respublikası Dövlət Neft Fondunun, beynəlxalq təşkilatların (fondların), xarici və yerli hüquqi və fiziki şəxslərin (maliyyələşdirən qurum) vəsaitləri hesabına bu Qaydalarla müəyyən edilmiş hallarda və qaydada maliyyələşdirilir.

Beynəlxalq ikili diplom proqramının təşkili və həyata keçirilməsinin maliyyələşdirilməsi məsələləri Təhsil Nazirliyinin nəzdində yaradılmış Dövlət Proqramının İdarəetmə Qruputərəfindən idarə olunur. Ölkədaxili təyinatlı ödənişlər üzrə maliyyələşdirmə Azərbaycan manatı ilə, ölkəxarici təyinatlı ödənişlər üzrə maliyyələşdirmə xarici valyuta ilə və ya sifarişin rəsmiləşdirilməsi tarixinə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə aparılır.

Beynəlxalq ikili diplom proqramının həyata keçirilməsinin maliyyələşdirilməsi üzrə xərclər aşağıdakı istiqamətlərə bölünür:

– layihələndirmə xərcləri;

– rəhbər komitənin xərcləri;

– yerli professor-müəllim və inzibati heyətin xərcləri;

– əcnəbi professor-müəllim və inzibati heyətin xərcləri;

– təhsilalanların xərcləri;

– akkreditasiya xərcləri.

Layihələndirmə xərclərinə müvafiq ixtisaslar üzrə təhsil proqramlarının (kurikulumların) xarici ali təhsil müəssisələrinin təcrübəsi əsasında hazırlanması, ali təhsil müəssisələrində tədris prosesinin beynəlxalq təcrübə nəzərə alınmaqla təşkili üçün hazırlıqların görülməsi daxildir. Rəhbər komitənin xərcləri əməkhaqqı (və ya xidmət haqqı),  səfər sığortası, viza və ezamiyyə xərclərini əhatə edir. Yerli professor-müəllim və inzibati heyətin beynəlxalq ikili diplom proqramları çərçivəsində fəaliyyəti ilə bağlı xərclərinə əməkhaqqı (və ya xidmət haqqı), səfər sığortası, viza, ezamiyyə və təlim xərcləri, əcnəbi professor-müəllim və inzibati heyətin xərclərinə viza və qeydiyyat, əmək fəaliyyəti ilə məşğul olması üçün müvafiq icazə və yaşayış (yataqxana, mehmanxana və ya mənzil kirayəsi və kommunal xərclər) xərcləri, əməkhaqqı (və ya xidmət haqqı), o cümlədən tibbi sığorta və beynəlxalq nəqliyyat xərcləri  daxil edilib. Təhsilalanların xərcləri təhsil haqqı, qeydiyyat, tədris materialları və elektron informasiya resurslarına çıxış və xaricdə təhsil, yay məktəbində və istehsalat təcrübəsində iştirak xərclərini əhatə edir.  Akkreditasiya xərcləri beynəlxalq ikili diplom təhsil proqramlarının beynəlxalq təşkilat və ya xarici dövlət tərəfindən müəyyən edilmiş təhsil standartlarına uyğunluğunun və onun statusunun müəyyənləşdirilib təsdiq edilməsi üçün ödənilən xərcdir.

Beynəlxalq ikili diplom proqramının həyata keçirilməsi ilə bağlı yerli və xarici tərəfdaş ali təhsil müəssisələri arasında imzalanmış müqavilə, onun imzalanmasına dair qarşı tərəfin qanunvericiliyində buna dair tələb olduğu halda, aidiyyəti qurumunun razılıq məktubu və ikitərəfli müqavilənin başlamasına dair Təhsil Nazirliyinin müvafiq əmri maliyyələşdirmənin aparılması üçün əsasdır. Layihələndirmə xərci beynəlxalq ikili diplom proqramının həyata keçirilməsi üçün ikitərəfli müqavilədə nəzərdə tutulmuş məbləğdə birdəfəlik ödənilir. Rəhbər komitənin xərcləri ikitərəfli müqavilədə razılaşdırılır və müvafiq  təsdiqedici sənədlərə əsasən ödənilir. Əcnəbi professor-müəllim və inzibati heyətə vizanın, Azərbaycan Respublikasında olma və ya yaşama, habelə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən sənədlərin rəsmiləşdirilməsi ilə bağlı xərclər (dövlət rüsumu və digər xərclər (tələb olunduğu təqdirdə, tibbi müayinə) “Dövlət rüsumu haqqında” qanun, Miqrasiya Məcəlləsi və digər normativ hüquqi aktlarla müəyyən edilmiş normalara uyğun olaraq müəyyənləşdirilir. Yerli professor-müəllim və inzibati heyətin beynəlxalq ikili diplom proqram çərçivəsində xarici ölkəyə getməsi ilə əlaqədar vizanın alınması ilə bağlı digər xərclər (tələb olunduğu təqdirdə, tibbi müayinə) getdiyi ölkənin qanunvericiliyində nəzərdə tutulmuş normalara uyğun tənzimlənir və müvafiq təsdiqedici sənədlər əsasında ödənilir. Əcnəbi professor-müəllim və inzibati heyətin yaşayış xərclərində yataqxana, mehmanxana və ya mənzil kirayəsi və kommunal xərclər nəzərdə tutulur və müvafiq təsdiqedici sənədlərə uyğun maliyyələşdirilir. Beynəlxalq ikili diplom proqramı çərçivəsində mehmanxana xərcləri yalnız 15 günədək olan müddətə ödənilir. Yaşayış xərcləri əcnəbi professor-müəllim və inzibati heyətin ölkəyə daxil olduğu tarixdən etibarən, ikitərəfli müqavilədə göstərilən fəaliyyət dövrünü əhatə edir. Əcnəbi professor-müəllim və inzibati heyətin əməkhaqqı (və ya xidmət haqqı) xərcləri ikitərəfli müqavilələrdə nəzərdə tutulur. Yerli professor-müəllim və inzibati heyətin əməkhaqqı (və ya xidmət haqqı) xərcləri professor-müəllim və inzibati heyəti ilə ali təhsil müəssisəsi arasında imzalanmış əmək (və ya xidməti) müqavilələrində nəzərdə tutulur. Əməkhaqqı xərclərinə əməkhaqqı və əməkhaqqı ilə müəyyən edilən əlavələr daxildir. Səfər sığortasına səfər müddətində baş verən qəfil xəstəlik və ya bədbəxt hadisə zamanı bütün tibbi yardımın göstərilməsi və tibbi xərclərin ödənilməsi ilə bağlı xərclər aiddir. Səfər sığortası xərcləri təqdim olunan sənədlər əsasında ödənilir.

Beynəlxalq ikili diplom proqramının icrası zamanı yaranan vergitutma məsələləri Vergi Məcəlləsi ilə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir.. Əcnəbi professor-müəllim və inzibati heyət ölkədə olduğu müddət ərzində tibbi sığorta olunur və bu vəsait müvafiq təsdiqedici sənədlər əsasında ödənilir.

Beynəlxalq nəqliyyat xərclərinə tədris müddəti və ezamiyyə ərzində fəaliyyət göstərəcəyi yerə gəlişi və öz ölkəsinə gedişi üçün tələb edilən vəsait aiddir və həmin vəsait onun təqdim etdiyi bilet (biletin alınmasını təsdiq edən bank sənədi və onun istifadəsini təsdiq edən minik talonları, həmçinin pasportun surəti ilə birlikdə) və ya müvafiq nəqliyyat şirkətlərinin təqdim etdiyi ödəniş sənədləri (hesab-faktura, mədaxil qəbzi) əsasında müəyyən edilir. Dövlət Proqramı çərçivəsində yerli və əcnəbi professor-müəllim və inzibati heyətin tədris müddəti ərzində fəaliyyət göstərəcəyi yerə gəlişi və öz ölkəsinə gedişi yalnız “ekonom sinif” biletlərinin dəyəri səviyyəsində ödənilir. Gəliş-gediş biletlərinin sayı hər tədris ili üçün tədris proqramına uyğun olaraq ikitərəfli müqavilədə nəzərdə tutulur. Yerli professor-müəllim və inzibati heyətin beynəlxalq ikili diplom proqramının icrası çərçivəsində ezamiyyə xərcləri Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ezamiyyə xərclərinin normaları”na uyğun müəyyən edilir. Təlim xərcləri beynəlxalq ikili diplom proqramlarının fəaliyyəti üçün yerli professor-müəllim və inzibati heyətin xarici tərəfdaş ali təhsil müəssisəsində və ya  xarici tərəfdaş ali təhsil müəssisəsinin müəyyən etdiyi digər yerlərdə təlim proqramlarında qeydiyyatı və iştirakı üçün ödənilən xərcdən ibarətdir. Bu xərclər müvafiq təsdiqedici sənədlər əsasında ödənilir. İkitərəfli müqavilədə nəzərdə tutulduğu təqdirdə, təhsilalanların ikili diplom proqramı üzrə tərəfdaş xarici ali təhsil müəssisəsi üçün təhsil haqqı ikitərəfli müqavilənin müddəalarına uyğun olaraq ödənilir. Beynəlxalq ikili diplom proqramı üzrə ödənişli əsaslarla qəbul aparıldığı halda, ixtisaslar üzrə illik təhsil haqqının məbləği tərəfdaş xarici ali təhsil müəssisəsinin təklifi əsasında yerli ali təhsil müəssisəsi tərəfindən müəyyən edilir. İkitərəfli müqavilədə nəzərdə tutulduğu təqdirdə, təhsilalanların ikili diplom proqramı üzrə tərəfdaş xarici ali təhsil müəssisəsində qeydiyyat xərci ikitərəfli müqavilənin müddəalarına uyğun olaraq ödənilir.

Təhsilalanların  tədris materialları və elektron informasiya resurslarına çıxış xərclərinə beynəlxalq ikili diplom proqramının həyata keçirildiyi yerli ali təhsil müəssisəsi üçün proqramın icra tələbi üzrə əldə edilmiş tədris materiallarının alınması və elektron informasiya resurslarına çıxış xərcləri aiddir. Beynəlxalq ikili diplom proqramının tələblərindən irəli gələn tədris zərurəti ilə əlaqədar proqramın iştirakçısı olan Azərbaycan Respublikasının vətəndaşları tərəfdaş xarici ali təhsil müəssisəsində təhsil aldıqda, yay məktəbində iştirak etdikdə, istehsalat təcrübəsi keçdikdə, onun bütün xərcləri Nazirlər Kabinetinin 2008-ci il 27 noyabr tarixli 261 nömrəli Qərarı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali məktəblərində təhsil haqlarının ödənilməsi Qaydaları”na uyğun olaraq ödənilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, dövlət tərəfindən müəyyən edilmiş kvota, təhsil qrantı proqramı çərçivəsində təhsil alan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna olmaqla, digər əcnəbi və vətəndaşlığı olmayan şəxslərin beynəlxalq ikili diplom proqramlarında təhsili “Təhsil haqqında” qanuna əsasən, birbaşa bağladıqları müqavilə ilə həyata keçirilir. Hər ixtisas üzrə təhsil alan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı ikitərəfli müqavilə əsasında müəyyən edilir. Beynəlxalq ikili diplom proqramlarının akkreditasiyası üçün vəsait proqramların təhsil standartlarına uyğunluğunu və onun statusunu müəyyənləşdirmək hüququ olan təşkilata müqavilə əsasında ödənilir. Xarici valyuta ilə hesablanmış xərclər Azərbaycan manatı ilə ödənilərkən, vəsaitin köçürülmə tarixinə olan rəsmi məzənnə ilə müvəkkil bankın sövdələşmə məzənnəsi (xarici valyutanın sövdələşmə tarixinə razılaşdırılmış məzənnəsi) arasında yaranan fərq bank xərci kimi tanınır. Bank xərcləri, eləcə də sifarişin rəsmiləşdirilməsi tarixi ilə faktiki köçürmə tarixinə olan rəsmi məzənnələr arasında fərq yarandığı halda, bu barədə məlumat Dövlət Proqramını maliyyələşdirən quruma təqdim edilir və növbəti ödənişlərdə nəzərə alınır. Beynəlxalq ikili diplom proqramının həyata keçirilməsi üçün nəzərdə tutulan xərclərin ümumi məbləğinin 5 (beş) faizindən artıq olmayan məbləğdə əlavə xərclərin maliyyələşdirilməsinə yol verilir.

İl ərzində müvafiq yerli ali təhsil müəssisəsinin sifarişləri əsasında beynəlxalq ikili diplom proqramının həyata keçirilməsi ilə bağlı xərclər İdarəetmə Qrupu tərəfindən müəyyən edilir və müvafiq vəsaitin ayrılması üçün Nazirlik tərəfindən Dövlət Proqramını maliyyələşdirən quruma sifariş təqdim olunur. Xərclərin daha çevik və operativ şəkildə ödənilməsi məqsədilə Nazirlik tərəfindən Dövlət Proqramını maliyyələşdirən qurumla razılaşdırmaqla, avans vəsaitin ayrılması barədə sifariş təqdim edilə bilər.

XƏBƏR LENTİ
Dünya, Siyasi / 19.10.2023 20:23
Zori Balayanın etirafı: “İrəvanın erməni əhalisi başqa yerlərdən gəlmədir” - FOTO - VİDEO
Mətbuat, Siyasi / 18.10.2023 19:49
Türkiyə və İrandan ermənilər niyə Abarana köçürülüb? - FOTO - VİDEO
Gündəm, Təhlil / 18.10.2023 14:51
Müstəqilliyin Bərpası Gününə töhfə – bütöv olan Azərbaycan – TƏHLİL
Hadisə, Sosial / 18.10.2023 13:01
Qərbi Azərbaycanda boş qalan 34 rayonumuz – ANONS - VİDEO
Müsahibə, Siyasi / 17.10.2023 21:08
“Biz öz istəyimizlə qaçqın olmamışıq”- MÜSAHİBƏ - VİDEO
Siyasi / 17.10.2023 19:57
“XIX əsrə qədər Göyçədə erməni yaşamayıb” - FOTO - VİDEO
Hərbi, İdman / 17.10.2023 14:00
Telekanal və saytların xatirə turniri ilə bağlı SÜJETLƏRİ - VİDEO
Elm və təhsil, Sosial / 17.10.2023 13:35
Erməni yazıçının etirafı: “Basarakeçərdə adlar erməniləşdirilib” – ANONS - VİDEO
İdman / 17.10.2023 07:15
1-ci tur oyunlarının XÜLASƏSİ - VİDEO
Müsahibə, Video müsahibə / 16.10.2023 20:20
“Biz torpağımıza dinc şəkildə qayıtmaq istəyirik” - VİDEO
Gündəm, İdman / 16.10.2023 17:03
Turnirin ilk günü – yaddaqalan məqamlar - FOTO - VİDEO
İdman / 16.10.2023 12:00
İlk turun mənzərəsi: epizodlar, qollar, növbəti oyunlar və bombardirlər – CƏDVƏL - FOTO - VİDEO
Siyasi / 16.10.2023 10:47
Heydər Əliyev kursunun layiqli davamçısı – Tarix yazan lider
İdman / 15.10.2023 23:17
“Çəmbərək” qalib gəlib, 1-ci tur başa çatıb - VİDEO
İdman / 15.10.2023 20:30
“Göyçə” inamlı qələbə qazanıb - FOTO - VİDEO
İdman / 15.10.2023 11:58
Bu gün “Qərbi Azərbaycan” “Göyçə”ni” Çəmbərək” isə “Qaraqoyunlu”nu sınağa çəkir
İdman / 14.10.2023 22:09
Bakıda Ənənəvi Futbol Turnirinin açılış mərasimi olub - FOTO
Hadisə / 14.10.2023 20:13
Unudulmuş qəbiristanlıq: mərhum azərbaycanlılarla bağlı dəhşət - FOTO - VİDEO
Maraqlı, Sosial / 13.10.2023 20:00
“Ermənilər evimizi partlatdılar, 4 yaşlı öğlum qucağımda öldü” - VİDEO
Elm və təhsil / 13.10.2023 17:06
“Ulu babalarım İrəvandan qovulub” – Sərdar Ünsal ilə tarixi görüş
İdman / 13.10.2023 14:33
Sabah Futbol Turnirinin açılışı və ilk turun oyunları keçiriləcək
Sosial / 13.10.2023 13:57
“Kəndimizi görüb ölmək istəyirəm” – Şəhid anasının həyat hekayəsi – ANONS - VİDEO
Dünya, Təhlil / 12.10.2023 19:55
Ermənistanda 100 min azərbaycanlı üçün yeni evlər tikilir - FOTO - VİDEO
Təhlil / 12.10.2023 17:14
Ermənistan niyə sülh istəmir – TƏHLİL - FOTO
Siyasi / 12.10.2023 13:50
Ermənistanda təşviş: “100 min azərbaycanlı qayıdır” – ANONS
İdman / 12.10.2023 12:22
Turnirə hazırlıq görüşü: “Ardanış” – “Göyçə”- 9:7 - FOTO