Trampın impiçment prosesi – Yeni dəlillər və faktlar – TƏHLİL - FOTO - VİDEO
ABŞ Konqresinin Nümayəndələr Palatasında Prezident Donald Trampın impiçment prosesi ilə bağlı dinləmələrdə şahidlər ifadə verməyə davam edir.
Rakus.az xəbər verir ki, ABŞ diplomatı Qordon Sondlandın fikrincə, prezidentin rədd etməsinə baxmayaraq, son aylar Ukraynaya rəsmi Kiyevin Trampa siyasi cəhətdən fayda verəcək təhqiqata başlamasa, istədiyi hərbi yardımı almayacağı kimi şərt qoyulub.
Birləşmiş Ştatların Avropa İttifaqında səfiri olan Q.Sonland Nümayəndələr Palatasının Kəşfiyyat komitəsində dinləmələrdə deyib ki, impiçment prosesində təhqiqatçılar bu mürəkkəb məsələləri bir sualla ifadə edirdi: “Burada əvəz-əvəz (latınca: quid pro, `xidmət və yaxud mal müqabilində göstəilən lütf`- red.) olubmu? Mənim əvvəlki ifadələrdə dediyim kimi, cavab budur: bəli.”
Səfir Sonland Trampla birbaşa kontaktlara malik olduğu üçün impiçment araşdırması ilə bağlı dinləmələrdə onun ifadələri digər şahidlərin ifadələrindən daha əhəmiyyətli hesab edilir.
Konqresin Nümayəndələr Palatasının Kəşfiyyat komitəsində prezident Donald Trampın impiçment araşdırması ilə bağlı ictimaiyyət üçün açıq dinləmələr artıq ikinci həftədir davam etdirilir. Keçən həftə başlayan açıq dinləmələrdə administrasiyanın keçmiş və hazırkı rəsmiləri və müşavirlər ifadə verir.
İmpiçment araşdırması ilə bağlı ictimaiyyətə açıq dinləmələr davam edir
Bu həftə dinləmələrin birinci günü vitse-prezident Mayk Pensin müşaviri Cennifer Vilyams və Milli Təhlükəsizlik Şurasında Ukrayna üzrə ekspert, polkovnik-leytenant Aleksandr Vindman, ABŞ-ın Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kurt Volker və Milli Təhlükəsizlik Şurasının keçmiş rəsmisi Tim Morrison Nümayəndələr Palatasının Kəşfiyyat komitəsində qanunvericilərin suallarını cavablandırıb.
ABŞ-ın Avropa İttifaqındakı səfiri Qordon Sondland, Pentaqon rəsmisi Lora Kuper və Dövlət katibinin yardımçısı Deyvid Heyl ifadə verir. Ağ Evin keçmiş müşaviri Fiona Hill və Dövlət Departamentinin rəsmisi Deyvid Holms isə açıq dinləmələrin bu həftə sonuncu günü olan cümə axşamı ifadə verəcək.